Aprel 4th, 2018

By Aqil Mahmudov On 4 Apr, 2018 At 07:10 Axşam | Categorized As CƏMİYYƏT | With 0 Comments

Əgər sizin statusun altında naməlum şəxslərdən çoxlu “layk” varsa, ola bilsin ki, sizi hədəfə götürüblər.. Ötən həftə Azərbaycan hakimiyyəti siyasi baxımdan ona sərf etməyən jurnalistləri bir qədər sevindirdi, “Azadlıq” qəzetinin saytını blokdan çıxardı. Ancaq bu hadisəyə dair şərhlərdə təcrübəli adamlar sevinməyə tələsməməyə çağırırdılar. Hakimiyyətin demokratikləşdiyini düşünməyə səbəb yoxdur, ancaq müxalif fikrin bloklanması üzrə başqa texnologiyaya […]

By Aqil Mahmudov On 4 Apr, 2018 At 07:56 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv edilib. APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən yerli icra hakimiyyəti orqanlarının küçə reklamının yerləşdirilməsinə icazə vermək səlahiyyəti ləğv olunub. Qeyd edək ki, 2017-ci il iyunun 20-də Azərbaycan prezidenti İlham Əliyev […]

By Aqil Mahmudov On 4 Apr, 2018 At 07:05 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Sovet ideologiyası kapitalist iqtisadiyyatının ən böyük çatışmazlıqlarından biri olaraq, təmərküzləşməni göstərərdi. İqtisadiyyatımızın indiki durumuna baxanda, təmərküzləşmənin kasıb və orta təbəqənin məhvinə səbəb olduğunu bildirən sosializm və kommunizm qurucularının hardasa haqlı olduqları ilə razılaşmamaq olmur. Doğrudan da, müxtəlif sahələrdə yaranan iri şirkətlər xırda və orta təbəqəyə aid iş adamlarını rəqabətdən kənarda qoyaraq, məhv edir. Klassik anlamda […]

By Aqil Mahmudov On 4 Apr, 2018 At 07:17 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Son günlər müxalif azadliq.info satytının üzərindən bloklanma götürülüb. Bu məlumatı saytın redaktoru Rövşən Hacıbəyli Ameirkanın Səsinə təsdiq edib. Bununla yanaşı, üzərinə blok qoyulmuş digər saytlar- azadliq.org (“Azadlıq” radiosu), azerbaycansaati.com, meydan.tv, həmçinin “Azərbaycan saatı” və Turan TV videokanallarının saytlarından bloklanma götürülməyib. 2017-ci il martın 27-də Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bir neçə internet-resursa girişi bloklayıb: azadliq.info […]

By Aqil Mahmudov On 4 Apr, 2018 At 07:30 Axşam | Categorized As SOSİAL | With 0 Comments

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Amerikanın Səsinə müsahibəsində pensiya islahatının doğurduğu problemlərdən danışıb. – Azərbaycanda aparılan son pensiya islahatı yaşlı nəslin sosial durumuna necə təsir edir? Yəni, pensiya yaşlı nəslin sosial ehtiyacları üçün bəs edirmi? – Xeyr. Mən düşünmürəm ki, son pensiya islahatları məhz yaşlı nəslin sosial təminatının gücləndirilməsinə hədəflənib. Bir sıra parametrlər var […]

By Aqil Mahmudov On 4 Apr, 2018 At 07:16 Axşam | Categorized As HADİSƏ | With 0 Comments

Ucar rayon sakini intihar edib. Hadisə gecə saatlarında rayonun Qaracallı kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Turan Ağası oğlu Qədirov özünü asaraq intihar edib. T. Qədirovun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil Hefteaz.info

By Aqil Mahmudov On 4 Apr, 2018 At 07:48 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev aprelin 4-də 11 saylı cəzaçəkmə müəssisəsindəmüvəkkili ilə görüşüb. Bu barədə“Azadliq.info”ya məlumat verən müdafiəçi bildirib ki, keçmiş nazirin sağlı durumu yaxşıdır. “Səhhətində heç bir problem yoxdur. Mütəmadi olaraq, idmanla məşğuldur. Özünü gümrah hiss edir”, – deyə Toğrul Babayev bildirib. Qeyd edək ki, bugünlərdə Əli İnsanovun səhhətində problemlər olması, onun tibbi müəssisəyə köçürülməsə də, özünün özünü müalicə etməsi haqda məlumatlar yayılmışdı. […]

By Aqil Mahmudov On 4 Apr, 2018 At 11:20 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Qlobal video paylaşma şəbəkəsi “YouTube”ın Kaliforniya əyalətinin San Bruno şəhərindəki baş ofisində baş vermiş silahlı hadisədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisədə ölən qadının “şübhəli adam” olduğu bildirilir. ABŞ mətbuatında verilən xəbərlərdə, kampusdakı bəzi işçilərin silah səsi eşitdikdən sonra binaları tərk etdiyi, bəzi işçilərin isə ofislərinə barrikada quraraq çölə çıxmadığı qeyd edilib. Bölgədən ABŞ […]

By Aqil Mahmudov On 4 Apr, 2018 At 10:21 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Bu gün MSDM sədri İsa Qəmbər Almaniyaya gedib. Müsavat Başqanı Arif Hacılı bu xəbəri təsdiqləyib. “İsa bəy bu gün Avropada yaşayan dostların xahişi ilə Almaniyaya gedib. Orada tibbi müayinələrdən keçəcək. Bir müddət bu ölkədə istirahət edəcək” Hefteaz.info

By Aqil Mahmudov On 4 Apr, 2018 At 10:15 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Azərbaycanıln xüsusi xidmət orqanlarından Azadlığa ötürülən xəbərdə belə deyilir «Azadlıq»a seçki kampaniyasının gedişi ilə bağlı ilginc xəbər daxil olub. Bu, prezidentliyə namizədlərdən birinin həyatı ilə bağlı məsələdir. Azərbaycanın xüsusi xidmət orqanlarındakı mənbənin saytımıza verdiyi xəbərdə bildirilir ki, prezidentliyə namizədlərdən birinə qarşı sui- qəsd həyata keçirərək bunu müxalifət liderlərinin üzərinə atmaq istəyirlər. Görünür, yaxın günlərdə prezidentliyə […]