Mart 2nd, 2018

By Aqil Mahmudov On 2 Mar, 2018 At 04:59 Axşam | Categorized As ARAŞDIRMA, GÜNDƏM | With 0 Comments

Bir necə il bundan əvvəl, ölkə gündəminin əsas mövzusunu Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən hadisələr təşkil edirdi. Sabiq nazir Eldar Mahmudov istefaya göndərildikdən sonra açılan dəhşətli faktlar MTN-də qatı cinayətkar bir dəstənin fəaliyyət göstərdiyini ortaya çıxardı. Hansı ki, onlar iş adamlarını soymaq, günahsız insanları şərləyərək həbs etmək, intihara məhkum etmək, ölkə rəhbərliyində olan insanları belə […]

By Aqil Mahmudov On 2 Mar, 2018 At 04:41 Axşam | Categorized As DÜNYA | With 0 Comments

Bu gün Ermənistan parlamentində ölkənin yeni prezidentinin seçkisi keçirilib. Armen Sarkisyan ölkənin yeni prezidenti seçilib. Onun namizədliyi parlament çoxluğu tərəfindən irəli sürülmüşdü. A. Sarkisyan ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışırdı. O, daha əvvəl Ermənistanın baş naziri olub. Qeyd edək ki, 2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarə üsuluna […]

By Aqil Mahmudov On 2 Mar, 2018 At 04:04 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Azərbaycan prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.   Modern.az xəbər verir ki, Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:   Komissiyanın sədri   Abid Şərifov ─ Azərbaycan Respublikası Baş nazirinin müavini   Komissiyanın üzvləri:   Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının […]

By Aqil Mahmudov On 2 Mar, 2018 At 03:05 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

«Mən istər Azərbaycanda olanda, istərsə də Gürcüstanda yaşadığım müddətdə Əliyevlərin korrupsiyası barədə silsilə jurnalist araşdırmalarım olub. Məhz həmin araşdırmalara görə də cəzalandırılmışam…», – həbsdə olan jurnalist Əfqan Muxtarlının sözləridir. Martın 2-də Şəki Apellyasiya Məhkəməsində Ə.Muxtarlının apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Şikayət Ə.Muxtarlının 6 il azadlıqdan məhrum edilməsinə dair Balakən Rayon Məhkəməsində çıxarılmış hökmdən verilib. Rəfael […]

By Aqil Mahmudov On 2 Mar, 2018 At 03:41 Axşam | Categorized As ƏYALƏT | With 0 Comments

Azərbaycanın ən cəsarətli jurnalisti Elmar Hüseynovun öldürülməsindən 13 il keçir. Elə o zaman Hefteaz.info bəyan etmişdi  ki, bu ölümün arxasında rejim durur və bu hakimiyyət qaldıqca, Elmarın qanı batırılacaq. 13 ildir ki, balaca Aslan atasız, Azərbaycan da Elmarsız qalıb. Elmar bəyi ölkəmizdə azad sözü susdurmaq üçün öldürmüşdilər. Təsəllimiz odur ki, Elmar bu ölümü ilə ölümsizləşdi, […]

By Aqil Mahmudov On 2 Mar, 2018 At 10:24 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın lokallaşdırılıb. “Report” xəbər verir ki, hava küləkli olduğundan alovu söndürmək çətinləşib. Bu səbəbdən, FHN-in digər rayonlar üzrə yanğın mühafizə xidmətlərinin briqadaları da hadisə yerinə cəlb edilib. Yanğın zamanı 3 nəfər yaralanıb. Xəsarət alanlardan biri 1966-cı il təvəllüdlü Əliyev Mahirdir. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Əlavə məlumat veriləcək. […]

By Aqil Mahmudov On 2 Mar, 2018 At 09:49 Səhər | Categorized As DÜNYA | With 0 Comments

Rusiya prezidentinin Federal Məclisə müraciətinin az qala yarısı ən yeni silah sistemlərinin anonslarına və videotəqdimatına həsr olunmuşdu. Bu silahların demək olar, hamısı nüvə başlığı daşımaq qabiliyyətinə malikdir. Vladimir Putinin sözlərinə görə, Rusiya, Birləşmiş Ştatların antiraket müdafiəsi sistemlərinin genişlənən imkanlarına qarşı yeni silah hazırlamağa məcbur olub. Rusiya prezidentinin elan etdiyi silahların bəziləri doğrudan da ilk dəfə […]