Şok! Şok! Şok! -Göyçaylılar etiraz aksiyalarına başlaya bilər
21 İyun 2018

Hefteaz.info xəbər verir ki Göyçay rayon sakinlərinin problemləri get-gedə pik vəziyyətinə çatıb. Vaxt var idi ki Cənnət görmək istəyən Göyçaya gəlsin!
indi isə “Yaraşıqlı Göyçay” ilə sakinlər qürur duyardılar, eləcə də yaxınlara və yad insanlara qonaqpərvərlik nümayiş etdirərdilər. İndi isə gələn qonaqlarına “bizim küçəyə zibildən, palçıqdan girmək olmur” deyərək utandıqlarından qonaqları qarşılamaq belə istəmirlər. Deyəsən rayonda cavabdeh məmurlar kütləvi qırğına məruz qalıblar. Ölkənin sahibi sahibsiz buraxdığı vətəndaşları duyacaqmı?
Rayon sakinləri israrla hüquq müdafiəçilərindən və media nümayəndələrindən kömək diləyirlər. Hec cürə izah edə bilmək olmur ki, rayonun da, ölkənin də sahibi var, problemlərə baxan aidiyyatı qurumlar var, onlardan kömək diləyin. Bu fikrləri hüquq müdafiəçisi Taleh Xasməmmədov öz facebook səhifəsində yazıb.Onun fikirinə görə 20 gündür su və lil basmış evlərində, küçələrdə sapoxla gəzən sakinlər dərdlərini demədikləri ünvan qalmayıb. Amma çox təəssüf ki, nə onların şikayətlərini dinləyən məmurlar var, nə də problemləri aradan qaldırmaq istəyənlər. İlk baxışdan Göyçay rayonu xarabalığı əks etdirir. Xaraba qoyuldumu, yoxsa əzəldən belə idi…? Əlbəttə ki, məmurlardan ibarət bir quldur dəstəsinin “səy”likləri sayəsində bu cür acınacaqlı durum yaşanır.



İcra Başçısının birinci müavini İkram Vəliyev bacarmıram deyir, Su Melorasiya İdarəsinin rəisi Şakir Əhmədov dövlət vəsaitini mənimsəməklə milyonlara sahib olub kef məclislərində gəzir, FHN nümayəndələri vəsait yoxdur deyirlər, icra nümayəndəsi Rəşad Şükürov hadisə yerlərinə texnika və işçi qüvvəsi cəlb etdirə bilmir. Söz deyir, sözü də keçmir. Baş arxitektor İntiqam Süleymanovun isə üzünü görən yoxdur. Sanitar Təmizlik İdarəsinin rəisi Loğman Əliyev isə nə sakinləri sayır, nə də rayon rəhbərliyini, deyir belə də olmalıdır. İcra Başçısı Mehdi Səlimzadə isə rayonda ögey-doğmalıq prinsipi yaradıb, insanlarla fərqli rəftar edir.
Hə, beləcə rayonda ağır və dözülməz həyat şəraiti davam edir. Yerli məmurların toqquşması və hikkələri səbəbindən “Yaraşıqlı Göyçay”dan əsər əlamət qalmayıb, sakinlər isə Allah ümidinə oturub Prezidentdən insaf diləyirlər. İndi bilinmir ki, Allah təala Prezidentin ürəyinə insaf salacaq ya yox, zəlalətdə olan sakinlər nicat tapacaq ya yox!? Hefteaz.info saytının rayon sakinləri arasında apardığı sorquya əsasən yerli sakinlər bu dözülməz həddə görə fasiləsiz aksiyalar başlayacaqlarını bəyan edir
Hefteaz.info
Oxşar