• Başlanğıc
    • SİYASƏT
    • CƏMİYYƏT
    • GÜNDƏM
    • SOSİAL
    • HADİSƏ
    • DÜNYA
    • İDMAN
    • ŞOU-BİZNES
    • ƏLAQƏ
Subscribe Via Rss Feed / Email
Reklam Yeri - 468 x 60
Arrow
  • Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlandı
  • Azərbaycanda törədilmiş cinayətlərin 12%-i narkotik maddələrlə bağlıdır
  • Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?
  • Bakını bombalamağı təklif edən Yevseyev Azərbaycan jurnalistinin sualından qaçdı -VİDEO
  • Siyasi məhbusları necə müdafiə edirik
    • Başlanğıc
    • SİYASƏT
    • CƏMİYYƏT
    • GÜNDƏM
    • SOSİAL
    • HADİSƏ
    • DÜNYA
    • İDMAN
    • ŞOU-BİZNES
    • ƏLAQƏ
  • Go to DASHBOARD → Appearance → Menus to set up the menu.
  • XƏBƏR BAŞLIQLARI

    • Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlandı
    • Azərbaycanda törədilmiş cinayətlərin 12%-i narkotik maddələrlə bağlıdır
    • Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?
    • Bakını bombalamağı təklif edən Yevseyev Azərbaycan jurnalistinin sualından qaçdı -VİDEO
    • Siyasi məhbusları necə müdafiə edirik
    • Səudiyyə şahzadəsi “Mançester Yunayted”i almaq istəyir – Ağılasığmaz qiymətə…
    • Qarabağ əlilləri Şahmar İbadovun üstünə yeridi: “Sən kimsən?” – VİDEO
    • “AYDA 120 MİN MANAT “PAKET” ALIRDI…” – Habil Məmmədovla bağlı yeni iddialar
    • Milli Şura yenə mitinq təyin etdi
    • Faciəvi qəza nəticəsində həlak olan futbolçu Emiliano Sala torpağa tapşırılır
    • Keçmiş müstəntiq Prezident və Vitse-prezidenti məhkəməyə verdi
    • İsa Qəmbər: “Hakimiyyəti qorumaq üçün görüntü” – Video
    • Azərbaycanlı Zərəngiz Hüseynova “Forbes” jurnalının reytinqində
    • Avtandil Məmmədov: “Sosial Təhqiqatlar Mərkəzinin ictimai sektora və sosial media da hansı təsirləri olacaq? “
    • Ombudsman Aparatının əməkdaşları təcridxanada jurnalistlə görüşüb
    • Dənizə düşən SOCAR əməkdaşı ölüb
    • Mirşahin Ağayevin qardaşı həbsdən azad edildi
    • Zahid Oruc əməkdaşlıq üçün iqtisadçılara müraciət edib
    • Həbs edilən müsavatçı gənc: “Sualların əksəriyyəti siyasi fəaliyyətimlə bağlı idi”
    • Roma Papası Maduronun məktubuna cavab verib – Amma onu prezident adlandırmayıb
    • “ELÇİBƏYLƏ ƏLİYEV RUSİYANIN PLANINI POZMUŞDU…” – Sensasion açıqlamalar
    • Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib
    • Hakimiyyətdən asılı qəzet necə populyar ola bilər?
    • Sorğu: İlham Əliyevə hansı suallarınız var ki, hələ cavablandırmayıb?
    • YAP-çılar İnternet üzərində nəzarətin sərtləşdirilməsini təklif edirlər
  • TƏQVİMDƏ YAZILAR

    Noyabr 2018
    BE ÇA Ç CA C Ş B
    « Okt   Dek »
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930  
  • “FACEBOOK”-DA BİZİ İZLƏYİN

    “FACEBOOK”-DA BİZİ İZLƏYİN

Fövqəlnazir, Fəttah Heydərov və qəbələli qızın arzuları…

22 Noyabr 2018

Fövqəlnazirin Qəbələ sahibkarlığına son vaxtlar “uzaqlaşdırıldı”, “rayonu təhvil aldılar” kimi fatihə verənlərlə barəbər, onun yenilməzliyinə inananlar da az deyil. Başqa sözlə, Kamaləddin Heydərovun gəlişindən bəxti gətirənlər və gətirməyənlər var ki, sözügedən duruma hər tərəf öz mənfəətindən yanaşır. Ya ondan, ya bundan olmadığımıza görə dartışılan şəxsin süqutunda və yaxıd qayıdışında xüsusi marağımız yoxdur. Necə ki, bir loxma çörəyini bütlərdən və miflərdən uzaq daşdan çıxardan minlərlə qəbələlidən onun xəbəri yoxdur.

