Fevral 11th, 2019

By Aqil Mahmudov On 11 Fev, 2019 At 08:03 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Hefteaz.info xəbər verir ki Azərbaycan Milli Məclisinin V çağırış deputatlarının 42-nin yaşı 65 və 65-dən yuxarıdır. Parlamentdə ən yaşlı deputatlar Zeynəb Xanlarova, Ağacan Abıyev, Fəttah Heydərov və Yaqub Mahmudovdur. Deputatlar – Z.Xanlarovanın 83, A.Abıyevin 82, F.Heydərovun 81, Y.Mahmudovun isə 80 yaşı var. Bu il Ziyad Səmədzadənin 79, Elxan Süleymanovun 79, Arif Rəhimzadənin 78, Xanhüseyn Kazımlının […]

By Aqil Mahmudov On 11 Fev, 2019 At 08:21 Axşam | Categorized As İDMAN, VİDEO | With 0 Comments

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib. Hefteaz.info AFFA-nın saytına istinadla xəbər verir ki, bu posta xorvatiyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub. Yaxın günlərdə 53 yaşlı məşqçi ilə müvafiq müqavilə imzalanacaq. Qeyd edək ki, Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin “Dinamo” (Zaqreb) komandasında başlayıb. O, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın […]

By Aqil Mahmudov On 11 Fev, 2019 At 08:14 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

foto-Oktay Gülaliyev “Müsəlman Birliyi” Hərəkatının fəalı Bəxtiyar Bağırov beş gün öncə yoxa çıxıb, hüquq-müdafiəçisi Oqtay Gülalıyev Hefteaz.info-a bildirib. Qohumlarının sözlərinə görə, onu fevralın 6-da mülki geyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar. Həmin vaxt Bakıxanov qəsəbəsində çayxanada olub. Ancaq bu gün, fevralın 11-də məlum olub ki, o 20 sutkalığa həbs olunub və Binəqədi təcridxanasında saxlanılır. Onu […]

By Aqil Mahmudov On 11 Fev, 2019 At 08:49 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Pezident İlham Əliyev Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Hefteaz.info president.az saytına istinadən xəbər verir ki, Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə […]

By Aqil Mahmudov On 11 Fev, 2019 At 05:58 Axşam | Categorized As SOSİAL, VİDEO | With 0 Comments

2019-cu il mart ayının 1-dən Azərbaycanda minimum əmək haqqı 38% artacaq. Dövlət və özəl işəgötürənlər istənilən işə görə bir ay müddətinə bu məbləğdən daha az maaş verə bilməyəcək. Əhalinin əmək haqqı, müavinət və pensiyaların artırılması əvvəllər 10%-dən az olurdu. Bu isə ailə büdcəsində inflyasiya itkilərindən aşağı olurdu. 38% artım azərbaycanlılar üçün qeyri-adidir. Mütləq ifadədə minimum […]

By Aqil Mahmudov On 11 Fev, 2019 At 05:12 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Şahin Cəfərli: “Problemin həlli üçün Konstitusiyaya əməl etmək lazımdır” Azərbaycan ictimaiyyətinin siyasiləmiş hissəsində fəallığın dəyişməsi, radikallığa keçid müşahidə olunur. Digər tərəfdən, dövlət repressiya mexanizmlərini zəiflədir. Son dörd ayda Azərbaycan polisi saxlamalar həyata keçirməyib və məhkəmələr siyasətçiləri və jurnalistləri narkocinayətlər ittihamı ilə mühakimə etməyiblər, fəalların saxlanması isə 30 sutkayadək inzibati həbslərlə nəticələnib. Narkotik maddə dövriyyəsi ittihamı […]

By Aqil Mahmudov On 11 Fev, 2019 At 05:45 Axşam | Categorized As MANŞET, VİDEO | With 0 Comments

“2018-ci ildə Azərbaycanda insan haqlarının vəziyyəti: Siyasi repressiyalar” adlı hesabat “2018-ci ildə Azərbaycanda insan haqlarının və demokratiyanın vəziyyəti daha da ağırlaşıb. Bu il ərzində müxalifətə, vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə qarşı təzyiqlər artıb. İstər beynəlxalq qurumların, istərsə də yerli hüquq müdafiə təşkilatlarının 2018-ci illə bağlı hesabat və rəylərinə diqqət yetirdikdə, 2017-ci illə müqayisədə bu sahədə […]

By Aqil Mahmudov On 11 Fev, 2019 At 05:52 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı fevralın 25-nə təyin edilib. Vəkil Osman Kazımovun Azad Həsənovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətini hakim təmin etməyib. Hakim qərarı oxuyan zaman onun səsinin zalda eşidilməməsi Azad Həsənovun özünün və […]

By Aqil Mahmudov On 11 Fev, 2019 At 12:24 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Bərdə sakini Vüqar Həsənov beyin iflici keçirib, yataq xəstəsidir, işləmək qabiliyyətini itirib. Anaxeber.info məlumat verir ki, V.Həsənov ağır şəkərli diabetdən də əziyyət çəkir, iki azyaşlı övladı olan vətəndaşın gəlir yeri yoxdur. Amma ona əlillik dərəcəsi təyin olunmur ki, pensiya ayrılsın. Bərdə Rayon Mərkəzi Xəstəxanasına sənədləri təqdim edən V.Həsənova cavab verilməsi yubanır. O, prezidentə, I vitse-prezidentə […]

By Aqil Mahmudov On 11 Fev, 2019 At 09:33 Səhər | Categorized As ARAŞDIRMA, GÜNDƏM | With 0 Comments

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvləri 2016-cı ilin iyun ayında Nyu-Yorkdakı “Trump Tower” də indiki prezident Donald Trampın oğlu ilə Kremlə bağlı olduğu təxmin edilən rusiyalı vəkil Natalya Veselnitskaya arasında baş tutmuş görüşə dair telefon danışıqlarını əldə etmək üçün məhkəməyə müraciət hazırlayır. Hefteaz.info Amerika KİV-lərinə istinadən xəbər verir ki, müraciət Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsində […]