Yanvar, 2017

By Aqil Mahmudov On 31 Yan, 2017 At 08:16 Axşam | Categorized As HADİSƏ | With 0 Comments

Milli Məclisin sektor müdiri olmuş Fəridə Məcidovanın baltalanması Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bu qətlə görə onun həyat yoldaşı Məzahir Qasımi hakim önünə çıxarılıb. “Qaşığı qızdırıb qardaşımın bədəninə basırdı” Təxminən 30 il Milli Məclis Aparatında müxtəlif vəzifələrdə işləmiş Fəridə Məcidova ötən il sentyabrın 9-da yaşadığı evdə baltalanıb. Hadisənin ər-arvad arasında mübahisə zəminində baş verdiyi bildirilir. […]

By Aqil Mahmudov On 31 Yan, 2017 At 08:25 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Almaniyanın nəhəng banklarından «Deutsche Bank» 600 milyon avro cərimə ödəyəcək. Buna səbəb bankın Rusiyada «çirkli pulların yuyulmasında» iştirakıdır. İstintaq məlumatlarına görə, rus müştərilər bankın Moskva və London filialları vasitəsilə 10 milyard dollara yaxın pul «yuyublar». «Deutsche Bank»ın Nyu-Yorkdakı Maliyyə Xidmətləri Departamentindən (DFS) bildiriblər ki, bu üsuldan bir neçə ildir istifadə olunub. İş materiallarında o da […]

By Aqil Mahmudov On 31 Yan, 2017 At 07:44 Axşam | Categorized As ARAŞDIRMA, GÜNDƏM | With 0 Comments

Mərkəzi Bankın Dövlət Neft Fondunun da iştirakı ilə keçirdiyi növbəti hərraclardan sonra dollar sışrayışla bahalaşaraq, manatın “orta çəkili məzənnəsi” (Bu ifadəni MB təzə dəbə mindirib – red.) hazırda 1,9165 səviyyəsində formalaşıb. Əvvəlki  hərraclarda 1,82 – 1,85 manatdan satılan dolların birdən-birə təxminən 3% bahalaşmasının səbəbi kimi hərraca çıxarılan dolların bankların tələbatını ödəməməsi göstərilir. Belə ki, sıçrayışlı […]

By Aqil Mahmudov On 31 Yan, 2017 At 07:21 Axşam | Categorized As İQTİSADİYYAT | With 0 Comments

Fevralın 1-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan  verilən məlumata görə, 01.02.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,9200 səviyyəsində müəyyən olunub.  Qeyd edək ki, yanvarın 31-də USD/AZN rəsmi məzənnəsi 1,9165 manat təşkil edib.

By Aqil Mahmudov On 31 Yan, 2017 At 07:54 Axşam | Categorized As MANŞET, SEÇMƏ | With 0 Comments

Ali Məhkəmənin sədri Ramiz Rzayev ya Osmanlı imperatorluğunun tarixini gözəl oxuyub, ya neoosmançılıq ideyalarının təbliğatçısıdır, ya da məşhur “Sultan Süleyman” serialının alovlu tamaşaçısıdır. Hər halda başqa bir izahı olsaydı, Azərbaycan femidasının ali instansiyasının sədri başı üzərinə Sultan Süleyman Qanuninin portretini asmazdı. Hefteaz.info 24saat.org saytına istinad edərək bildirir ki, Vyetnam Milli Məclisinin sədri müavini Uonq Çu Lunun başçılıq […]

By Aqil Mahmudov On 31 Yan, 2017 At 07:58 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Hefteaz.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi yanvarın 31-də bloqqer Mehman Hüseynovun şikayətini təmin etməyib. Bu haqda M.Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil Mirpaşa Hüseynovun sədrlik etdiyi məhkəmə heyətinin M.Hüseynovun 200 manat cərimə edilməsini qanuni hesab etdiyini bildirib. E.Sadıqov sözügedən iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.

By Aqil Mahmudov On 31 Yan, 2017 At 07:07 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Yanvarın 31-də REAL Hərəkatının ofisində Avropa ölkələri səfirliklərinin nümayəndələri ilə görüş keçirilib. Hərəkatdan Hefteaz.info-ya  verilən xəbərə görə, görüşə Böyük Britaniya Krallığının səfirliyinin siyasi məsələlər üzrə katibi, konsul James Holder və Niderland Krallığının səfirliyindən Ayşe Aydin qatılıb. Onlar hərəkatın sədrinin müavini Azər Qasımlı, icra katibi Natiq Cəfərli, İdarə Heyəti üzvləri Erkin Qədirli və Rəsul Cəfərov ilə […]

By Aqil Mahmudov On 31 Yan, 2017 At 06:46 Axşam | Categorized As DÜNYA | With 0 Comments

Keçmiş Polşa prezidenti Lex Valensanın (Lech Walesa) 1970-ci illərdə təhlükəsizlik xidməti ilə əməkdaşlıq etməsi barədə yeni sübutlar aşkar edildiyi bildirilir. Reutersin yanvarın 31-də yaydığı məlumata görə, bunu ekspertlər deyir. Məlumata görə, dövlətlə bağlı olan “Milli yaddaş institutu” nun apardığı ekspertizanın nəticələri Valensanın təhlükəsizlik xidməti ilə əməkdaşlıq etdiyini göstərir. İnstitutun əməkdaşı Anjey Pozorski mətbuat konfransında ekspertizanın […]

By Aqil Mahmudov On 31 Yan, 2017 At 06:07 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Yeddi aya yaxındır ki, ANS-in fəaliyyəti dayandırılıb. Biz həm televiziya, həm radio, həm də internet portalı olaraq, doğma Azərbaycanımıza xidmət etmək imkanından məhrum olmuşuq. ANS yalnız onu quran təsisçilərin xüsusi mülkiyyəti deyil, xalqımızın, dövlətimizin milli sərvətidir. Bu gün biz qürurla Azərbaycan silahını dünyaya təqdim edirik. Azərbaycan muğamının beynəlxalq etirafından fəxrlə danışırıq. Azərbaycan idmançısının planetar nailiyyətlərinə […]

By Aqil Mahmudov On 31 Yan, 2017 At 06:10 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlının qanunsuz həbs olunması ilə bağlı Avropa Məhkəməsinə göndərilən şikayət icraata götürülüb. Bu haqda  onun vəkili Nemət Kərimli məlumat verib. “Fuad Qəhrəmanlının şikayəti “Azərpoçt” tərəfindən itirilmişdi. Biz hesab edirik ki, “Azərpoçt”un bu tipli məktubları itirməsi təsadüf deyil, ehtimal ki, bunun arxasında hakimiyyət dayanır. Lakin Avropa Məhkəməsi ilə apardığımız intensiv […]