Aprel 8th, 2018

By Aqil Mahmudov On 8 Apr, 2018 At 08:38 Axşam | Categorized As CƏMİYYƏT | With 0 Comments

Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində xristianların müqəddəs Pasxa bayramı qeyd edilir. AZƏRTAC xəbər verir ki, Bakı pravoslavları bu kilsəyə bayram ibadəti keçirməyə toplaşıblar. Onlar müqəddəs dini nəğmələrə qulaq asır, şamlar düzürlər. Qeyd edək ki, Pasxa xristianların ən qədim bayramlarından biridir. Müqəddəs Pasxa Günü – İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin […]

By Aqil Mahmudov On 8 Apr, 2018 At 08:48 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Bu günlərdə həkim müayinəsindən keçmək üçün İstanbulun Çapa xəstəxanasında olmuşdum. Dostumuz Nəzmi bəy adlı bir Türkiyə vətəndaşı o prosesdə mənə yaxından yardımçı oldu… Öz iş-gücünü bir tərəfə qoyub bir neçə gün və həm də təmənnasız! Özünün dediyi kimi, Allah xatirinə! Müayinə xərclərinin azaldılması üçün Nəzmi bəy xəstəxana görəvlilərindən biri olan yaxın tanışına müraciət etdi. Tanışı […]

By Aqil Mahmudov On 8 Apr, 2018 At 07:02 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Fb istifadəçisi Jalə Mütəllimova az qala inanılmaz gələn xəbər paylaşıb. Xəbərdə bu vaxta qədər eşitmədiyimiz şəkildə və zamanda bankomat oğurluğundan söz açılır. “Günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı Kapital bank bankomatını iki nəfər laqonda ilə yarıb, 173.000 manatı oğurlayıb. Üzlərində əleyhqaz olub. Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş neynirsiniz? Adamlar soyuqqanlılıqla cavab veriblər ki, bəs, sanepidemstansiyadan […]

By Aqil Mahmudov On 8 Apr, 2018 At 07:50 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Türkiyənin Azərbaycan səfirliyində çalışan Mədəniyyət müşavirinin dünənki müsahibəsində maraqlı məqamlar diqqətimi çəkdi. Müşavir deyir ki, sənət sahəsində Azərbaycandan öyrənməli çox şey var. Onun bu fikri ilə razılaşıram, amma son 10-15 ildə bərbad günə salınmış sənət dünyamıza baxıb köks ötürmədən də keçə bilmirəm. Bizim sovet dövründə yaranan, ölkələri dolaşan ölməz sənət nümunələrinin bənzəri niyə yaranmır indi? […]

By Aqil Mahmudov On 8 Apr, 2018 At 07:21 Axşam | Categorized As DÜNYA | With 0 Comments

ABŞ prezidenti Donald Tramp Suriyada Bəşər Əsədə dəstək verdikləri üçün Rusiya və İranı tənqid edib. Səbəb isə Əsəd qüvvələrinin Suriyada bir daha kimyәvi hücum hәyata keçirməsidir. “Suriyada kimyəvi hücum hәyata keçirilib. Zәrәr çәkәnlәr arasında çox sayda qadın və uşaqlar var. Kimyәvi hücumun baş verdiyi әrazi blokadaya alınıb vә Suriya ordusu ilә әhatәlәnib. Hal-hazırda kimyәvi silaha mәruz qalan әrazi […]

By Aqil Mahmudov On 8 Apr, 2018 At 08:36 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Həbsdən azad edildikdən sonra bir müddət xaricdə yaşayan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev hakimiyyətin yenidən etimadını qazana bilib. Artıq sabiq nazir ölkənin ən iri müəssisələrindən birini yaradıb. Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya verilib. Məlumata görə, Fərhad Əliyev  Sumqayıtda sürtkü yağı istehsal edən müəssisə yaradıb. Bunun üçün Sumqayıt Kimya Parkında böyük ərazi də  ayrılıb. Zavodun qurulmasına […]

By Aqil Mahmudov On 8 Apr, 2018 At 08:09 Səhər | Categorized As ARAŞDIRMA | With 0 Comments

Kemerovoda baş vermiş faciəvi yanğının ardınca qanunsuzluğa və səhlənkarlığa etiraz edən kütlənin toplaşdığı mərkəzi meydan bir cəhəti ilə diqqətə cəlb edirdi – meydanın mərkəzində sovet dönəminə məxsus Vladimir Leninin heykəli var idi. Kommunist ritualına xarakteristik olaraq irəli yol göstərən Leninin ətrafında toplaşan insanlar ədalət, dövlətdən öz vətəndaşlarına qarşı insani rəftar tələb edirdilər. Milyonlarla insanın həyatına […]

By Aqil Mahmudov On 8 Apr, 2018 At 08:09 Səhər | Categorized As MANŞET | With 0 Comments

Aprelin 6-da Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) vebsaytında Gülnoza Saidin“Azərbaycanda medianın susdurulduğu və vebsaytların bloklandığı bir dövrdə seçki keçirilir” adlı məqaləsi dərc olunub. Məqalənin qısa xülasəsini təqdim edirik: Azərbaycan rəsmiləri tənqidçilərini metodik şəkildə susdurub. Aprelin 11-nə təyin olunan erkən prezident seçkilərindən öncə potensial müxalif namizədlər ya həbs olunub, ya da namizədliklərinin irəli sürmələrinin qarşısı alınıb. İlham […]

By Aqil Mahmudov On 8 Apr, 2018 At 08:48 Səhər | Categorized As SİYASƏT | With 0 Comments

Yaxud, Əli Həsənovun etirafı Son ayların əsas müzakirə mövzusu kimi “söyüş kampaniyası” reytinqini saxlayır. Hakimiyyət sözçüləri “bizi söyürlər” deyib, aləmə səs salırlar. Bir tərəfdən hansısa buqələmun jurnalist, o biri tərəfdən hansısa mandat hədiyyə almış deputat, başqa bir tərəfdən hansısa oriyentasiyası məlum olmayan şou- biznes nümayəndəsi hökumətə ünvanlanan söyüşlərin qarşısında sipər olmağa çalışır. Amma reallıq budur […]

By Aqil Mahmudov On 8 Apr, 2018 At 08:35 Səhər | Categorized As MANŞET | With 0 Comments

“Sözüm prezidentin köməkçisi Əli Həsənovadır. Əli müəllim, bilirəm ki, səhifəmi izləyirsiz, bunu da görəcəksiz. Bunu bilin ki, mənim üstümə göndərdiyiniz sərəfsiz trollarınızın mənim Facebook səhifəmdə və YouTube kanalımda yazdığı söyüş və təhqirləri şəxsən sizin dilinizdən deyilən hesab edirəm. Onları təşkil edən, maliyyələşdirən və yönləndirən şəxsən sizsiz. Buna daha bir sübut sizin tənqidiniz olan 28 mart […]