Sumqayıt şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb. Report-un verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb. Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Hefteaz.info
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Hefteaz.info-a verilən məlumata görə, İclasda əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlərlə bağlı məlumat verib. Divan üzvü Elman Fəttah Qəbələ şəhərində Qəbələ, Şəki, Oğuz müsavatçılarının iştirakı ilə keçirilən zona müşavirəsi, oradakı strukturların vəziyyəti barədə xəbər verib. İclasda 14 aprel, saat 15:00-da “Məhsul” stadionunda […]
Jurnalist Gülər Mehdizadə hakimiyyətin adamları trola çevirmək siyasətini sübut edən növbəti dəhşətli faktı özünün fb profilində paylaşıb. “Həyat yoldaşını itirib, müəllimədir, 4 uşaq böyüdür. Uşaqlarından birinin əlilliyi var. Dolana bilmir, deyir, bu il cəmi 6 saat dərs veriblər. Aldığı qəpik-quruşla çətindir, kreditləri var. Direktor çağırıb deyib ki, narahat olma, oğlunu müalicə etdirəcəyik, gəlirin artacaq, hər […]
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD, AYİB ) 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 225 mln. avro və yaxud 7,99% artaraq 2018-ci il martın 1-nə 3,042 mlrd. avro təşkil edib. Verilmiş borclarda özəl sektorun payı 7 faiz bəndi azalaraq 26% olub. Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və ilin əvvəlində olduğu […]
Keçmiş səfir: “Şəxsən mənə qarşı böhtan kampaniyası təşkil etdiniz” ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu ona qarşı qarayaxma kampaniyasının təşkilində ittiham edib. “Beş il öncə siz hökumətin nəzarətində olan KİV-lərdə yalan xəbərlərdən istifadə etməklə şəxsən mənə qarşı böhtan kampaniyası təşkil etdiniz”, – R.Kozlariç Tvitterdə yazıb. Səfirin bu şərhi Ə.Həsənovun bəyanatından […]
Bir qrup vətəndaş cəmiyyətini təmsil edən ekspertlər Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə dair qiymətləndirmə sənədi yayıb. Sənədi 14 ekspert, QHT təmsilçisi imzalayıb. Qiymətləndirmədə deyilir ki, növbədənkənar prezident seçkilərinin təyin edilməsi səlahiyyətinin prezidentə məxsusluğu formal olaraq leqal akt kimi görünsə də, demokratik konstitutisionalizm prinsipləri baxımından qeyri-legitimdir. “Seçki mühitinin və seçki qanunvericiliyinin azad və ədalətli […]
Rusiyada rubl sürətlə dəyərdən düşür. Rusiya mətbuatının Moskva birjasına istinadən yaydığıməlumata görə, bu gün valyuta bazarında 1 avro 73 rubla satılıb. Bu, 2016-cı ildən sonrakı dövrdə rublun ən aşağı göstəricisidir. Bildirilir ki, dolların məzənnəsi də qalxmaqdadır. Bu gün 1 dollar 59,67 rubla satılıb. Rusiyada əsas birja indekslərinin də sürətlə endiyi bildirilir. Moskva birjasının indeksləri 7,7 faiz, […]
2018-ci il “Formula-1” üzrə Azərbaycan Qran-Prisində konsert və əyləncə proqramlarının Kristal Zalda keçirilməsi ilə əlaqədar Azneft dairəsindən Dövlət Bayraq Meydanına qədər olan olan yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Oxu.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib. O bildirib ki, yalnız icazə sənədi olanlar bu əraziyə buraxılacaq: “Aprelin 25-dən […]
Jurnalist Darya Komarova 2012-ci ildə tanınmış kinorejissor Stanislav Govoruxin-dən müsahibə almalı idi. Govorukhin həmin il prezident seçkiləri ərəfəsində Vladimir Putin-in seçki kampaniyasına rəhbərlik edirdi. Govorukhin Moskvadan təxminən 670 kilometr şərqdə yerləşən Çuvaş Respublikasının paytaxtı Çeboksarıya səfəri zamanı ən böyük yerli qəzet olan «Proqorod»un müxbiri Komarova ilə görüşməyə razılıq vermişdi. Gecəni onunla keçirməyi təklif edib Komarova çox sevinmiş, hətta […]
ReAl Vətəndaş Hərəkatı öz qurultayını keçirib və partiyaya çevrilib. Bu haqda qurumun təmsilçisi Natiq Cəfərli məlumat yayıb. “Aprelin 7-si və 8-də gerçəkləşən, yəni 48 saat davam edən qurultayın birinci hissəsi onlayn keçirilib. Qurultay nizamnamədən irəli gələrək, açıq səsvermə ilə partiyanın 40 nəfərlik Məclisini, İdarə Heyətini seçib. Partiya sədrliyinə isə alternativ olmayıb. Qurultay nümayəndələri açıq səsvermə […]