Sentyabr 26th, 2018

By Aqil Mahmudov On 26 Sen, 2018 At 08:21 Axşam | Categorized As ƏYALƏT, SEÇMƏ | With 0 Comments

Hefteaz.info saytı xəbər verir ki Göyçay şəhərində vaxtilə yəni 1980-cı ilərə qədər qəbirstanlıq sayılan 5 hektar torpaq sahəsi yerli icra hakimiyyəti tərəfindən hərraca qoyulub. Maraqlısı budur ki bu gün həmin ərazi dəfələrlə satışa çıxarılsada bəzi iş adamları bu ərazini almaqdan imtina ediblər.Səbəb  isə həmin ərazinin vaxtlə qəbirstanlıq olmasıdır.Amma yerli icra hakimiyyəti insanların dəyər verdiyi müqəddəs […]

By Aqil Mahmudov On 26 Sen, 2018 At 08:20 Səhər | Categorized As ARAŞDIRMA, MANŞET | With 0 Comments

Bu gedişlə torpaqlarımızın işğaldan azad edilməsinə illər yox, əsrlər gərəkdir “Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır”. Bu sözləri prezident İlham Əliyev Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı sentyabrın 15-də paytaxtda keçirilən bayram tədbirində deyib. Beynəlxalq reytinq dedikdə nəyin nəzərdə tutulduğunu, hansı göstəricilərin əsas, Azərbaycan ordusunun […]

By Aqil Mahmudov On 26 Sen, 2018 At 08:03 Səhər | Categorized As SİYASƏT | With 0 Comments

Gürcüstan Apellyasiya Məhkəməsinin bu ölkədə həbsdə olan cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlı barədə qərarını gecikdirdiyi bildirilir. Cərrahın qızı Lalə Hüseynli AzadlıqRadiosuna deyib ki, bu gün, sentyabrın 25-də apellyasiya şikayəti üzrə məhkəmə prosesi 3 aylıq fasilədən sonra davam etdirilib. Sentyabrın 25-də keçirilən iclasda Fərman Ceyranlı çıxış edib. Lalə Hüseynlinin sözlərinə görə, Fərman Ceyranlı çıxışında saxlanma […]

By Aqil Mahmudov On 26 Sen, 2018 At 08:30 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Paşa İlisuyskinin həbs edilməmək üçün özünü polislərə diplomat kimi təqdim edib Bu günlərdə Azərbaycanda bəzi saytlarda gedən məlumatlara görə, Ukrayna daxili işlər naziri erməni əsilli şəxs olduğu üçün azərbaycanlıları sıxışdırır. Qeyd olunur ki, azərbaycanlılar bununla bağlı özlərini çox narahat hiss edirlər. Məlumatda bu prosesdə Azərbaycanın Ukraynadakı rəsmi nümayəndəliklərinin də azərbaycanlılara kömək etmədiyi, əksinə, nazirə həmin […]

By Aqil Mahmudov On 26 Sen, 2018 At 08:25 Səhər | Categorized As SİYASƏT | With 0 Comments

Jurnalistləri Müdafiə Komitəsi digər beynəlxalq QHT-lərlə birlikdə azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovun hüquqi şikayətinin dəstəklənməsilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə amicus curiae brief təqdim ediblər. Amicus curiae brief (kənar müdaxilə)beynəlxalq məhkəmə instansiyalarında yayılmış hüquqi institut, məhkəmənin diqqətini işə aidiyyatı olan rəyə cəlb etməklə ona yardım göstərilməsini nəzərdə tutur. Əsasən JMK-nın təşəbbüs göstərdiyi sənədi […]

By Aqil Mahmudov On 26 Sen, 2018 At 08:00 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Əhliman Əmiraslanov: “ Elə olur ki, adamlar evlərini satırlar, xarici ölkələrdə müalicə alırlar, amma nəticə olmur” “Elə xəstəliklər var ki, tibb elmi onun qarşısında acizdir. Belə xəstələrdən isə istifadə etmək vicdansızlıqdır”. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin sentyabrın 25-də keçirilən iclasında belə deyib. O vurğulayıb ki, bu gün Azərbaycanda müalicəsi mümkün olmayan bir […]

By Aqil Mahmudov On 26 Sen, 2018 At 08:36 Səhər | Categorized As ƏYALƏT | With 0 Comments

Ucar sakini evinə sayğac quraşdırılmadığını deyir “İşıq çəkdirə bilməyimiz üçün bizə sayğac verilmir. Baxmayaraq ki, əhalinin istifadəsi üçün verilən sayğaclar pulsuz olur. Mən pulla almağı da təklif edirəm, ancaq vermirlər ki, vermirlər. Üç övladım və həyat yoldaşımla elektriksiz yaşayırıq”. Ucar rayonunun Qazqumlaq kəndinin sakini Ruslan Hacıyev belə deyir. Borcum yoxdur, bu, mənim ilk evimdir O, […]

By Aqil Mahmudov On 26 Sen, 2018 At 08:37 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

“Ölkə başçısının işi-gücü qurtarıb ki, belə cılız addımların arxasınca düşsün?!” “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezidentə və eyni zamanda, ictimaiyyətə müraciət edib. Ə.Hacıyeva bildirir ki, qardaşını həbsdə ac saxlayırlar, ona bu yolla işgəncə verirlər. Özünə də deyirlər ki, ona qarşı qanunsuzluqlar prezidentin göstərişilə həyata keçirilir: “Qardaşım Cahangir Hacıyevə […]