May 5th, 2018

By Aqil Mahmudov On 5 May, 2018 At 11:23 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Avropa İnsan Hüquqları Məhkəməsi hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının daha bir şikayəti üzrə kommunikasiyaya başlayıb. Vəkil Fariz Namazlı Facebook səhifəsində yazır ki, 2 aprel 2011-ci ildə, o zaman fəaliyyət göstərən İctimai Palatanın Bakıda Fəvvarələr meydanında keçirdiyi mitinq zamanı Əfqan Muxtarlı saxlanılıb və ona xəbərdarlıq edilib. Həmin müddətdə o, Səbail rayon Polis İdarəsində 12 saat […]

By Aqil Mahmudov On 5 May, 2018 At 05:42 Axşam | Categorized As MANŞET | With 0 Comments

Müsavat başqanı Arif Hacılı  partiyanın Məclis üzvü, Şirvan təşkilatının sədri Əlikram Xurşudova 5 il həbs cəzası verilməsinə münasibət bildirib. “Azərbaycan hakimiyyəti Cümhururiyyət ilində də xalqın, beynəlxalq birliyin çağırışlarına məhəl qoymadan, demokratik islahatlar, həmçinin “Qızıl Amnistiya” təklifimizi eşitməməzliyə vuraraq opponentlərinə qarşı repressiya siyasətini davam etdirir. Müsavat Partiyasının Məclis üzvü, Şirvan şəhər təşkilatımızın sədri Əlikram Xurşudova siyasi […]

By Aqil Mahmudov On 5 May, 2018 At 05:53 Axşam | Categorized As HADİSƏ | With 0 Comments

Sumqayıt şəhərində “Lalə” restoranının sahibi intihar edib. Hadisə Corat qəsəbəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1966-cı il təvəllüdlü Baxşəliyev Mahir Əhməd oğlu özünü bıçaqlayaq intihar edib. İntiharın səbəbləri hələ ki, məlum deyil. Hefteaz.info

By Aqil Mahmudov On 5 May, 2018 At 05:06 Axşam | Categorized As DÜNYA | With 0 Comments

Rusiyada müxalifət lideri Aleksey Navalnının tərəfdarları mayın 5-də ölkə boyu etiraz aksiyalarına başlayıb. “O, bizim üçün çar deyil” şüarı ilə keçirilən aksiyalar Rusiya prezidenti Vladimir Putinə qarşı yönəlib. Aksiyalar paytaxt Moskva da daxil olmaqla bir sıra şəhərlərdə keçirilir. Moskvadakı aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmadığından polis onun qarşısını alıb, iştirakçıları dağılmağa çağırır. Aksiyaçılar “Putin bizim prezident deyil”, […]

By Aqil Mahmudov On 5 May, 2018 At 02:57 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Mayın 4-də Cəlilabad rayon Məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə Azel.tv saytının rəhbəri Əfqan Sadıqovun işi üzrə məhkəmə başlayıb. Məhkəmə iclası zamanı jurnalistin səhhəti pisləşdiyindən məhkəmə mayın 11-i saat 12-dək təxirə salınıb. Bu barədə Amerikanın Səsinə jurnalistin ailəsindən məlumat veriblər. Bu gün proses başlayan kimi qarşı tərəfin vəkili məhkəmənin qapalı keçirilməsi barədə vəsatət verib və […]

By Aqil Mahmudov On 5 May, 2018 At 02:56 Axşam | Categorized As SOSİAL | With 0 Comments

Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il martın 1-nə 7 mlrd. 657,2 mln. manat təşkil edib ki, bunun da 4 mlrd. 906,1 manatı xarici valyutadadır. Beləliklə xarici valyutada yerləşdirilmiş əmanətlər 64%-ə çatıb. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu nisbət martın 1-də 62,1% olub. BU da öz növbəsində martda əmanətlərin dollarlaşması 2% artıb. Dövlət başçısı […]

By Aqil Mahmudov On 5 May, 2018 At 09:46 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Moskvanın İzmaylov şosesində yerləşən 20,9 min kv.metr sahəsi olan ticarət mərkəzi mayın 3-də keçirilən hərracda “Avanqard” bankına satılıb. Bu barədə RBK məlumat yayıb. Agentliyin məlumatına görə, ticarət mərkəzi əvvəllər azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olub.Alqı-satqı 1,55 milyard rubla baş tutub. Bina, içində olan inventarla birgə bankın mülkiyyətinə keçib. Hərraca çıxarılana qədər ticarət mərkəzi Telman […]

By Aqil Mahmudov On 5 May, 2018 At 09:41 Səhər | Categorized As PROBLEM | With 0 Comments

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.Ailəsindən Lent.az-a verilən məlumata görə, o, dünən gecə dünyasını dəyişib. Xalq artisti uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhumun nəşi saat 1-də evindən götürüləcək. Allah rəhmət eləsin! Hefteaz.info

By Aqil Mahmudov On 5 May, 2018 At 09:59 Səhər | Categorized As SİYASƏT | With 0 Comments

“Mehman Hüseynovun işi uzrə kassasiya şikayətinə iyunun 5-də saat 15:30-da Ali Məhkəmədə baxılacaq”. Bu barədə onun vəkili Fuad Ağayev xəbər verib. Xatırladaq ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin   535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı […]

By Aqil Mahmudov On 5 May, 2018 At 01:09 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov vəzifəsindən azad edilib. Hefteaz Azvision.az-a istinadən xəbər verir ki, gömrük orqanlarından xaric edilən Məmmədovun yerinə Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov təyinat alıb. Qeyd edək ki, Azər Məmmədov keçmiş təhsil naziri Misir Mərdanovun kürəkənidir.