Mart 18th, 2019

By heftequrdqanli On 18 Mar, 2019 At 08:12 Axşam | Categorized As MANŞET, VİDEO | With 0 Comments

Müsavat Partiyasının Mətbuat Xidmətindən  Hefteaz.info-a verilən məlumata görə bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Divan öz işinə Yeni Zelandiyada törədilən terror qurbanlarının yad edilməsi ilə başlayıb. Baş verən terror hadisəsi pislənilib, bu terror hadisəsi dinlərarası toqquşmaların qızışdırılmasına yönəlik uğursuz cəhd kimi qiymətləndirilib. Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı rayon təşkilatlarının Müsavat Partiyasının IX […]

By heftequrdqanli On 18 Mar, 2019 At 08:14 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Bu gün Ağır Cinayətlər Məhkəməsində Müsavat fəalı Azad Həsənovun məhkəmə prosesi davam edib. “Basta”nın məlumatına görə daha bir şahid – polis əməliyyatçısı Naib Ömərov ifadə verib. Azad Həsənov onun əlehinə ifadə verən verən polisə deyib, “And iç ki, məndə narkotik olub”. Polis and içməyib. Məhkəmədə MSDM sədri İsa Qəmbər, müsavatçılar və ABŞ səfirliyinin nümayəndələri iştirak edib. Proses aprelin 2-də […]

By heftequrdqanli On 18 Mar, 2019 At 04:50 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Toplantıda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı olub Martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir. Toplantıda OPEC-in Baş katibi Məhəmməd Barkindo, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid […]

By heftequrdqanli On 18 Mar, 2019 At 04:13 Axşam | Categorized As ƏYALƏT, VİDEO | With 0 Comments

Məhəmməd Qələndərov Beyləqanda başçı müavinindən daha çox, maxinator və “tenderlər kralı” kimi tanınır. Sırağa gün vətəndaşların Beyləqan Rayon İcra Hakimiyyəti başçısının qəbulu zamanı görüşlə bağlı məhdudiyyətlərdən dolayı yaşadıqları gərginlik barədə “Realmedia.az” saytında verilən xəbər başqa KİV-lərdə də ildırım sürətilə yayıldı. Xatırladaq ki, hadisə yerində olmuş əməkdaşımızın müşahidə və qeydlər aparması RİH başçısının müavini Məhəmməd Qələndərovun […]

By heftequrdqanli On 18 Mar, 2019 At 02:10 Axşam | Categorized As SOSİAL, VİDEO | With 0 Comments

İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı ilə yaşa görə aylıq müavinətlərin də növbəti ayın 1-dən artırılması təmin olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu müavinətin məbləği 1 aprel 2019-cu il tarixdən 80 faizə qədər artırılmaqla 73 manatdan 130 manata çatdırılacaq. […]

By heftequrdqanli On 18 Mar, 2019 At 02:06 Axşam | Categorized As MANŞET, VİDEO | With 0 Comments

Avropa İttifaqı Novruz bayramı münasibətilə 400-dən çox məhbusun əfv edilməsini alqışlayır. Bu barədə Avropa xarici siyasət xidmətinin martın 17-də dərc olunan rəsmi bəyanatında deyilir. Əfv olunanlar arasında siyasi partiyaların, qeyri-kommersiya təşkilatlarının nümayəndələri, blogerlər və jurnalistlər var. “Bu addım təqdirəlayiqdir”, – bəyanatda vurğulanır. Aİ Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq gələcəkdə bu cür addımların davam etdiriləcəyini gözləyir. […]

By heftequrdqanli On 18 Mar, 2019 At 02:46 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun işi üzrə məhkəmə prosesi başa çatıb. Ona qarşı CM-in 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Buna səbəb musavat.com saytında dərc edilən “Etibar Pirverdiyevin kriptovalyuta biznesi ortaya çıxdı” məqaləsinin və repotyor.info-dan “Azərenerji” yoxlanılır, Pirverdiyev “elektrik terroru”- fin korrupsiyası”na görə dindirilir” məqaləsinin […]

By heftequrdqanli On 18 Mar, 2019 At 01:57 Səhər | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Hüquq müdafiəçilərinin dəqiqləşdirilmiş məlumatına görə, Azərbaycan prezidentinin əfv barədə fərmanı 51 siyasi məhbusa şamil edilib. Lakin fəallar hesab edirlər ki, sərəncam problemi həll etməyib və müxtəlf siyahılara görə, həbsxanalarda 74-dən 80-dək siyasi məhbus qalır. Vətəndaş cəmiyyətinin siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrupunun üzvü Bəşir Süleymanlı Turan-ın müxbiri ilə söhbətində deyib ki, əfv […]