Zaqatalada 4-cü sinif şagirdi intihar edib. APA-nın məlumatına görə, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun hələ ki, […]
Əmək pensiyalarının orta məbləği Rusiyada 244 dollar, Azərbaycanda isə 122 dollardır. Qonşu Rusiyadakı qədər pensiya ala bilməkdən ötrü bizim pensiyaçılarımız azı 15 il gözləməlidirlər… Yenə də ictimai fikri azdırmağa çalışırlar. Bundan ötrü Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümov 2003-cü ilə də qayıtmalı olub. Nazir deyir ki, əmək pensiyalarının orta məbləği 2003-2017-ci illərdə 11,3 […]
“Vergi reketi” dayandırılsa da, yanvar ayı üzrə plan 15 faiz artıqlamasilə yerinə yetirilib! Fazil Məmmədovun vəzifədən kənarlaşdırılmasından və Mikayıl Cabbarovun nazir təyinatından sonra Vergilər Nazirliyi ətrafında baş verənlər bir çox mətləblərin üstünü açmaqdadır. Yoxlamaların böyük qisminin, həmçinin sahibkarların “çarmıxa çəkilməsi” prosesinin dayandırıldığı bir şəraitdə, istər-istəməz vergi planının necə yerinə yetiriləcəyi barədə suallar yaranırdı. Ancaq Hefteaz.info-ya […]
Yasamal Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Əziz Əzizov icra hakimiyyəti Aparatında bir sıra kadr dəyişiklikləri edib. “Report”un xəbərinə görə, Ə.Əzizov rayon Təsərrüfat şöbəsinin baş məsləhətçisi Məmmədov Fəxrəddin Məhəmməd oğlunu özünə köməkçi təyin edib. Təsərrüfat şöbəsinin baş məsləhətçisi vəzifəsinə isə Həsənov Seyran Gülməmməd oğlu təyin olunub. Bundan başqa, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları […]
Yaxud, Azərbaycan niyə Norveç ola bilmədi? Azərbaycanın dünyada sayılıb-seçilən ölkələr sırasında olması üçün isrtənilən qədər potensialı var. Yeraltı-yerüstü sərvətlər, əlverişli coğrafi mövqe, münbit təbiət və.s Amma bütün bu üstünlüklər acgözlüyün, talançılığın, saxtakarlığın qarşısında aciz qaldı. Təkcə neft amilindən faydalanmaqla güclü iqtisadiyyat qurmaq, turizm sahəsini inkişaf etdirmək, Azərbyacana öyük investisiya cəlb etmək, gələcək nəsillərə sığortalı həyat […]
Vaşinqtonda Rusiya səfirliyin önündəki küçəyə Boris Nemtsovun adı verildi. Üç il öncə Kreml yaxınlığında qətlə yetirilmiş müxalifət liderinin xatirəsini yad etmək üçün yaxınları ilə bərabər, şəhər rəsmiləri və ABŞ qanunvericilər də iştirak ediblər. Vaşinqtonda Rusiya səfirliyinin önündəki küçədə kiçik bir qrup toplaşıb. Bu küçəyə Boris Nemtsov Plaza adı verilib. Rusiyanın sabiq baş nazir müavini və […]
Əlövsət Sadıqlı fevralın 23-də həbs olunan oğlu Elgiz ilə 4 gündən sonra görüşə bilib. Fevralın 27-də Binəqədi Müvəqqəti Saxlama Yerində qısamüddətli görüş olub. Elgiz Sadıqlı Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlının qardaşıdır. O, fevralın 23-də saxlanılıb. Növbəti gün doğmaları xəbər tutublar ki, o 30 sutka həbs olunub. Ə.Sadıqlı bildirib ki, oğlu ilə görüşə bilmək üçün […]
Müsavat Partiyası təklifi müsbət qarşılayıb, REAL isə müzakirə edəcək Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzi mart ayından başlayaraq saxta seçkilərə qarşı kütləvi aksiyaların keçirilməsini zəruri hesab edir və birgə ümumxalq mitinqləri keçirmək çağırışı ilə Müsavat Partiyasına və Respublikaçı Alternativ (REAL) Hərəkatına müraciət edib. Bu barədə DQMŞ-nin sədri Cəmil Həsənli facebook səhifəsində yazıb. Milli Şura hesab […]
Rövşən Hacıbəyli Hakimiyyət seçkiöncəsi seçicilərlə bazarlığa gedir, həm də ucuz bazarlığa Növbədənkənar seçkiyə gedirik, bu addımın ağlabatan rəsmi izahı olmasa belə. Ancaq elə sərəncam verilən gün hakimiyyət komandasında, əslində, komanda birliyinin olmadığı üzə çıxdı. Prezidentin yaxın ətrafında olanlar belə gecə verilən növbədənkənar seçki sərəncamından jurnalistlərin bununla bağlı sualından sonra xəbər tutmuşdu… Bu seçki qərarı Azərbaycanda […]
Fevralın 28-də Gəncə Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının 3 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş şikayət üzrə ilkin baxış iclası keçirilib. Məhkəmədə G.Bayramlının vəkili Elçin Sadıqov onun ev dustaqlığına buraxılması, onun saxlandığı sərhəd-buraxılış məntəqəsindəki müşahidə kameralarının görüntülərinin alınması və məhkəmədə baxış keçirilməsi, hal şahidi qismində tanınan şəxslərin apellyasiya məhkəməsində də dindirilməsi haqda […]