• Başlanğıc
    • SİYASƏT
    • CƏMİYYƏT
    • GÜNDƏM
    • SOSİAL
    • HADİSƏ
    • DÜNYA
    • İDMAN
    • ŞOU-BİZNES
    • ƏLAQƏ
Subscribe Via Rss Feed / Email
Reklam Yeri - 468 x 60
Arrow
  • ANS prezidenti Vahid Mustafayevdən hakimiyyətə JEST
  • Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlandı
  • Azərbaycanda törədilmiş cinayətlərin 12%-i narkotik maddələrlə bağlıdır
  • Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?
  • Bakını bombalamağı təklif edən Yevseyev Azərbaycan jurnalistinin sualından qaçdı -VİDEO
    • Başlanğıc
    • SİYASƏT
    • CƏMİYYƏT
    • GÜNDƏM
    • SOSİAL
    • HADİSƏ
    • DÜNYA
    • İDMAN
    • ŞOU-BİZNES
    • ƏLAQƏ
  • Go to DASHBOARD → Appearance → Menus to set up the menu.
  • XƏBƏR BAŞLIQLARI

    • ANS prezidenti Vahid Mustafayevdən hakimiyyətə JEST
    • Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlandı
    • Azərbaycanda törədilmiş cinayətlərin 12%-i narkotik maddələrlə bağlıdır
    • Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?
    • Bakını bombalamağı təklif edən Yevseyev Azərbaycan jurnalistinin sualından qaçdı -VİDEO
    • Siyasi məhbusları necə müdafiə edirik
    • Səudiyyə şahzadəsi “Mançester Yunayted”i almaq istəyir – Ağılasığmaz qiymətə…
    • Qarabağ əlilləri Şahmar İbadovun üstünə yeridi: “Sən kimsən?” – VİDEO
    • “AYDA 120 MİN MANAT “PAKET” ALIRDI…” – Habil Məmmədovla bağlı yeni iddialar
    • Milli Şura yenə mitinq təyin etdi
    • Faciəvi qəza nəticəsində həlak olan futbolçu Emiliano Sala torpağa tapşırılır
    • Keçmiş müstəntiq Prezident və Vitse-prezidenti məhkəməyə verdi
    • İsa Qəmbər: “Hakimiyyəti qorumaq üçün görüntü” – Video
    • Azərbaycanlı Zərəngiz Hüseynova “Forbes” jurnalının reytinqində
    • Avtandil Məmmədov: “Sosial Təhqiqatlar Mərkəzinin ictimai sektora və sosial media da hansı təsirləri olacaq? “
    • Ombudsman Aparatının əməkdaşları təcridxanada jurnalistlə görüşüb
    • Dənizə düşən SOCAR əməkdaşı ölüb
    • Mirşahin Ağayevin qardaşı həbsdən azad edildi
    • Zahid Oruc əməkdaşlıq üçün iqtisadçılara müraciət edib
    • Həbs edilən müsavatçı gənc: “Sualların əksəriyyəti siyasi fəaliyyətimlə bağlı idi”
    • Roma Papası Maduronun məktubuna cavab verib – Amma onu prezident adlandırmayıb
    • “ELÇİBƏYLƏ ƏLİYEV RUSİYANIN PLANINI POZMUŞDU…” – Sensasion açıqlamalar
    • Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib
    • Hakimiyyətdən asılı qəzet necə populyar ola bilər?
    • Sorğu: İlham Əliyevə hansı suallarınız var ki, hələ cavablandırmayıb?
  • TƏQVİMDƏ YAZILAR

    Noyabr 2018
    BE ÇA Ç CA C Ş B
    « Okt   Dek »
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930  
  • “FACEBOOK”-DA BİZİ İZLƏYİN

    “FACEBOOK”-DA BİZİ İZLƏYİN

Nazim İbrahimovun qardaşı: ‘Villaya görə 100 min borcum qalıb’

28 Noyabr 2018

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, işadamı Sahib İbrahimovun həbsi tələb olunub. Sahib İbrahimovun haqqındakı cinayət işində zərərçəkən Etibar Allahverdiyevin vəkili Xaqani İmanov noyabrın 28-də məhkəmədə bu barədə vəsatət qaldırıb.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ev dustaqlığında olan işadamına həbs tələbi

Zərərçəkən həm də 162 min 400 dollarlıq maddi ziyanın, 50 min manat isə mənəvi zərərin ödənilməsi tələbiylə mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata götürüb.

Sahib İbrahimov haqqında ev dustaqlığı qətimkan tədbirinin ləğv edilib, onun həbs olunması barədə zərərçəkmişin tələbinə gəlincə, bu vəsatət təmin olunmayıb.

Dekabrın 5-də bu iş üzrə məhkəmə istintaqı başlayacaq.

Mən ‘Sahil-D Company’nin tikdiyi yaşayış binası üçün 16.6 milyon dollar xərcləmişəm. Amma Məzahir Cəfərova ‘Sahil-D Company’nin tikdiyi binadan mənzilləri ‘STS’ şirkəti adından satmaq göstərişini verməmişəm. Məzahir mənim xəbərim olmadan öz imzası isə ‘STS’in möhürünü vuraraq ‘Sahil-D Company’nin mənzillərini satıb, pulları isə İlham Qasımovla birgə xərcləyib.
Sahib İbrahimov

Bu arada, Sahib İbrahimovun istintaqa ifadəsi məlum olub. 47 yaşlı işadamı deyir ki, 1996-cı ildən biznes fəaliyyətiylə məşğuldur.

1999-cu ildə “STS” şirkətini təsis edib. Şirkətin 95 faiz payı ona aid olub. Keçmiş Karl Marks dairəsi yaxınlığında – Səttar Bəhlulzadə-14 ünvanında sökülən 16-mərtəbəli bina haqqında danışan Sahib İbrahimov bildirib ki, 2006-2008-ci illərdə binanı tikib vətəndaşlara satıblar. Satışı da şirkətin direktoru Məzahir Cəfərov həyata keçirib. Təqsirləndirilən işadamı binanın 2008-ci ildə dövlət tədbiri ilə əlaqədar söküldüyünü desə də, həmin tədbirin nədən ibarət olduğunu açıqlamır. İttihamda da həmin binanın dövlət ehtiyacları məqsədilə satıldığı yazılıb.

“Mən sonradan bildim ki…”

Sahib İbrahimovun sözlərinə görə, həmin binadan ev alanların bəzilərinə nağd pul qaytarılıb. Bir çoxuna isə şirkətin direktoru Məzahir Cəfərov “Sahil-D Company”nin tikdiyi binalarda mənzil verib. İttihama əsasən, sökülən binada evi olanlara yeni mənzil verilməsi barədə müqavilələr imzalansa da, məlum olub ki, həmin mənzillər başqalarına məxsusdur, müqavilələr saxtadır.

“Sahil-D Company” şirkəti isə 2004-cü ildə Sahib İbrahimovun qaynı Taleh Abdullayevin adına qeydiyyatdan keçib. İşadamı deyir ki, 2007-ci ildə Taleh Abdullayev bu şirkətdəki payının 25 faizini ona, 45 faizini İlham Qasımova, qalanını isə Mercan Hasan, Mercan Mövlana Ali, Mercan Ebubekir Bülent və Süleyman Ecevitə satıb. “Sahil-D Company”nin direktoru da Məzahir Cəfərov olub: “Taleh şirkətin direktoru vəzifəsinə öz qohumu Məzahir Cəfərovu təyin etmişdi. Mənzilləri Məzahir Cəfərov satırdı”.

Bir neçə il öncə mənzil fırıldaqçılığı ittihamları ilə Məzahir Cəfərov haqqında da cinayət işi qaldırıb. Araşdırmalar gedən dövrdə o, intihar edib.

“‘STS’ və ‘Sahil-D Company’ şirkətlərinin möhürü həmişə Məzahir Cəfərovda olub. Bir dəfə mən Məzahirdən möhürü istəyəndə vermədi, dedi ki, itirmişəm. Mən də Talehə müraciət edib, şirkətin yeni möhürünü çıxartdırdım. O möhürü də Məzahirə verdim. Sonradan mən bilmişəm ki, Məzahir bir neçə adamdan pul alıb, ikinci möhürlə də saxta müqavilələr tərtib edib, eyni mənzili bir neçə vətəndaşa satıb”, – Sahib İbrahimov istintaqa ifadəsində bildirib.

Villanın əvəzində 500 min dollar və 7 mənzil

Zərərçəkənlərin bir qismi də “Sahil-D Company”nin Xətai rayonunda inşa etdiyi binada mənzil almaq istərkən aldadılanlardır. Onların pul verib aldıqları mənzillər öncədən başqalarına satılıbmış. Sahib İbrahimov bu barədə ifadəsində deyib ki, 2006-cı ildə “İSR Holdinq”lə şifahi razılaşma əldə olunub. Razılaşmaya görə, onların Xətai rayonunda yerləşən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasını «Sahil-D Company» tikməliydi, “İSR Holdinq” də bu işdən pay alacaqdı: “Mən ‘Sahil-D Company’nin tikdiyi yaşayış binası üçün 16.6 milyon dollar xərcləmişəm. Amma Məzahir Cəfərova ‘Sahil-D Company’nin tikdiyi binadan mənzilləri ‘STS’ şirkəti adından satmaq göstərişini verməmişəm. Məzahir mənim xəbərim olmadan öz imzası isə ‘STS’in möhürünü vuraraq ‘Sahil-D Company’nin mənzillərini satıb, pulları isə İlham Qasımovla birgə xərcləyib. O binadan mənzil alan şəxslərin əksəriyyəti ilə görüşməmişəm, onlardan pul almamışam. O vətəndaşlarla Məzahir Cəfərov görüşüb, alqı-satqını da özü həyata keçirib”.

Nağd pulu vermişəm, mənzillərin də əksəriyyətini onların adına keçirmişəm. Sadəcə, 100 min manat borcum qalıb, onunla bağlı borc müqaviləsi imzalamışam, qaytarmağa imkanım olmayıb.
Sahib İbrahimov

İşadamına qarşı ittihamda 2.6 milyona aldığı villanın pulunu ödəməməsi məsələsi də var. Sahib İbrahimov bu haqda danışarkən deyib ki, evin sahibi Zabit Hüseynovla razılaşmaları belə olub – villanın əvəzində 500 min dollar və 7 mənzil: “Nağd pulu vermişəm, mənzillərin də əksəriyyətini onların adına keçirmişəm. Sadəcə, 100 min manat borcum qalıb, onunla bağlı borc müqaviləsi imzalamışam, qaytarmağa imkanım olmayıb”.

Sahib İbrahimov Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin tikdiyi binadan satılan mənzillərə görə yaranan vergi borcu ilə bağlı özünü təqsirli bilib. Deyib ki, 1 milyon 438 min manat vergi borcundan istintaq dövründə 370 min manat ödəyib. Qalan pulu isə ödəmək imkanı olmayıb: “Həmin binanın satışından gələn vəsaitləri dövlətin göstərişiylə Səttar Bəhlulzadə küçəsində sökülən binanın sakinlərinə verilib. Çünki o bina mənzillər satıldıqdan sonra dövlət ehtiyacları üçün sökülüb. Lakin biz dövlət tərəfindən veriləcək kompensasiyanı ala bilmədiyimizə görə vergini ödəyə bilməmişik”.

Sahib İbrahimov avqustda həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 10 ildən 14 ilə qədər, qanunsuz sahibkarlıqla külli miqdarda qazanc əldə etməyə görə 5 ilə qədər, xüsusilə külli miqdarda vergidən yayınmaya görə 7 ilə qədər həbs nəzərdə tutulub. Sahib İbrahimov bir aya qədər həbsdə saxlandıqdan sonra sentyabrın əvvəlində ev dustaqlığına buraxılıb.

Hefteaz.info

Bunu paylaş:

  • Facebook
  • Twitter
  • Google
  • LinkedIn
  • E-poçt

Oxşar

featured Rasul Jafarov Azerbaijani opposition Opposition Vladimir Putin Anar Mammadov Arif Hajili Arif Yunusov armed helicopter Armenia Armenian armed helicopter is shot down Bank Respublika Ben Cardin Cast Doubt Chelsea Handler Days of NATO energy Free Political Prisoners Ilgar Mamedov Khadija Ismayilova Kremlin Mehman Huseynov Musavat Mətanət Əlverdiyeva NCDF New Agenda Congress Obama
  • Ən Populyar Yazılar

    Keçmiş müstəntiq Prezident və Vitse-prezidenti məhkəməyə verdi
    Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlandı
    İsa Qəmbər: "Hakimiyyəti qorumaq üçün görüntü" - Video
    Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?
  • E-poçt ilə sayta abunə ol

    Hefteaz.TV saytına abunə olmaq və e-poçt ilə bildirişlər almaq üçün e-poçt ünvanınızı daxil edin.

  • Arxivlər

    • Fevral 2019
    • Yanvar 2019
    • Dekabr 2018
    • Noyabr 2018
    • Oktyabr 2018
    • Sentyabr 2018
    • Avqust 2018
    • İyul 2018
    • İyun 2018
    • May 2018
    • Aprel 2018
    • Mart 2018
    • Fevral 2018
    • Yanvar 2018
    • Dekabr 2017
    • Noyabr 2017
    • Oktyabr 2017
    • Sentyabr 2017
    • Avqust 2017
    • İyul 2017
    • İyun 2017
    • May 2017
    • Aprel 2017
    • Mart 2017
    • Fevral 2017
    • Yanvar 2017
    • Dekabr 2016
    • Noyabr 2016
    • Oktyabr 2016
    • Sentyabr 2016
    • Avqust 2016
    • İyul 2016
    • İyun 2016
    • May 2016
    • Aprel 2016
    • Mart 2016
    • Oktyabr 2015
    • Avqust 2015
    • İyul 2015
    • İyun 2015
    • May 2015
    • Aprel 2015
    • Mart 2015
    • Fevral 2015
    • Yanvar 2015
    • Dekabr 2014
    • Noyabr 2014
    • Oktyabr 2014
    • İyul 2014
    • İyun 2014
    • Aprel 2014
      • Başlanğıc
      • SİYASƏT
      • CƏMİYYƏT
      • GÜNDƏM
      • SOSİAL
      • HADİSƏ
      • DÜNYA
      • İDMAN
      • ŞOU-BİZNES
      • ƏLAQƏ
    © 2019 HEFTEAZ.INFO. All rights reserved. Proudly designed by Dalih | Webmaster Hangout! supported by News Today, Smart News, Heaven Themes, Biggest News
    loading İmtina
    Yazı göndərilmədi - e-poçt ünvanlarınızı yoxlayın!
    E-poçt təsdiqləməsi müvəffəqiyyətsiz oldu, lütfən təkrar yoxlayın
    Bağışlayın, sizin bloq e-poçt yolu ilə yazıları paylaşmaq üçün münasib deyil.