Mart 15th, 2019

By heftequrdqanli On 15 Mar, 2019 At 07:27 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

“Azərbaycanda ədalət mühakiməsi sistemi mövcud deyil. Xüsusilə tanınmış şəxslərin, dövlət məmurlarının həbsi onların törətdikləri əmələ görə yox, hakimiyyətə, hakimiyyətdə olan elitaya, onların münasibətinə bağlıdır”. Bunu “Yeni Sabah”a açıqlamasında Müsavat partiyasının başqanı Arif Hacılı keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun həbsdən azad olunmasına münasibət bildirərkən deyib. A. Hacılı bildirib ki, Eldar Mahmudovun […]

By heftequrdqanli On 15 Mar, 2019 At 07:09 Axşam | Categorized As DÜNYA, VİDEO | With 0 Comments

Yeni Zelandiyanın Christchurch qəsəbəsində bu gün baş verən qətliamda Türkiyənin iki vətəndaşı yaralanıb Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern ölkədə təhlükəsizlik tədbirlərinin artırıldığını və hava limanlarında bütün uçuşların dayandırıldığını bildirib. Baş nazir bu qətliamı ən sərt şəkildə qınayıb və cinayətkarların cəzalandırılacağını bildirib. Ardern bu hadisənin ölkənin “ən qara günlərindən birinə” çevrildiyini vurğulayıb. “Burada baş verənlər qeyri-adi, görünməmiş […]

By heftequrdqanli On 15 Mar, 2019 At 06:10 Axşam | Categorized As MANŞET, VİDEO | With 0 Comments

Son dönəmlər “MTN işi”ndə əli olan, dövlətə və dövlətçiliyə xəyanətdə ittiham olunaraq vəzifəsini itirən bir neçə şəxsin nəfinə piar kampaniyasına start verilib. Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun hakimiyyətin ən əhəmiyyətli fiqurlarının telefon danışıqlarını qanunsuz olaraq digər şəxslərə ötürülməsinə razılıq verməsinin üstü açıldıqdan sonra bu sistemdə demək olar ki, yüksək vəzifə tutan şəxslər, […]

By heftequrdqanli On 15 Mar, 2019 At 03:48 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Səyavuş Novruzov, Cəmil Həsənli və Xədicə İsmayılovanın Amerikanın Səsinə müsahibələri Martın 13-də ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb. Hesabatı təqdim edən dövlət katibi Mayk Pompeo ABŞ-ın xarici dövlətlərlə münasibətlərinin əsasında insan haqlarının mühüm yer aldığını vurğulayıb. Hesabatın Azərbaycana aid 40 səhifəlik hissəsində baş verən hüquq pozuntuları təsvir […]

By heftequrdqanli On 15 Mar, 2019 At 02:10 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Müsavat başqanı Arif Hacılı İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru  Balakişi Qasımova müraciət edib. Müraciətdə İTV kanalında həftədə bir dəfə Müsavat Partiyası üçün 30 dəqiqəlik efir vaxtının ayrılması istənilir. Partiyanın mətbuat xidmətindən Hefteaz.info-a təqdim edilən sənəddə deyilir:  “Müsavat Partiyası ölkədə yaranan iqtisadi böhrandan çıxış yollarının tapılmasında medianın da məsuliyyət daşıdığını vurğulayaraq, İTV […]

By heftequrdqanli On 15 Mar, 2019 At 09:05 Səhər | Categorized As ARAŞDIRMA | With 0 Comments

Azərbaycanın dövlət büdcəsinə 2005-ci ildən sonra milyardlarla neft pulunun daxil olması ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, korrupsiya sahəsini də “çiçəkləndirdi”. Ötən illərin xronologiyasına və eləcə də indiki hesabatlara nəzər yetirəndə bu korrupsiya hallarının daha çox dövlətdən maliyyələşən rəsmi qurumların sifarişçisi olduğu tender və katirovkalarda həyata keçirildiyinin şahidi oluruq. Baş verən neqativ hallar barəsində indiyədək ölkənin […]

By heftequrdqanli On 15 Mar, 2019 At 08:45 Səhər | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Xristian Demokrat İttifaqından deputat Karin Ştrens (Karin Strenz) lobbi firmasının vasitəsilə Azərbaycandan pul aldığını uzun illər gizli saxlayıb. Lakin SPIEGEL bu mövzuda yazı dərc etdikdən sonra Bundestaq deputatı böyük məbləğdə cərimələyib və ona töhmət verib. SPIEGEL-in məlumatına görə, Bundestaq qapalı iclasında deputatın 20000 avro məbləğində cərimə olunması barədə qərar qəbul edib. 2014-15-ci illərdə o, Line M-Trade […]

By heftequrdqanli On 15 Mar, 2019 At 08:28 Səhər | Categorized As MANŞET, VİDEO | With 0 Comments

ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb. Hesabatda Azərbaycandakı repressiyalar əks olunub. Müsavat başqanı Arif Hacılı Departamentin hesabatı barədə öz düşüncələrini paylaşıb. “Dövlət Departamentinin insan haqları mövzusunda illik hesabatının 40 səhifəsi Azərbaycana həsr olunub. Bütün dünyanın diqqət mərkəzində olan bu sənəddə Azərbaycanda insan haqlarının kobud şəkildə pozulması: […]

By heftequrdqanli On 15 Mar, 2019 At 07:43 Səhər | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Məhkəmədə sübut olundu ki, bütün bu işlər general Abdiyevin göstərişilə həyata keçirilib, amma o, heç olmasa, şahid kimi də dindirilməyib…” Ölkəyə gömrükdənkənar 6.5 milyon manatlıq dərmanların “pampers” adıyla gətirilməsi, onların qeydiyyatdan keçirilmədən satışına görə məhkəmə davam edir. Məsuliyyətinə cəlb olunmuş 8 nəfər – Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəisi, general Fikrət Qədiməliyev, müavini Fərman Məmmədli (onlar […]