May 12th, 2018

By Aqil Mahmudov On 12 May, 2018 At 11:34 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Müsavat Partiyasi Zərdab rayon təşkilatının üzvü Ceyhun Məmmədli polisə aparılaraq 200 manat cərimə edilib. Bu haqda  Hefteaz.info-a məlumat verən Ceyhun Məmmədli bildirib ki, polisə aparılması feysbuk səhifəsində etdiyi paylaşımlarla bağlı olub. “Üç polis zabiti gəlib apardılar. Telefonumu aldılar. Telefonumdan feysbuk səhifəmə girib paylaşımları pozdular. Sonra məni polisə tabe olmamaqda günahlandırıb 200 manat cərimə etdilər”, – […]

By Aqil Mahmudov On 12 May, 2018 At 11:36 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Həbsdə olan jurnalist Əfqan Muxtarlı Penitensiar Xidmətin Ramana qəsəbəsi Samir Əliyev küçəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisənə köçürülüb. Bu haqda “Basta”ya Samir Əsədli məlumat verib. O, bildirib ki, Əfqan Muxtarlı bir neçə gün karantində saxlandıqdan sonra baraka köçürüləcək. Əfqan Muxtarlı 2017-ci ilin mayın 29-da yaşayış icazəsi aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. O, Cinayət Məcəlləsinin […]

By Aqil Mahmudov On 12 May, 2018 At 11:29 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi əməliyyatlara hazırdır. Bu barədə mayın 12-də müdafiə naziri Zakir Həsənov Müdafiə Nazirliyi rəhbərliyi və qoşun növləri komandanlarının iştirakı ilə keçirilən müşavirədə bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Z.Həsənov düşmənin ön xətdə və müdafiəsinin dərinliyindəki fəaliyyətini daim nəzarətdə saxlamaq, ehtimal olunan addımlarına hər an hazır olmaq, eləcə də onun mümkün […]

By Aqil Mahmudov On 12 May, 2018 At 10:33 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Gənc hüquqşünas Səməd Rəhimli tanınmış jurnalist Kamran Mahmudovun “Üz-üzə” proqramının qonağı olub. Avropa Şurasının Azərbaycanla münasibətləri, liberal dəyərlər mövzusunda ətraflı diskusiya aparılıb. Həmin söhbəti saytımızın izləyicilərinə təqdim edirik. Hefteaz.info

By Aqil Mahmudov On 12 May, 2018 At 10:10 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Sabiq AXCP üzvü, 1992-93-cü illərdə Gədəbəyin icra başçısı işləmiş Saleh Rüstəmovun həbs edildiyi haqda məlumat vermişdik. İndi bəlli olur ki, mayın onunda onun qardaşı oğlu Vidadi Rüstəmli də Bakının Nərimanov rayonu ərazisində saxlanılıb. Vidadinin atası Valeh Rüstəmli Amerikanın Səsinə bildirib ki, oğluna qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya […]

By Aqil Mahmudov On 12 May, 2018 At 02:44 Axşam | Categorized As DÜNYA | With 0 Comments

ABŞ Rusiyanın  Alyaska sahilləri yaxınlığında uçan iki strateji bombardmançı təyyarələrini ələ keçirib. Bu haqda Amerika Hava-kosmik komandanlığının nümayəndəsə Skot Miler bəyanat verib, -The Washington Free Beacon-un məlumatında bildirilir. Miller bildirib ki, Rusiyanın Tu-95 bombardmançıları ABŞ və Kanadanın hava sərhədlərini pozmasalar da, onlar Berinq dənizinin ABŞ-ın nəzarətində olan 320 kilometrlik sahil zolağına girdikləri üçün ABŞ-ın F-22 […]

By Aqil Mahmudov On 12 May, 2018 At 02:44 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Rəsmi “Azərbaycan” qəzetinin bugünkü sayında kənd təsərrüfatı məhsulları qiymətlərinin baha qiymətə satılmasını tənqid edən məqalə dərc olunub. BakuPost “Nübar… qiymətlər” adlı həmin məqaləni təqdim edir: Bu iqtisadiyyat ki var, hamımızın dəfələrlə baxdığı məlum filmdə aktyor Səməndər Rzayevin personajının dediyi kimi, həm vacibdir, həm də qəliz. Vacibliyini bilməyən, görməyən, yaşamayan yoxdur. Qəlizliyinə gəldikdə isə, burada məsələ […]

By Aqil Mahmudov On 12 May, 2018 At 02:47 Axşam | Categorized As ƏYALƏT | With 0 Comments

Hefteaz. info xəbər verir ki Zərdab rayon icra başçısı Lütvəli Babayevin sifarişi ilə rayon sakini Qənimət Məmmədov şərlənərək həbs edilib.Səbəb isə Qənimət Məmmədovun icra başçısının fəaliyyətini mətbuatda və sosial şəbəkədə ictimailəşdirməsi olub.Fakt isə budur ki, Lütvəli Babayevin 11 illik yarıtmaz fəaliyyəti nəticəsində Zərdab Azərbaycanda ən bərbad rayona çevrilib.Həbs edilən Qənimət Məmmədovun müdafiə hüquqları pozulub onunla […]

By Aqil Mahmudov On 12 May, 2018 At 01:46 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Media Klub 3 may Ümumdünya Mətbuat Günü münasibətilə “Media sahəsində qanunvericilik: senzura qayıdırmı?” mövzusunda ictimai dinləmələr keçirib.Media üzrə tanınmış ekspert, hüquqşünas Ələsgər Məmmədli əsas məruzəçi kimi çıxış edib. Ümumilikdə, sənəd “dəyirmi masa” iştirakçılarının əksəriyyəti tərəfindən dəstəklənib. Odur ki, KİV qanunvericiliyi sahəsində vəziyyətə dair aydın təsəvvürün olması üçün sənədin icitmaiyyətə təqdim olunması qərara alınıb. Ələsgər Məmmədli […]

By Aqil Mahmudov On 12 May, 2018 At 09:08 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

İki gün əvvəl-mayın 9-da Dubayın Beynəlxalq Maliyyə Mərkəzinin məhkəməsi (DİFC) azərbaycanlı biznesmen Fərhad Əhmədovun “Luna” adlı yaxtasına onun keçmiş arvadının xeyrinə həbs qoyulması işi üzrə apelyasiya şikayətinə baxıb. “Gazeta.ru”ya istinadən xəbər verir ki, apelyasiya məhkəməsi Fərhad Əhmədovun keçmiş arvadının və onun hüquqşünaslar ordusunun yaxtaya dair arqumentlərini rədd edib, biznesmenin vəkillərinin arqumentlərini haqlı sayıb. Xəbər verildiyi […]