Dekabr 15th, 2017

By Aqil Mahmudov On 15 Dek, 2017 At 10:00 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Dekabrın 15-i Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal-13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Məhkəmə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutub. Məhkəmədə çıxış edən Əziz Orucovun vəkilləri, ona bəraət istəyiblər. Daha sonra Ə.Orucov son sözlə çıxış edib. O da çıxışında ittihamları qəbul etmədiyini, barəsində bəarət hökmünün […]

By Aqil Mahmudov On 15 Dek, 2017 At 10:51 Axşam | Categorized As DÜNYA | With 0 Comments

Moskva dekabrın 15-də bəyan edib ki, Avropa İttifaqı liderlərinin Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha 6 ay uzatmaq barədə qərarından “məyusluq” keçirir. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, “biz bu qərarların nə Avropa İttifaqına üzv olan ölkələr, nə də Rusiya Federasiyası üçün mənfəətli olmadığına inanırıq”. Sözçü bildirib ki, Rusiya sanksiyaları əvvəllər də olduğu kimi qanunsuz […]

By Aqil Mahmudov On 15 Dek, 2017 At 10:55 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi videobloqqer Mehman Hüseynov barəsində aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Mehman Hüseynov hakimə: “O pulun yarısını sizə verəcəm” “Məni həbs elətdirmək Musa Musayevin (Nəsimi Rayon Polis İdarəsinin rəisi-red.) gücü çatacaq iş deyil. Sadəcə, ona “yuxarıdan” sifariş veriblər, o da icra eləyib. Yəni məni həbs eləmək üçün ondan vasitə kimi istifadə olunub”, – […]

By Aqil Mahmudov On 15 Dek, 2017 At 10:42 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsi partiyanın I Təsis Qurultayı ilə bağlı Bəyanat yayıb. Hefteaz.info həmin bəyanatın tam mətnini təqdim edir: Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsi (TK) Partiyanın I Təsis Qurultayının bu ilin oktyabr ayının 29-da keçirilməsi ilə bağlı qərar vermiş və Bakı şəhərində yerləşən 4 və 5 ulduzlu otel və özəl obyektlərə partiya qurultayının keçirilməsi […]

By Aqil Mahmudov On 15 Dek, 2017 At 04:19 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Müsavat başqanı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən çıxıb. Arif Hacılı onun BMCMİ-nə çağırılmasıın əsas səbəbinin son zamanlarda Müsavat Partiyasının Mərkəzi Qərargahında keçirilən tədbirlər olduğunu bildirib. Arif Hacılı deyib ki, onun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılması ilk növbədə REAL partiyasına qurultayın keçirilməsi üçün Müsavatın yer verməsi ilə bağlıdır. Arif Hacılı Dövlət Əmlak Komitəsinin Müsavata rəsmi xəbərdarlığı, onun bu məqsədlə […]

By Aqil Mahmudov On 15 Dek, 2017 At 02:59 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Müsavat başqanı Arif Hacılının dekabrın 15-də saat 14:00-da əhali arasında “Bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması barədə məlumat vermişdik. Arif Hacılı artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir. Hefteaz.info-a daxil olan məlumata görə vəkil Osman Kazımovun içəri daxil olmasına icazə verilməyib. Hefteaz.info

By Aqil Mahmudov On 15 Dek, 2017 At 01:26 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Bu gün Sumqayıt şəhərində hərəkətsizlik sindromu yaşanıb. Sumqayıt sakinləri səhər saatlarından nəinki nəqliyyatdan istifadə edə, heç piyada evlərindən də, çıxa bilməyiblər. Bu barədə Sumqayıt sakinləri narazılıq ifadə edən statuslar yazaraq sosial şəbəkədə şikayətləniblər. Məlumata görə, Sumqayıta giriş-çıxış bağlanıb, sakinlərin hərəkəti məhdudlaşdırılıb. Medianın yaydığı xəbərə görə, Sumqayıtda hərəkətin iflic olmasına səbəb ölkə başçısının şəhərə səfər etməsi olub. […]

By Aqil Mahmudov On 15 Dek, 2017 At 01:11 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) mətbuat üçün açıqlamasında deyilir ki, qurum Azərbaycanın müxalifət siyasətçisi İlqar Məmmədov barədə AİHM-in 2014-cü il hökmünü icra etməməsi ilə əlaqədar rəsmi Bakıya qarşı xüsusi prosedura başlayıb. Bu prosedurdan məqsəd Azərbaycanın hazırda həbsxanada olan İlqar Məmmədov barədə AİHM-in hökmünün icrasından imtina edib-etmədiyinin bir daha müəyyənləşdirilməsidir. Bu da qeyd olunur ki, Avropa […]

By Aqil Mahmudov On 15 Dek, 2017 At 01:21 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Bu gün Müsavat Partiyasının qərargahında ReAl Vətəndaş Hərəkatının və Müsavat Partiyasının rəhbər şəxslərinin görüşü keçirilib. Görüşdə ReaL partiyasının təsis qurultayının Müsavat Partiyasının qərargahında keçirilməsinə hakimiyyətin yaratdığı qeyri-qanuni problemlər müzakirə olunub. ReAl partiyasına qurultayın keçirilməsi üçün yer verilməməsi,  Dövlət Əmlak Komitəsinin Müsavata rəsmi xəbərdarlığı, Müsavat başqanı Arif Hacılının Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılması hakimiyyətin müxalifətə […]

By Aqil Mahmudov On 15 Dek, 2017 At 11:16 Səhər | Categorized As MANŞET | With 0 Comments

Sərhədsiz Reportyorlar: Beynəlxalq ictimaiyyət Azərbaycan hökumətindən müstəqil jurnalistlərin təqibinə son qoymağı tələb etməlidir Azərbaycanda jurnalist Əfqan Muxtarlıya qarşı məhkəmə prosesinin başlaması ilə əlaqədar “Sərhədsiz Reportyorlar” təşkilatı bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətindən azadlıqda qalan azsaylı müstəqil jurnalistlərin təqibinə son qoymağı tələb etməyə çağırıb. Amerikanın Səsinin xəbərinə görə, “Mayın 29-da Tbilisidə oğurlanmış və zorla Bakıya gətirilmiş […]