İyun, 2015

By Aqil Mahmudov On 23 İyn, 2015 At 11:34 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

“Azərbaycan hökumətinin jurnalistlərimizi gözdən salmaq üçün təşkil elədiyi son cəhdlər bizim üçün sürpriz olmadı. Son təxribat, jurnalistimiz Xədicə İsmayılın həbsi kimi, Azərbaycandakı azad səsləri susdurmaq üçün aparılan kampaniyanın tərkib hissəsidir”. RFE/RL (Azad Avropa / Azadlıq Radiosu) şirkətinin baş redaktoru Nenad Pejic Azərbaycandakı bəzi media orqanlarında AzadlıqRadiosunun keçmiş və indiki rəhbərliyi yayılan təxribatı belə qiymətləndirir. Nenad […]

By Aqil Mahmudov On 23 İyn, 2015 At 11:59 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun istintaq işində dövlətə xəyanət maddəsi ayrıca icraata götürülüb. Bu haqda AzadlıqRadiosuna Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib. Onun sözlərinə görə, digər maddələr üzrə Leyla Yunusun istintaqı yekunlaşmaq üzrədir və yaxın vaxtlarda məhkəməyə göndərilməsi gözlənilir: “Məhkəmədə yalnız iqtisadi maddələrə baxılacaq. Vətənə xəyanət maddəsi […]

By Aqil Mahmudov On 23 İyn, 2015 At 11:11 Axşam | Categorized As DÜNYA | With 0 Comments

16 aydır maaş almayan Ərdəbil dəmir əritmə zavodunun fəhlələri bazar günü iyunun 21-də iş idarəsi binası önündə toplanıb əllərində plakatlarla Ərdəbil valiliyinə doğru yürüyüblər. Yerli media polisin müdaxiləsi ilə mitinqin dağıldığını və bir neçə işçinin yaralanıb xəstəxanaya aparıldığını yazır. “Bazar günü səhər vaxtlarında təqribən 200 işçi 16 aylıq maaşlarının gecikməsi və iş durumları ilə əlaqədar […]

By Aqil Mahmudov On 23 İyn, 2015 At 06:24 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Müsavat Partiyasının başqanı Arif Hacılı çərşənbə axşamı Brüssel səfərinin nəticələrinə dair  mətbuat konfransı keçirib. A.Hacılı çoxsaylı görüşlərdə iştirak etdiyini, Avropa Birliyi təmsilçiləri, Şərq Tərəfdaşlığı ölkələrinin təmsilçilərilə görüşdüyünü nəzərə çatdırıb. Bundan əlavə, Avropa Liberal İttifaqı təmsilçilərilə görüşlər keçirdiyini xatırladıb. Şərq Tərəfdaşlığı ölkələrinin təmsilçilərilə maraqlı görüşlər olduğunu deyən A.Hacılı Qarabağ məsələsilə bağlı müzakirələrdə çıxış etdiyini vurğulayıb. Belə […]

By Aqil Mahmudov On 23 İyn, 2015 At 06:10 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Rəsmi dövlət qəzeti “Azərbaycan” son günlər dərc etdiyi anti-Amerika redaksiya məqalələrindən sonra bu gün Almaniyanı hədəfə alıb. Qəzetin “Almaniya bu gün: hegemon, yoxsa vassal?” başlıqlı iki səhifəlik redaksiya məqaləsində Almaniya hökumətinə, o cümlədən şəxsən kansler Angela Merkelə qarşı kəskin ittihamlar və təhqirlər yer alır. Merkel və Hitler arasında müqayisə aparılır, Dördüncü Reyxin Avropaya ekspansiyasından, qitədə […]

By Aqil Mahmudov On 23 İyn, 2015 At 05:27 Axşam | Categorized As HADİSƏ | With 0 Comments

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, Bayıl ərazisində “Tarelka” adlanan ərazidə 5 saylı avtobus dərəyə aşıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. “Bakı Sərnişinnəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətində şöbə müdirinin müavini işləyən Vüqar İbrahimli xəbəri təsdiqləyib. Onun sözlərinə görə, qəza avtobusun sərt döngəni dönərkən əyləc sisteminin işləməməsi […]

By Aqil Mahmudov On 23 İyn, 2015 At 05:46 Axşam | Categorized As DÜNYA | With 0 Comments

“Vaşinqton NATO-dakı müttəfiqlərini sakitləşdirmək üçün Şərqi və Mərkəzi Avropada tank, artilleriya və digər hərbi texnikaların iştirakı ilə ilkin möve tutacaq”. Bunu Birləşmiş Ştatların müdafiə naziri Ash Carter iyunun 23-də Estoniyanın paytaxtı Tallində deyib. O qeyd edib ki, Estoniya, Latviya, Litva, o cümlədən Bolqarıstan,Rumınya və Polşa ərazilərində bu avadanlıqların yerləşdirilməsinə artıq razılıq veriblər. Bu hərbi avadanlıqların […]

By Aqil Mahmudov On 23 İyn, 2015 At 05:47 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı, iş adamı Məzahir Cəfərovun müəmmalı şəkildə intiharı məsələsi gündəmdən düşmür. Məsələ ilə bağlı cinayət işi açılaraq, istintaq aparılsa da, intiharın səbəbləri barədə rəsmi heç bir məlumat yoxdur. Hələliksə intiharla bağlı 2 versiya üzərində dayanılır: külli miqdarda borc və psixoloji problem. Bu arada AzNews.az saytı mərhumun son […]

By Aqil Mahmudov On 23 İyn, 2015 At 03:50 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Rüstəm İbrahimbəyovun xarici mətbuatda çıxan müsahibəsi ona və Milli Şuraya qarşı növbəti kampaniyaya səbəb olub. Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində R.İbrahimbəyovu hədəf seçənlərə cavab verib. Dəyərli dostlar! Milli Şuranın sədrindən qurtarmamış qarğa-quzğun dəstəsi indi də onun fəxri sədrinin üzərinə düşüb. Bu hay-küy Rüstəm İbrahimbəyov “The New Times” qəzetinə məlum müsahibəsi ilə bağlıdır. Rüstəm bəyin […]

By Aqil Mahmudov On 23 İyn, 2015 At 12:49 Səhər | Categorized As DÜNYA | With 0 Comments

Türkiyədə yeni hökumətin qurulması ilə bağlı qızğın müzakirələrin getdiyi vaxtda HDP-li millət vəkilindən, yeni parlamentdə partiyasının məclis başqanı vəzifəsini tutacaq Mehmet Fıratdan maraqlı açıqlama gəlib. M.Fırat bildirib ki, AKP sədrini dəyişmək barədə qarar verib. Qərara əsasən Əhməd Davudoğlu sədrlikdən gedəcək, yerinə keçmiş prezident Abdulla Gül gətiriləcək: «Artıq qərar verilib. Siyasət mühəndisləri hərəkətə keçiblər. Hazırda AKP […]