İyun 30th, 2018

By Aqil Mahmudov On 30 İyn, 2018 At 06:30 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

İyunun 29-da Saatlı rayonunun pambıq tarlalarının birində alaq otlarını təmizləyən işçilərin halının pisləşdiyi bildirilir. Bu barədə Azadlıq Radiosuna yerli sakinlər məlumat verib. Onlar deyiblər ki, rayonun Əliabad, Məmmədabad, Genişkənd və Şirinbəy kəndlərindən olan 24 nəfər işçi günortadan sonra zəhərləndiklərinə görə, tarladan birbaşa rayon xəstəxanasına çatdırılıb. Xəstəxanaya hüquq-mühafizə orqanlarının nümayəndələrinin gəldiyi də bildirilir. Saatlı Rayon Xəstəxanasından, müəssisəyə pambıq tarlasında işləyənlərin müraciət etmələrini təsdiqləyiblər. […]

By Aqil Mahmudov On 30 İyn, 2018 At 05:42 Axşam | Categorized As PROBLEM | With 0 Comments

Şənbə və bazar günləri ölkə ərazisində isti və quru hava şəraiti davam edəcək. Bakıda və Abşeronda havanın temperaturu +37+41 dərəcə olacaq, mülayim cənub küləyi əsəcək. Bu cür hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq, sinoptiklər bildiriblər. Böyük Qafqaz regionunda hava quru və isti olacaq, havanın temperaturu +39+43, Cənub bölgəsində +36+41 dərəcə olacaq. Aran rayonlarında havanın […]

By Aqil Mahmudov On 30 İyn, 2018 At 05:00 Axşam | Categorized As MANŞET, VİDEO | With 0 Comments

Azərbaycanda siyasi məhbus problemi kifayət qədər ciddidir. Hüquq müdafiəçilərinin tərtib etdiyi vahid siyahıya əsasən ölkədə 150-dən çox siyasi məhbus var. Bu hal 25 ildən çoxdur ki, mütəmadi mövcud olsa da son illər daha da qabarıq görünür. Təqsirsiz insanların müxtəlif qondarma ittihamlarla həbs olunması adi hala çevrilib. Ölkədə ədalətli hüquqi mühakimə mümkünsüz olub. Müvəqqəti saxlama kameralarında […]

By Aqil Mahmudov On 30 İyn, 2018 At 05:03 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

“İranda ABŞ dollarının bahalaşması sərhədyanı alış-verişə, hələ ki, bir elə də təsir etməyib.” Astarada ərzaq və qeyri ərzaq məhsullarının satışı ilə məşğul olan bir mağaza sahibi belə deyir: “Mağzada əsasən İran malları satılır. Bu malları da İrandan qayıdanlardan alırıq. Yağdan tutmuş yuyucu tozlara qədər var. Geyim şeyləri yoxdur. Çünki bizdə həmin mallar daha ucuzdur. İranda […]