Son günlər Qəbələdə “telefonla danışırmış”, “stadionda görünüb”, “otelləri gəzirmiş” və sairə kimi xəbərlər gəzməsəydi, mövzuya toxunmayacaqdım. İndi ki, heydərovlarla bağlı məsələlər həllini tapıb, qoy mən də işimə başlayım. Lovğalıq olmasın, adamlar bölgənin hakimi-mütləqi olduğu bütün zamanlarda onların daimi “araşdırmaçısı” olmuşam. Bununla belə, vurulduqları ehtimal edilən dövrdə “ilham mənbəyim” olan heydərovların varlığını unutmağa çalışdım. Yəni, hakim zümrənin şəxsi intriqalarına züy tutmaq bizim kitabımızda yazılmayıb.

***

Fəttah Heydərov 1995-ci ilin parlament seçkilərinə Qəbələdən mandat alanda təqribən mənim və oğlunun indiki yaşımızdaydı. İndi mən də, deputatın nazir oğlu da öz səbəblərimizdən qocalmışıq. Artıq səksəni yola salmış deputat Heydərov isə maşallah, cavan və gümrah qalıb. Əlbəttə, dəfələrlə eyni oyunun baş rolunda olmaq istedad və bacarıqdan savayı həm də sağlamlıq tələb edir. Bu dəfələrin hərəsində yüz minlik əhalinin bircə layiqli nəfərini prosesə yaxın buraxmamaq var, inad edəni inadına əzdirmək var və ən əsası özünü qəbələlilərin ciddi-ciddi seçilmiş elçisi kimi göstərmək var. Belə ağır prosesi yola vermək üçün sərvət, səlahiyyət qədər stressdən və həyəcandan uzaq olmaq şərtdir ki, adam uzun illərdir buna ən uyğun müalicəvi yerdə – Milli Məclisdə istirahət edir. Ona da, bizə də yaraşanı budur, davamlı olsun.

Deputat olaraq ondan bir umacağımız olmasa da, verdiyi həyat dərslərinə görə ağsaqqala çox borclandıq. Mən məsələn, gəncliyimdə parlament seçkiləri zamanı gömrük nazirinin atası, Naxçıvanın Mədəniyyət naziri ilə eyni dairədən namizədliyimi verməyimin xəcalətindən indiyədək qurtula bilmirəm. Özüm cəhənnəm, mövcud hakimiyyətin ilk parlament seçkilərindən bəri Qəbələdən mandat almaqda davam edən Fəttah Heydərov o biabırçılığı unutmayıb. Çünki o uzaq illərdə olmayan ağlımla ayıb-ayıb seçki kampaniyası aparmışam. İki nazirin qarşısına bir sınıq qələmlə çıxaraq bərabər hüquqdan, sağlam rəqabətdən, vətəndaş haqlarından-zaddan dəm vurmuşam. O nə sərsəmlikmiş, ilahi? İllər keçdikcə dənsizliyimə görə utandığımdan yerin dibinə girmək istəyirəm.

Xatırlanması belə zor olan qələtlərimin əcrini nə qədər çəksəm, azdır. Kaş ki, düçar olduğum qəzadan sağ çıxmayaydım deməklə ölmək olmur. Əməllərimin müqabilində heç olmasa özümü bir qəşəng döyərdim, ona da gücüm qalmayıb. Yenə sağ olsunlar, oğlu görməzdən gəlsə də, atası mərhəmət edib həyatımı kabusa döndərməklə vicdanımı rahatladır. Müdrük ağsaqqalımızın cəza terapiyası sayəsində artıq neçə illərin ağrı-acısını hiss etmirəm. Əlimdən aldıqları yeganə varım-yoxum olan bir ovuc torpağımı da unutmuşam. Məhkum olunduğum qeyri-insani şəraitdə özümü fövqəlnazirin beşulduz otellərindəki kimi hiss etməyə başlamışam. Hətta arada “rəqqasələr gəlsin!” deməyim gəlir. Ömür-gün o qədər yoluna düşüb ki, hərdən YAP-a keçmək barədə düşünürəm.

