May 2nd, 2018

By Aqil Mahmudov On 2 May, 2018 At 08:29 Axşam | Categorized As DÜNYA | With 0 Comments

Ermənistanda mayın 8-də yeni baş nazirin seçilməsi üçün parlamentdə səsvermə keçiriləcək. Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Ara Baloyan məlumat verib. “Mayın 8-də saat 12:00-da parlamentin xüsusi iclasında Ermənistan Respublikasına baş nazir seçiləcək”, – o vurğulayıb. Hefteaz.info

By Aqil Mahmudov On 2 May, 2018 At 08:56 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

2018-ci ilin aprel ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarında 802,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə “Marja“ya Fonddan bildirilib. Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin mart ayı ərzində 647 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Mart ayı ilə müqayisədə Apreldə valyuta satışı 24% artıb. Dövlət Neft Fondu tərəfindən 2018-ci […]

By Aqil Mahmudov On 2 May, 2018 At 07:25 Axşam | Categorized As MANŞET | With 0 Comments

Hansı tədbirlər görüləcək? Azərbaycan hakimiyyəti uzun müddətdir ki, Avropa Məhkəməsinin verdiyi qərarları yerinə yetirməkdən yayınır. Belə ki, AİHM-nin ayrı-ayrı qərarları üzrə ödənilməli olan kompensasiyalar ya ödənilmir, ya da yarımçıq ödənilir. Abzas.net bu məsələ ilə bağlı hüquq müdafiəçisi, vəkil və təyin olunmuş kompensasiyanı ala bilməyən fəalların mövqeyini təqdim edir. “Yaxın zamanlarda kütləvi məhkəmə prosesləri başlaya bilər” […]

By Aqil Mahmudov On 2 May, 2018 At 07:54 Axşam | Categorized As MANŞET | With 0 Comments

ARDNŞ-nin maliyyə maxinasiyaları haqda öldürülən jurnalist Dəfnə Karuanaya ötürülən materiallar ortaya çıxdı  Əldə edilən faylların təhlili göstərir ki, Maltanın vergi ödəyiciləri Azərbaycanla enerji razılaşmasına görə ildə on milyonlarla dollar itirir. Bu məlumatlar ötən ilin oktyabr ayında öz avtomobilində quraşdırılmış bombanın işə düşməsi nəticəsində öldürülən Maltalı araşdırmaçı jurnalist Dəfnə Karuana Galiziaya ötürülüb. O, ölümündən əvvəl bu […]

By Aqil Mahmudov On 2 May, 2018 At 07:16 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Siyasi həbslər və işgəncələrlə bağlı onlarla şikayət üzrə kommunikasiya başladı Avropa İnsan Haqları Məhkəməsi Elçin Həsənov və daha 13 nəfər Azərbaycana qarşı şikayəti üzrə kommunikasiya başlayıb. Bu haqda vəkil Fariz Namazlı məlumat yayıb. Bu şikayətçilər gənc fəallar Elçin Həsənov, Bəxtiyar Hacıyev, Nardaran məhbusları Zakir Mustafayev, Abbas Hüseynov, Taleh Bağırov, Şamil Abdullayev, Əlibala Vəliyev, Rasim Cəbrayılov, Ramin Yarıyev, […]

By Aqil Mahmudov On 2 May, 2018 At 02:01 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Britaniya mayın 1-də özünün Kayman və Vircin adaları kimi dəniz ərazilərindəki şirkətlərin sahibliyi üzərindən məxfiliyin qaldırlmasına razılaşıb. Reuters agentliyi yazır ki, korrupsiya və vergidən yayınma hallarının qarşısını almaq məqsədi güdən hökumət planına görə bu, 2020-ci ilin sonunadək baş verməlidir. Rəsmi Londonun bu qərarı antikorrupsiya kampaniyaçıları tərəfindən alqışlanıb. Christian Aid təşkilatından Simon Kirkland deyib ki, bu, çirkli […]

By Aqil Mahmudov On 2 May, 2018 At 01:21 Axşam | Categorized As DÜNYA | With 0 Comments

Ermənistan parlamenti tərəfindən çərşənbə axşamı baş nazir vəzifəsinə namizədliyi təsdiq olunmayan etiraz hərəkatının lideri Nikol Paşinyan bu gündən “hər yerdə dinc vətəndaş itaətsizliyi” aksiyalarına başlamağa çağırıb. Səhər saat 8-dən sonra etirazçılar yolları bağlamağa başlayıblar. “Zvartnots” beynəlxalq aeroport istiqamətində adamlar cərgəylə düzülüb və maşınlarla yolu kəsiblər. Onlarla qara geyimli, qara beretli xüsusi polis əməkdaşları gətirilib. Onların […]

By Aqil Mahmudov On 2 May, 2018 At 09:15 Səhər | Categorized As ƏYALƏT | With 0 Comments

İmişli rayonunun Xoşçobanlı kəndində balıq saxlanılan göllərlə bağlı illərdir mübahisə və çəkişmə gedir. Sakinlərin şikayəti ilə əlaqədar Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, İmişli rayon icra hakimiyyətinin və prokurorluğunun nümayəndələri dəfələrlə bu göllərə baxış keçirib, araşdırma, təhqiqat, inzibati icraat, məhkəmə çəkişməsi olub. Amma hamının bildiyi ən sadə həqiqət elə bu dayaz […]

By Aqil Mahmudov On 2 May, 2018 At 08:52 Səhər | Categorized As MANŞET | With 0 Comments

Kəmaləddin Heydərovun nazir olduğu dövrdə baş verənlər İlham Əliyev 4-cü dəfə Azərbaycan prezident kimi təsdiqləndikdən sonra Nazirlər Kabinetinin yeni tərkibi formalaşdı. Beləliklə, baş nazir, müavinləri və bir neçə nazir, komitə sədrləri istisna olmaqla əvvəlki tərkib təsdiqləndi. Meydan TV uzun illər nazir kürsüsündə oturmuş şəxslərin fəaliyyəti dövründə baş verən hadisələri və görülən işləri xatırlatmaq qərarına gəlib. […]

By Aqil Mahmudov On 2 May, 2018 At 08:19 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor’s (S&P), Türkiyənin xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB”dən “BB-/B”yə endirib, proqnozunu isə “mənfi”dən “sabit”ə dəyişdirilib. Qurum tərəfindən verilən açıqlamada, Türk Lirəsinin dəyərdən düşməsinin və volatilliyinin maliyyə sabitliyinə risk olduğu bildirilərək, Türkiyədə yüksək inflyasiya ilə birlikdə pisləşən cari və maliyyə kəsirə də işarə edilib. Hefteaz.info