Mart, 2018

By Aqil Mahmudov On 31 Mar, 2018 At 06:13 Axşam | Categorized As MANŞET | With 0 Comments

Bu gün Bakıda müxalifətin növbəti mitinqi keçirilib. Müşahidəçilərin qənaətinə görə, “Məhsul” satdionunda baş tutan aksiyada iştirakçıların sayı müxalifətin 10 mart mitinqindən daha çox olub. Milli Şura və Müsavat Partiyasının təşkilatçılığı ilə keçirilən aksiyada AXCP sədri Əli Kərimli, Müsavat başqanının müavini Osman Kazımlı, AXCP rəyasət heyətinin üzvü Vahid Məhərrəmli, Müsavatın Divan üzvü Tofiq Yaqublu, Milli Şuranın […]

By Aqil Mahmudov On 31 Mar, 2018 At 03:37 Axşam | Categorized As ARAŞDIRMA | With 0 Comments

Yaxın vaxtlarda nəşr olunacaq “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969” adlı kitabımızın Xəlil Rza Ulutürk, Abbas Zamanov, Sara xanım Sarayeva, maestro Niyazi, 1962-ci ildəDağlıq Qarabağda rəhbərliyin dəyişdirilməsi haqqında, 1963-cü il aclığı, Sumqayıt hadisələri, Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılması, Şıxəli Qurbanovun zəfər və faciəsi, 60-cı illərdə Sovet Azərbaycanında din və ateizm, ötən əsrin 50-60-cı illərində Azərbaycan SSR-dəmühacirət həyatı yaşayan Azərbaycan Demokrat […]

By Aqil Mahmudov On 31 Mar, 2018 At 03:11 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Mərkəzi Bank 2017-ci ilin tədiyəbalansının məlumatlarını açıqlayıb. Devalvasiyadan sonra nəhayət ilk dəfə həm cari əməliyyatlarda, həm də bütövlükdə tədiyyə balansının ümumi saldosunda müsbət göstərici əldə edildi. Elə bu səbəbdən də 2015-2016-cı illərdən fərqli olaraq ötən il manatın məzənnə sabitliyini qorumaq (hətta 4%-ə qədər bahalandı) Mərkəzi Bankı qorumaq üçün çətin olmadı. Cari əməliyyatlar üzrə 1.685 mlrd. dollar, tədiyyə balansının ümumi yekunu üzrə 1.971 mlrd. dollar müsbət saldo yaranıb. Halbuki 2016-cı ildə cari əməliyyatlar […]

By Aqil Mahmudov On 31 Mar, 2018 At 02:57 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Bu gün Bakıda, Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) müxalifətin növbəti mitinqi keçirilir. Mitinq BŞİH-lə razılaşdırılıb və saat 15:00-dən 17-dək davam edəcək. Mitinqin əsas tələbləri bunlardır: “Azad seçki!”, “Monarxiyaya son!”, “Korrupsiyaya yox!”. Mitinqdə həmçinin “Erməni terrorunu lənətləyirik!” şüarı səsləndiriləcək və beynəlxalq birlikdən Ermənistanın Azərbaycana qarşı təcavüzünə, soyqırım aktlarına qiymət verilməsi tələb olunacaq.

By Aqil Mahmudov On 31 Mar, 2018 At 11:50 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Azərbaycan jurnalist birliyinin nümayəndələri Media klubun – media məkanının mühüm problemlərini həll etməyə, KİV sahəsində qərar və təklifləri hazırlamağa qadir olan məşvərətçi platformanın yaradılmasını qərara alıblar. Media klubun yaradılması ideyası bu gün Turan agentliyində bir sıra KİV xadimlərinin iştirakı ilə keçirilən məsləhətləşmələrin nəticəsində irəli sürülüb. Görüşdə “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, media üzrə […]

By Aqil Mahmudov On 31 Mar, 2018 At 11:52 Səhər | Categorized As SİYASƏT | With 0 Comments

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb. Sənəddə xarici yardımla bağlı hüquqi məhdiyyətlərə görə vətəndaş cəmiyyəti təşkilatlarının müşahidəçi missiyasını aparmasının çətinləşdiyi bildirilir. Prezident seçkilərini müşahidə etmək üçün 312 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov Amerikanın […]

By Aqil Mahmudov On 31 Mar, 2018 At 10:36 Səhər | Categorized As MANŞET | With 0 Comments

Hefteaz.info xəbər verir ki Müsavat-Avropa AKM Azərbaycanda keçiriləcək saxta prezident seçkilərinə etiraz əlaməti olaraq Avropada kütləvi etiraz aksiyalarına başlayacaqlar. Bu barədə təşkilatın rəhbəri hal-hazırda Avropada siyası mühacir olan ilham həsən öz müraciətində bildirib. Onun müraciətndə göstərilir ki  etiraz aksiyalarının tələblərindən biri də Avropa ölkələrinin və beynəlxalq təşkilatların bu saxta seçkilərn tanımaması olacaqdır. ilham Həsən daha […]

By Aqil Mahmudov On 31 Mar, 2018 At 09:13 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Ötən ay Gürcüstanda ÜDM-in artım tempi 5,5% təşkil edib. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, yanvar-fevral aylarında ÜDM 4,9% artıb. Fevral ayının digər əsas iqtisadi göstəricilərinə əsasən, Gürcüstanda istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 0,2% artıb, xarici ticarət dövriyyəsinin həcmi isə 16,3% artaraq 1 mlrd. 683,5 min dollar təşkil edib. Qonşu ölkədə ötən ay 4 […]

By Aqil Mahmudov On 31 Mar, 2018 At 09:13 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Dünən hakimiyyətin monopoliyasında olan Azərbaycan Mətbuat Şurası “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: mənfi meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirib. Tədbirdə jurnalistlərə onların “borc” və “vəzifələr”i xatırladılıb. Prezidentin köməkçisi Əli Həsənov deyib ki, görüşdə məqsəd düşmən qüvvələrin Azərbaycan dövlətinə qarşı “məkrli planı”nı ictimaiyyətin diqqətinə çatdırmaqdır. O, mətbuatı “sabitliyin qorunmasına” çağırıb, əks halda, […]

By Aqil Mahmudov On 31 Mar, 2018 At 08:40 Səhər | Categorized As SİYASƏT | With 0 Comments

Növbədənkənar prezident seçkisi yaxınlaşır. Qəzetlərin və saytlarınsa başlıca mövzusu mühacirlərdir. Azərbaycanda söyüş siyasətinin banisi olanlar bu gün ona qarşı səfərbər olunublar. Dünən elədiklərinin bir gün bumeranq kimi özlərinə qayıdacağını yalnız indi anlayıblar. Əli Həsənovun media komandası bu işdə ən mobil qüvvə rolunu oynamağa çalışır. Düzdür, burada Əli müəllimin xidmətləri az deyil. O, qrant, ev verdirdiyi […]