Hər şey üçün sağ olun, möhtərəm ağsaqqal! Övladınız yaşda birinə göstərdiyiniz anlayışın əvəzini artıqlaması ilə alacağınıza adım kimi əminəm. Adım Nazlıdır, unutmamısız yəqin…

P.s. İstisnalar maraqlı olur deyə bu kiçik epizodu yazıram. O gün ümumi dostlarımızdan biri dərdləndi ki, hər şey bir yana, barı o cür istiqanlı Tofiqi məmur etməyəydilər…

Qəbələ üsul-idarəçiliyinin ana xətti olaraq yaxınlarını mühüm postlara yerləşdirən heydərovlar, o cümlədən çox yaxın qohumları Tofiq İbrahimovu bazarkomluqdan vergi idarəsinə, ordan da Qəbələyə başçı təyin etdirdilər. Həmin təyinatla bağlı o zaman özünün də, qəbələlilərin lətifəsinə çevrilmiş bir yazı yazmışdım: “Bazarkom Tofiqə vergi verildi”. Qəbələnin yenidən yığılmasında iştirak edəndən sonra adamı Lənkərana göndərdilər. Oradan sonra təyinat Ağdaşa dəyişildi və hələ davam edən başçılıq turunun harada, nə zaman bitəcəyi məlum deyil. Bütün hallarda ona bu gərgin prosesi geridə qoyub öz təbii azadlığına qovuşmasını arzulayırıq. Tanıyanlar bilir, Tofiq İbrahimov başçı olası adam deyildi. Allah qurtarsın.

Nazlı Ağayeva
Hefteaz.info

Bunu paylaş:

  • Facebook
  • Twitter
  • Google
  • LinkedIn
  • E-poçt

Oxşar

featured Rasul Jafarov Azerbaijani opposition Opposition Vladimir Putin Anar Mammadov Arif Hajili Arif Yunusov armed helicopter Armenia Armenian armed helicopter is shot down Bank Respublika Ben Cardin Cast Doubt Chelsea Handler Days of NATO energy Free Political Prisoners Ilgar Mamedov Khadija Ismayilova Kremlin Mehman Huseynov Musavat Mətanət Əlverdiyeva NCDF New Agenda Congress Obama
  • Ən Populyar Yazılar

    Keçmiş müstəntiq Prezident və Vitse-prezidenti məhkəməyə verdi
    Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlandı
    İsa Qəmbər: "Hakimiyyəti qorumaq üçün görüntü" - Video
    Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?
  • E-poçt ilə sayta abunə ol

    Hefteaz.TV saytına abunə olmaq və e-poçt ilə bildirişlər almaq üçün e-poçt ünvanınızı daxil edin.

  • Arxivlər

    • Fevral 2019
    • Yanvar 2019
    • Dekabr 2018
    • Noyabr 2018
    • Oktyabr 2018
    • Sentyabr 2018
    • Avqust 2018
    • İyul 2018
    • İyun 2018
    • May 2018
    • Aprel 2018
    • Mart 2018
    • Fevral 2018
    • Yanvar 2018
    • Dekabr 2017
    • Noyabr 2017
    • Oktyabr 2017
    • Sentyabr 2017
    • Avqust 2017
    • İyul 2017
    • İyun 2017
    • May 2017
    • Aprel 2017
    • Mart 2017
    • Fevral 2017
    • Yanvar 2017
    • Dekabr 2016
    • Noyabr 2016
    • Oktyabr 2016
    • Sentyabr 2016
    • Avqust 2016
    • İyul 2016
    • İyun 2016
    • May 2016
    • Aprel 2016
    • Mart 2016
    • Oktyabr 2015
    • Avqust 2015
    • İyul 2015
    • İyun 2015
    • May 2015
    • Aprel 2015
    • Mart 2015
    • Fevral 2015
    • Yanvar 2015
    • Dekabr 2014
    • Noyabr 2014
    • Oktyabr 2014
    • İyul 2014
    • İyun 2014
    • Aprel 2014
      • Başlanğıc
      • SİYASƏT
      • CƏMİYYƏT
      • GÜNDƏM
      • SOSİAL
      • HADİSƏ
      • DÜNYA
      • İDMAN
      • ŞOU-BİZNES
      • ƏLAQƏ
    © 2019 HEFTEAZ.INFO. All rights reserved. Proudly designed by Dalih | Webmaster Hangout! supported by News Today, Wordpress Themes, Heaven Themes, Biggest News
    loading İmtina
    Yazı göndərilmədi - e-poçt ünvanlarınızı yoxlayın!
    E-poçt təsdiqləməsi müvəffəqiyyətsiz oldu, lütfən təkrar yoxlayın
    Bağışlayın, sizin bloq e-poçt yolu ilə yazıları paylaşmaq üçün münasib deyil.