Fevral 7th, 2019

By Aqil Mahmudov On 7 Fev, 2019 At 11:14 Axşam | Categorized As ARAŞDIRMA, MANŞET, VİDEO | With 0 Comments

Ötən araşdırmamda Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avstriyanın paytaxtı Vyanada Sübhan Məmmədli adlı şəxslə şərikli şirkət açdığı barədə məlumat açıqlamışdım. Sənədlərə əsasən adıçəkilən şəxslər 22 iyul 2017-ci il tarixdə Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı və FN 457017 i saylı lisenziya ilə S.M.A.N Business Solutions GmbH şirkətini qeydiyyatdan keçiriblər. Hazırda şirkət Kaiser-Ebersdorfer […]

By Aqil Mahmudov On 7 Fev, 2019 At 11:32 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

“Azərbaycan Beynəlxalq Bank” ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev işdən çıxıb. Hefteaz.info-nun əldə etdiyi məlumata görə, M.Şirəliyev işdən ayrılmaqla bağlı ərizə yazıb. O, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının 2018-ci il dekabrın 25-də keçirilən iclasında bu qərarını açıqlayıb. Şuranın həmin iclasında 2018-ci il üzrə maliyyə göstəricilərinə baxılıb, 2019-cu il üzrə büdcə layihəsi müzakirə […]

By Aqil Mahmudov On 7 Fev, 2019 At 09:31 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Gəncə hadisələrinə görə öldürülən şəxsin meyiti 7 aydır ailəsinə verilmir Gəncə hadisələrində, şəhərin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin təşkilində günahlandırılan və ötən il iyulun 24-də əməliyyat zamanı öldürülən Ağa Sərxaninin meyiti hələ də yaxınlarına verilməyib. Bu barədə onun həyat yoldaşı Sevinc Sərxani fevralın 7-də Müsavat Partiyasının qərargahında Siyasi Məhbusları Müdafiə Mərkəzi və Məhbus […]

By Aqil Mahmudov On 7 Fev, 2019 At 09:51 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Bakı Apellyasiya Məhkəməsi jurnalist Anar Məmmədovun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayan rayon məhkəməsinin qərarını dəyişməyib. Rayon məhkəməsinin jurnalist barəsində çıxardığı qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Bu haqda jurnalistin özü məlumat verib. Jurnalistin deməsinə görə, şikayətə hakim Faiq Qasımovun sədrliyi ilə onun və vəkillərinin iştirakı olmadan baxılıb. Məhkəmə A.Məmmədovun ölkədən çıxışına qadağa qoyulmasını […]

By Aqil Mahmudov On 7 Fev, 2019 At 09:11 Axşam | Categorized As MANŞET, VİDEO | With 0 Comments

“Qırmızı xətti keçmək, o səviyyəyə düşmək istəmirəm” Cahangir Hacıyev: O vaxt məndən 20 milyon avro istəyirdilər “Heç olmasa, imkan verin, məhkəmədə danışım. Məni maraqlandıran odur ki, görəsən ittihamçılar bu işlə tanış olanda televizora baxıblar? Məni 4,7 milyardlıq mənimsəmədə ittiham edirlər. Bu rəqəm Azərbaycan büdcəsinə Neft Fondundan transfertləri çıxsaq, büdcənin yarısı deməkdi. Mərkəzi Bankın valyuta ehtiyatlarına […]

By Aqil Mahmudov On 7 Fev, 2019 At 09:14 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci il avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobili ilə yol qəzası törədib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşları, Muttalib Tekiş və Songül Tekiş olub. Mutallib Tekişin qardaşı İdris Tekişin Meydan TV-yə verdiyi məlumata görə, hadisədən sonra Əli Həsənov və […]

By Aqil Mahmudov On 7 Fev, 2019 At 09:05 Axşam | Categorized As DÜNYA, VİDEO | With 0 Comments

Sank-Peterburq məhkəməsi “Yaz” hərəkatının koordinatorunu və Aleksey Navalnıy gərərgahının rəhbərini şəhərə dəymiş ziyana görə 7.3 milyon rubl (təqribən 193 min manat) cərimələyib. Boqdan Litvinov və Denis Mixaylov 2018-ci ilin mayında “O bizə çar deyil” mitinqi zamanı yaşıllıqları “korlamaqda” təqsirli bilinib. Михайлов Денис@demikhailov Присудить Михайлову Денису и Богдану Литвину: 7 300 000 Məhkəmədə müdafiə tərəfi prokurorluğun […]

By Aqil Mahmudov On 7 Fev, 2019 At 03:00 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

“Minskdə belə bir hotel var, Buta Butik Hotel.Belarusiya Daxili İşlər Nazirliyinin yanındadır. Bütün belarusları heyrətə gətirib. Fantastik vəsait xərclənib”. Hefteaz,info-nun məlumatına görə, bu fikirləri müstəqil jurnalist Cavanşir Həsənli öz “facebook” səhifəsindən paylaşıb. Jurnalist daha sonra yazır:  “Nə qədər xərcləndiyini xərcləyənlər bilir. Kim xərcləyib? Hotel sabiq vergilər naziri Fazil Məmmədova aid olub. Yeznəsinin şirkəti üzərindən inşa edilib. Amma […]

By Aqil Mahmudov On 7 Fev, 2019 At 03:59 Axşam | Categorized As DÜNYA, VİDEO | With 0 Comments

Freedom House təşkilatı hazırladığı illik hesabatında demokratiyanın dünya miqyasında zəiflədiyini bildirib. Xüsusən də bunun ABŞ-da baş verməsinin böyük bir narahatlıq doğurduğunu vurğulayıb. Təşkilat Birləşmiş Ştatların hələ də qüdrətli demokratiya olaraq qaldığını vurğulayır. Eyni zamanda ABŞ-ın Freedom House balı onu Yunanıstan, Xorvatiya və Monqolustan kimi ölkələrlə bir sıraya qoyur ki, bu göstərici Almaniya, Fransa və Britaniyanın […]

By Aqil Mahmudov On 7 Fev, 2019 At 03:22 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Fevralın 5-də və 6 –da Bakıda Avropa İttifaqı (Aİ) – Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, iclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud-Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard […]