Aprel, 2017

By Aqil Mahmudov On 29 Apr, 2017 At 12:36 Səhər | Categorized As DÜNYA | With 0 Comments

Maltada keçirilən Avropa Birliyi (AB) ölkələrinin Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamalar verib. Strateq.az xəbər verir ki, o, toplantıda AB ölkələrinin Türkiyəyə qarşı ikili standartlarla yanaşdıqlarını bir-bir faktlarla dilə gətirdiyini bildirib: “Sonda Türkiyənin Avropa üçün önəmini vurğuladım. Çox açıq şəkildə “Bizimlə əməkdaşlıq edəcəksiz, dialoq içində olacaqsınız, ikili […]

By Aqil Mahmudov On 29 Apr, 2017 At 12:20 Səhər | Categorized As DÜNYA | With 0 Comments

ABŞ prezidenti Donald Tramp prezident olmadan öncəki həyatı barədə danışarkən Ağ Evdə yeni işinin gözlədiyindən daha çətin olmasına təəccübləndiyini deyib. Trend-in “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Evdə Reuters agentliyinə müsahibə verən cənab Trump keçmiş həyatını “o qədər şey baş verdiyi” üçün “sevdiyini” deyib. “Bu, keçmiş həyatımda gördüyümdən çox işdir. Mən əvvəlki həyatım üçün […]

By Aqil Mahmudov On 29 Apr, 2017 At 12:43 Səhər | Categorized As HADİSƏ | With 0 Comments

Bakının Sabunçu rayonunda yerləşən Kürdəxanı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. “Report” xəbər verir ki, 1977-ci il təvəllüdlü Qələndərov Mehman Hüseyn oğlu saxlandığı həbsxanada özünü iplə asıb. Faktla bağlı araşdırma aparılır. M.Qələndərov barəsində cari ilin fevral ayının 7-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

By Aqil Mahmudov On 29 Apr, 2017 At 12:19 Səhər | Categorized As ARAŞDIRMA, MANŞET | With 0 Comments

“Bombardier”in əməkdaşları Bakıda Jurnalistlərin əldə etdikləri sənədlərdən görünür ki, Azərbaycanla sövdələşmədən ofşora 85 milyon dollar vəsait çıxarılıb. Beləki, “Bombardier”in İsveç filialı Azərbaycana dəmir yolları siqnalları satmaqla bağlı müqavilə imzalayıb. Avadanlıqlar birbaşa Azərbaycana göndərilsə də, vəsait Azərbaycandan Londonda qeydiyyatdan keçən, amma nə ünvanı, kontaktları, nə də hansısa bir işçisi olan “Multiserv Overseas” şirkətinə ödənib.105 milyon dollar… […]

By Aqil Mahmudov On 29 Apr, 2017 At 12:31 Səhər | Categorized As SİYASƏT | With 0 Comments

Müxalifətdə olan AzərbaycanXalq Cəbhəsi Partiyasının (AXCP) Neftçala rayon (Bakıdan 169 kilometr cənub) təşkilatının sədri Əflatun Əhmədli və həyat yoldaşı Ülkər Əhmədli müəllim işlədikləri məktəblərdə işdən azad ediliblər. Əhmədli bu qərarın siyasi motivli və onun müxalif fəaliyyəti ilə bağlı olduğunu düşünür. O, Turan-ın müxbiri ilə söhbətində bildirib ki, aprelin 25-də rayon təhsil şöbəsinə çağırılıb, burada ondan […]

By Aqil Mahmudov On 29 Apr, 2017 At 12:18 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” fərmanında dəyişiklik edib. “Azərtac” xəbər verir ki, fərmanın 1. 3.2-ci bənddə “1.4-1.6-cı” sözləri “1.4-1.7-ci” sözləri ilə əvəz edilib. Həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlıq sahəsində […]

By Aqil Mahmudov On 28 Apr, 2017 At 08:16 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

“Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli sərbəst buraxılıb. O, polisə çağırılmasının səbəbləri ilə bağlı aşağıdakıları bildirib. “Məni beşinci polis bölməsində mayor Cavanşir Quliyev qəbul etdi. Bildirdi ki, 25 il əvvəl Şuşa işğal olunan zaman şəhid olmuş Bayram Səfərovla bağlı bölməyə material daxil olub. Bununla əlaqədar məndən izahat alındı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla […]

By Aqil Mahmudov On 28 Apr, 2017 At 08:26 Səhər | Categorized As SİYASƏT | With 0 Comments

Müsavat Partiyası hakimiyyətin mətbuata qarşı artan təzyiqləri ilə bağlı bəyanat qəbul edib. Bəyanatda qeyd olunur ki, ölkədə fundamental hüquq və azadlıqların məhdudlaşdırılması, müxalifət partiyalarına, ictimai fəallara, mətbuata qarşı təziqlər davam edir. Azərbaycan hakimiyyəti ifadə azadlığını aradan qaldırmaq üçün müxtəlif üsullara əl atır. Sənəddə Azadlıq Radiosunun, Meydan TV-nin, Azadlıq qəzetinin saytlarına girişin məhdudlaşdırılmasına və “Basta” saytının baş […]

By Aqil Mahmudov On 28 Apr, 2017 At 08:51 Səhər | Categorized As CƏMİYYƏT | With 0 Comments

Hefteaz.info “Ayna-Zerkola” qəzetinin baş redaktoru, siyasi analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edir: – Elçin bəy, hazırda hamının diqqəti Koreya yarımadasına istiqamətlənib, dünya nüvə müharibəsi haqqında danışır. Siz məsələyə necə baxırsınız? – Söhbət ondan gedir ki, Şimali Koreya kimi despot bir rejimin əlində nüvə silahı var. Bundan başqa heç nə baş vermir. Təsəvvürünüzə gətirin ki, […]

By Aqil Mahmudov On 28 Apr, 2017 At 08:13 Səhər | Categorized As MANŞET | With 0 Comments

Ötən il dünyada mətbuat azadlığının səviyyəsi son 13 ildə ən aşağı həddə düşüb. Səbəb böyük demokratik quruluşlarda jurnalistlərə və media orqanlarına görünməmiş təhdidlər, avtoritar rejimlərdə mediaya təzyiqin artması, Rusiya və Çinin sərhədləri xaricində də təsir güclərini artırmaq cəhdləridir. Bunu “Freedom House” hüquq-müdafiə təşkilatı aprelin 28-də açıqladığı “Mətbuat Azadlığı-2017” adlı hesabatında deyir. Hesabatda 199 ölkədə və […]