May, 2015

By Aqil Mahmudov On 31 May, 2015 At 11:45 Axşam | Categorized As MANŞET | With 0 Comments

Azərbaycan tamaşaçılarının alternativ fikri ifadə edən yeganə telelayihə kimi maraqla izlədiyi “Azərbaycan saatı” proqramı mayın 30-da növbəti verilişini təqdim edib. Veriliş Bakı vaxtilə saat 21:00-22:00 arası Türkiyənin Can Erzincan TV kanalında yayımlanıb. Verilişin videoyazısını təqdim edirik:

By Aqil Mahmudov On 31 May, 2015 At 09:37 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Sabiq nazir və qardaşı Almaniyada siyasi sığınacaq alıblar Hefteaz.tv xəbər verir ki, 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs olunmuş sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətinin rəhbəri Rafiq Əliyev Almaniyada siyasi sığınacaq alıb. Almaniyadan siyasi sığınacaq almış qardaşlar hazırda İngiltərədə yaşayırlar. Buna səbəb isə sabiq nazir və qardaşının Londonda […]

By Aqil Mahmudov On 31 May, 2015 At 08:09 Axşam | Categorized As HADİSƏ | With 0 Comments

Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 219-cu kilometrliyində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucar rayonunun Təzə Şilyan kənd sakini, 2000-ci il təvəllüdlü İsrailov Mahir Yolçu oğlu yolu keçərkən Bakı istiqamətində hərəkətdə olan, 1994-cü il təvəllüdlü Muradov Sahil Fəxlədər oğlunun idarə etdiyi 57 BA 154 dövlət nömrə nişanlı yük maşını ilə vurulub. 15 […]

By Aqil Mahmudov On 31 May, 2015 At 08:41 Axşam | Categorized As HADİSƏ | With 0 Comments

Araz çayının, İmişli rayonu Xubyarlı kəndi ərazisindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Məmmədov Eldəniz Teymur oğlunun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, E.Məmmədovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 30 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:03-də başa çatıb.

By Aqil Mahmudov On 31 May, 2015 At 08:06 Axşam | Categorized As CƏMİYYƏT | With 0 Comments

İyunun 1-dən rayon dövlət nömrəli avtomobillərin Bakı şəhərinə girişi qadağan ediləcək.  Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. Yeni qərara görə, rayon qeydiyyatı olan avtomobillər üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar yaradılıb. Dayanacaqlar paytaxtın qərb istiqamətində girişi üçün Qaradağda, şimal ərazisindən gələnlər üçün isə “Xırdalan dairəsi” ərazisində yaradılacaq. Həmin dayanacaqlarda rayondan […]

By Aqil Mahmudov On 31 May, 2015 At 08:48 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Rusiyada futbol üzrə 2018-ci ildə keçiriləcək qalmaqallı dünya çempionatına (DÇ-2018) hazırlıq üzrə Təşkilat Komitəsi oyunların keçiriləcəi stadionları inşa edən podratçılara xəbərdarlıq edib. Hefteaz.tv saytı bu barədə Rusiya mənbələrinə istinadən xəbər verir. Rusiya mətbuatının yazdığına görə, təşkilat komitəsi xəbərdarlıq edib ki, əgər stadionlar vaxtında tikilib istifadəyə verilməsə, podratçılar iri məbləğdə cərimə ödəməli olacaqlar. Xəbərdarlığı alanlar arasında […]

By Aqil Mahmudov On 31 May, 2015 At 08:08 Axşam | Categorized As MARAQLI | With 0 Comments

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Cenevrədə xəstəxanaya yerləşdirilib. TASS xəbər verir ki, o, gəzinti zamanı velosipeddən yıxılıb. Bu barədə ictimaiyyətə sabiq kontr-admiral Con Kirbi məlumat verib. Onun sözlərinə görə, hadisə İsveçrə ilə sərhəddə yerləşən fransız departamenti – Yuxarı Savoyyada baş verib. Kerrini maşınla onun əməkdaşları, həkimlər və sanitarlar müşayiət edirmiş. “Kerrinin vəziyyəti stabildir. […]

By Aqil Mahmudov On 31 May, 2015 At 08:56 Axşam | Categorized As İDMAN | With 0 Comments

Almaniyanın xarici işlər naziri Frank-Valter Staynmayer Beynəlxalq Futbol Federasiyasını (FİFA) köklü şəkildə yenilənməyə çağırıb. Virtualaz.org saytı xəbər verir ki, V.Ştaynmayer “Welt am Sonntag”un mayın 31-də çıxan sayında deyib ki, “oyunçular, məşqçilər, hakimlər, gənc futbolçuların valideynləri və beynəlxalq federasiya rəhbərliyindəki fırıldaqçılar arasında uçurum yaranıb”. FİFA-nın mayın 29-da yekunlaşan konqresinin nəticələrini şərh edən Staynmayer hesab edir ki, […]

By Aqil Mahmudov On 31 May, 2015 At 08:17 Axşam | Categorized As ARAŞDIRMA | With 0 Comments

Kremlin son addımı – 89 deputat və nazirin Rusiyaya gəlişinə qadağa qoyması Avropada böyük tənqidlə üzləşib. Avropa Birliyinin xarici siyasət idarəsinin başçısı Federika Mogerini Rusiya hakimiyyətinin bu davranışını əsassız sayıb. Onun fikrincə, Moskva bəzi siyasətçilərin bu ölkəyə girişinə qadağa qoymasının səbəbini dəqiqiləşdirməyib. “Qara siyahı” Rusiya 2014-cü ilin martında Ukraynada hökumətlə separatçılara arasında qarşıdurma gücləndikdən və […]

By Aqil Mahmudov On 31 May, 2015 At 08:00 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Türkiyənin xarici ölkələrdəki iki diplomatik nümayəndəliyinin əməkdaşı diplomatik nömrə nişanlı avtomobillə qaçaqmalıçılıq həyata keçirərkən saxlanılıb. Virtualaz.org saytı xəbər verir ki, saxlanılanlardan biri Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşıdır. “Tərəf” qəzetinin yazdığına görə, diplomatlardan biri bu il martın 4-də saxlanılıb. Türkiyənin İranın Urmiyə şəhərindəki baş konsulluğunun A.İ. adlı əməkdaşı diplomatik nömrə nişanlı avtomobillə sərhədi keçərək öz ölkəsinə daxil […]