Tənqidçi yazar Zümrüd Yağmurun ötən aylarda nəşrdən çıxmış “Ölkə adı:22” romanının satışına qadağa qoyulub. Bu haqda məlumatı Zümrüd Yağmur özü “Basta” ya verib. Zümrüd Yağmur deyir: “Ölkə adı:22” romanının satışına qadağa qoyulub. Bir necə gün əvvəl bir oxucu mənə müraciət edərək əsəri necə əldə edə biləcəyini soruşdu. Ona hansı kitab dükanlarından əldə edə biləcəyini söylədim. Lakin […]
“Müsavat Partiyası bundan sonra da öz qurumlarını möhkəmləndirəcək, media və ictimaiyyətlə işləyəcək, ölkənin aktual problemlərini müzakirə edəcək və əlbəttə, etirazçı elektoratın fəallaşması üçün kütləvi aksiyalar keçirəcək”. Referendum sonrasi durumu Turan-a şərh edən Müsavat Partiyası başqanı Arif Hacılı belə deyib. Onun qənaətincə, etirazçı elektoratın fəallaşması qaçılmazdır. “Yaxın gələcəkdə dərin iqtisadi böhranın nəticələri güclənəcək. Bundan başqa, Azərbaycanı […]
Hefteaz.info xəbər verir ki, Bakıda «8-ci kilometr» adlanan ərazidə, konkret olaraq, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanında meyvə-tərəvəz bazarı var. Sən demə, bu məşhur meyvə-tərəvəz bazarı elə məşhur generalların da yaxınlarına məxsus imiş – keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova və nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş […]
Gələn il yerli büdcə xərclərinin maliyyələşdirilməsinə mərkəzi büdcədən ayrılan dotasiya 10 dəfə azaldılacaq. Bununla belə özü-özünü təmin edən şəhər və rayonların sayı 7-dən (Bakı, Mingəçevir, Naftalan, Şirvan və Sumqayıt şəhərləri, Abşeron və İmişli rayonları) 37-yə çatacaq. YERLİ İH-LƏRƏ 75.8 MİLYON DOTASİYA Maliyyə Nazirliyi sentyabrın 29-da «Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında» qanun layihəsini açıqlayıb. […]
Aqil Mahmudov Müstəqilliyin yalnız ilk addım olduğuna, onu “bütün dərdlərə dərman” həddinə qədər fetişləşdirməyin yanlışlığına diqqət vermirdik. Bu gün artıq söyləmək olar ki, nağılın sonuna gəldik. Düzdür, hələ bir qədər sərvətimiz qalıb. Neft tam tükənməyib, qazımız da var. Lakin aydındır ki, daha heç vaxt Azərbaycana son illərdə olduğu kimi əsrarəngiz sərvət axmayacaq. Bəs bu nağılın […]
Nazim Bəydəmirli: Dövlət xərcləri azaldılmalıdır Qubad İbadoğlu: 2017-ci ildə böyük özəlləşdirmə gözlənilmir, təhsil xərclərində isə 20 faizə qədər bahalaşma planlaşdırılır 2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb. Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 minmanat, yerligəlirləri 642,381 […]
Dadaş Əhmədli: “İslahatlara vaxtında – ölkəyə neft pullarının axını olduğu vaxt başlamaq lazım idi” «Hesab edirəm ki, Azərbaycanda referendumdan sonra üç istiqamət üzrə ciddi və çox vacib tədbirlər həyata keçiriləcək». Milli Məclisin üzvü Səməd Seyidov «Trend»ə müsahibəsində belə deyib. Onun sözlərinə görə, həmin üç istiqamətin birincisi dövlətin ümumi idarə olunması, onun gələcəkdə dünyada, regionda təhlükələrə, […]
Nidaçı gəncin həbsinin gerçək səbəbi bəlli oldu Respublika Prokurorluğu Nidaçı gənc Elgiz Qəhrəmana həbs edildikdən sonra işgəncə verilməsi ilə bağlı araşdırmaya başlayıb. Bu haqda “Basta”ya bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşən vəkil Nemət Kərimli məlumat verib. “Elgiz Qəhrəman ona işgəncə verilməsi ilə bağlı Respublika Prokurorluğuna şikayət vermişdi. Bu gün prokurorluğun müstəntiqi Elgiz […]
Hefteaz.info xəbər verir ki, ”Müsəlman Birliyi” Hərəkatının rəhbəri Baş Prokurorluğun cinayət işinin başlanmasının rədd olunması qərarından şikayət vermişdi Sentyabrın 29-da Səbail rayon Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadənin şikayətinə baxılıb və təmin edilməyib. Bu barədə məlumatı vəkili Zibeydə Sadıqova öz “Facebook” səhifəsində yayıb. Taleh Bağırzadə 26 noyabr 2015-ci ildə həbs edilərkən və BMCMİ-də saxlanılarkən […]
Ölkə çempionu “Qarabağ” bu gün beynəlxalq arenada növbəti sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fiorentina”nın qonağı olacaq. İlk turda Bakıda “Slovan”la heç-heçə edən “Qarabağ”ı bu dəfə daha çətin oyun gözləyir. Rəqib meydanlardakı son 6 matçda “Qarabağ” qələbə üzü görməyib, cəmi 2 heç-heçə ilə təsəlli tapıb. Roman Qriqorçukun yetirmələri […]