Mart 16th, 2018

By Aqil Mahmudov On 16 Mar, 2018 At 10:32 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Müxalifətin növbəti mitinqi martın 31-də saat 15:00-da “Məhsul” stadionunda keçiriləcək. Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, mitinqlə bağlı Milli Şura və Müsavat təmsilçilərinin imzaladığı birgə müraciət bu gün Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilib. Aksiya “Azad seçki!”, “Korrupsiyaya yox!”, “Monarxiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!”, “Erməni terrorunu lənətləyirik!”, “Beynəlxalq ictimaiyyət ermənilərin azərbaycanlılara qarşı soyqırımına hüquqi-siyasi […]

By Aqil Mahmudov On 16 Mar, 2018 At 10:03 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Azərbaycanımızın Baş Naziri ildə bir dəfə 15-20 dəqiqəlik iri şriftlə yazılmış çıxışı üzdən oxuyacaq qədər qabiliyyət yiyəsi deyil “Azərbaycan Xalq Cümhuriyyəti qurulanda ölkədə ali təhsili olanların sayı cəmi 84 nəfər idi. Bununla belə yalnız o dövr üçün yox, yalnız region üçün yox, bütün dövrlər və bəşəriyyət üçün nümunə olacaq bir dövlət qurmuşdular”. Bunu Müsavat başqanı […]

By Aqil Mahmudov On 16 Mar, 2018 At 10:54 Axşam | Categorized As HADİSƏ | With 0 Comments

Ağsu-Kürdəmir yolunda dəhşətli avtomobil qəzası baş verib. Hadisə bu gün saat 18.30 radələrində Ağsu rayonunun Muradlı kəndi ərazisində qeydə alınıb. Dəhşətli avtomobil qəzasında 6 nəfər ölüb. “VAZ 2107”nin sürücüsü, Ağsu sakini,1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu ağır bədən xəsarətləri aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. “VAZ 2107”nin sərnişini olan 4 nəfər Siyəzən rayon […]

By Aqil Mahmudov On 16 Mar, 2018 At 10:17 Axşam | Categorized As SOSİAL | With 0 Comments

Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak edən bir qrup sahibkar aclıq aksiyasına başladığını açıqlayıb. Yerli icra hakimiyyətinin onlara borclu olduğunu və bunu ödəmədiyini iddia edən 10-dan artıq sahibkar problem çözülənə kimi aksiyanı davam etdirəcəklərini bildiriblər. Sahibkarlar deyiblər ki, onları abadlaşdırma işlərinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin (İH) seçdiyi podratçı şirkətin rəhbərliyi və İH-in memarlıq və tikinti […]

By Aqil Mahmudov On 16 Mar, 2018 At 09:11 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Azərbaycan hakimiyyəti maliyyələşdirdiyi bir sıra mətbuat orqanlarının əməkdaşlarından “facebook” sosial şəbəkəsində tənqidçilərə qarşı qarayaxma işində yararlanmağa bağlayıb. Başqa sözlə, indiyədək “mirzəlik” eləyənlər bir müddətdir ki, həm də “facebook”da “trolluq” edirlər. Bu haqda “Azadliq.info”ya məlumat verən mənbənin sözlərinə görə, onların “trol” fəaliyyəti göstərməsi üçün konkret yerlər də ayrılıb. Belə yerlərdən biri də YAP-ın Nizami rayon təşkilatının […]

By Aqil Mahmudov On 16 Mar, 2018 At 04:22 Axşam | Categorized As İDMAN | With 0 Comments

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılır.  İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 8 komanda rəqiblərini tanıyıb: “Barselona” (İspaniya) – “Roma” (İtaliya) “Sevilya” (İspaniya) – “Bavariya” (Almaniya) “Yuventus” (İtaliya) – “Real” (İspaniya) “Liverpul” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 […]

By Aqil Mahmudov On 16 Mar, 2018 At 02:34 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Yaxud köhnə komandanın yenilənmək siyasəti Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəsmi www.president.az saytı martın 16-da dizaynını dəyişib. Başlıca dəyişiklik rəsmi saytda mətn şriftlərinin, başlıqların böyüdülməsidir. President.az-da Xəbərlər, Sənədlər, Azərbaycan, Prezident, I vitse-prezident, Administrasiya, Müraciətlər rubrikaları, Foto və Video bölümləri yer alır. Dövlət başçısı İlham Əliyevin tvitləri ayrıca guşədə verilir. Başqa bir bölümdə prezidentə məktub yazmaq olar.Saytlara keçid […]

By Aqil Mahmudov On 16 Mar, 2018 At 01:10 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Sərdar Əlibəyli TƏXRİBATIN BU DƏFƏKİ “QURBAN”I NEMƏT PƏNAHLIDIR !!! Dünən “Ölkə.az” saytı Nemət Pənahlının adndan ilginc bir açıqlama yayıb. İlk öncə həmim açıqlamanın özü ilə tanış olun ki, söhbətin nədən getdiyinə və gedəcəyinə sizlər də vaqif olasınız, sayğıdəyər oxucular. Çünki həyasızlığın bu qədərinə hələ heç yerdə rastnlanmayıb və bundan sonra da rastlanmayacaq. Heç, nə hakimiyyətin, […]

By Aqil Mahmudov On 16 Mar, 2018 At 01:42 Axşam | Categorized As İQTİSADİYYAT | With 0 Comments

2018-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 5,3 milyard manata bərabər olmuşdur. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 2,7 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin […]

By Aqil Mahmudov On 16 Mar, 2018 At 01:07 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

2018-ci ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir.Dövlət Statistika Komitəsinin məlumatına görə, məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 8,4 faiz, neft sektorunda 0,4 faiz artmışdır. Sənaye məhsulunun 75,0 faizi mədənçıxarma sektorunda, 20,0 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar […]