Hakimiyyət Cümhuriyyət parlamentinin 100 illiyi ilə bağlı Müsavatın tədbirinə yox cavabı
6 Dekabr 2018

Hefteaz.info xəbər verir ki hakimiyyət Müsavata qarşı təzyiqləri və qeyri-qanuni davranışları davam etdirir. Belə ki Müsavat partiyasının Cümhuriyyət parlamentinin 100 illiyi ilə bağlı Səttar Bəhlulzadə adına sarayda bayram tədbiri keçirmək barədə müraciətinə hakimiyyət yox dedi. Amma buna baxmayaraq Müsavat partiyası bu tədbiri keçirməkdə israrlı olması barədə anons verib. Bu barədə Müsavat partiyasının başqanı Arif Hacılı bildirib.

Arif Hacılı yazır:
Cümhuriyyət parlamentinin 100 illiyi ilə bağlı Səttar Bəhlulzadə adına sarayda bayram tədbiri keçirmək barədə müraciətimizə uzun müzakirələrdən sonra “yox” cavabı verildi. Müsavat bu ili “Cümhuriyyət ili” elan edib. Cümhuriyyətin ildönümü ilə bağlı Bakıda, Ankarada, Tbilisidə və Avropanın bir çox şəhərlərində misli görünməmiş tədbirlər keçirdik. Yekun tədbirimizi də uzaq, baxımsız olsa da böyük bir zalda keçirmək niyyətimiz var idi. Müsavata və Cümhuriyyət tariximizə qısqanc yanaşan hakimiyyət buna imkan vermədi.
Cümhuriyyət parlamentinin 100 illiyinə həsr olunmuş bayram tədbirimiz sabah, dekabrın 7- də saat 15-00 da Müsavat qərargahında keçiriləcək.
Bu vətən bizimdir!
Hefteaz.info
Oxşar