Aprel 9th, 2019

By heftequrdqanli On 9 Apr, 2019 At 06:17 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Bu gün, aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü, siyasi məhbus Azad Həsənova qarşı qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Elvin Kazımov və Naib Ömərov yenidən ifadə veriblər. Onlar Azad Həsənovun həbs olunması əməliyyatına rəhbərlik ediblər. Vəkil Osman Kazımovun israrlı tələblərinə baxmayaraq, onlar A.Həsənovun narkotik dövriyyəsi ilə mağşul olduğu haqda əməliyyat məlumatını […]

By heftequrdqanli On 9 Apr, 2019 At 06:55 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Baş prokurorluq bloger Mehman Hüseynovun ölkədən çıxışına qadağa qoyub. Bu haqda, o, özü məlumat yayıb. “Bu gün səhər uzun müddətdən sonra ilk xaricə səfərim başlamışdır. 9 ildir ki ölkədən kənar çıxa bilmirdim. Səhər tezdən gəldim aeraporta… Yaxınlaşıram pasport yoxlama məntəqəsinə, gömrük işçisi pasportuma baxıb dərxal əlinə telefonu götürüb aləmi vurur bir birinə və buyur mənə […]

By heftequrdqanli On 9 Apr, 2019 At 05:59 Axşam | Categorized As MANŞET, VİDEO | With 0 Comments

Ölkədə yanvardan başlayan köklü islahatlar paketinin davamı olaraq qarşıdakı aylarda səs-küylü istefalar olacağı gözlənilir. Hefteaz.info-un əldə etdiyi məlumata görə, prezident sərəncamları ilə vəzifəsindən kənarlaşdırılacaq məmurlar siyahısında nazir və bir neçə icra başçılarının adlarının yer alacağı bildirilir. Onlar prezidentin səbr kasasını daşıran, vaxtı yetişən məmurlardır ki, yola salınmalıdırlar. Ötən il Səlim Müslümov, Heydər Əsədov, Əli Həsənov, […]

By heftequrdqanli On 9 Apr, 2019 At 02:34 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

“Demokratik Azərbaycanı Seç” (DAS) ictimai təşkilatı ölkənin hüquq-mühafizə orqanlarına, dünyanın bir sıra aparıcı dövlətlərinin Bakıdakı səfirliklərinə inzibati cəza çəkən Bayram Məmmədovla bağlı müraciət ünvanlayıb. Müəlliflər Novruz bayramı ərəfsəində azadlığa çıxmış Bayram Məmmədovun və Qiyas İbrahimovun fiziki həyatının və sağlamlığının sual altında olması ilə bağlı narahatlıqlarını ifafə edirlər. “Belə ki, azad edildikdən on üç gün sonra […]

By heftequrdqanli On 9 Apr, 2019 At 02:32 Axşam | Categorized As ƏYALƏT, VİDEO | With 0 Comments

Bir qrup Kürdəmir rayon sakini, Hefteaz.info saytınınn elektron poçtuna Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin rayon şöbəsində yaranan anarxiya və rüşvətxorluq barədə şikayət ediblər. Həmin müraciəti olduğu kimi sizə təqdim edirik: “ Biz Kürdəmir rayon sakinlərinin şikayəti nazir Sahil Babayevadır. Hörmətli, Sahil Babayev, Siz demək olar bütün günü efirlərdə sosial aparılan islahatlardan, görülən işlərdən ağız […]

By heftequrdqanli On 9 Apr, 2019 At 09:00 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

“Jurnalistlər üçün tikilən binanın artıq sonuncu mərtəbəsində tamamlanma işləri aparılır. Mənzillərin 2020-ci ilin yayında jurnalistlərin istifadəsinə verilməsi planlaşdırılır”. Hefteaz.info xəbər verir ki, bu sözləri “Trend”ə müsahibəsində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib. Fond sədri mənzillərin verilməsi ilə bağlı meyarlarn dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala belə cavab verib: […]

By heftequrdqanli On 9 Apr, 2019 At 09:36 Səhər | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Azərbaycanda gömrük orqanlarının əməkdaşları mütəmadi olaraq ölkəyə ərazisinə daxil olan saxta, aksiz markasız mal və ya məhsulları müsadirə edir. 6 apreldə aparılmış son əməliyyat zamanı isə nəqliyyat vasitəsinin tavan hissəsində olan boşluqdan 3 ədəd “Samsung Galaxy A30” markalı mobil telefon, cihaz panelində olan boşluqdan isə 1 ədəd “Xiaomi Mi8 lite” markalı mobil telefon, 3 ədəd […]

By heftequrdqanli On 9 Apr, 2019 At 09:28 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Müstəqil xəbər saytı Arqument.az-a ölkədən giriş məhdudlaşdırıb. Bu barədə saytın baş redaktoru Şəmşad Ağa sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, proqramçılar sayta blok qoyulduğunu deyirlər. “Amma bizə hər hansı bildiriş gəlməyib”. Şəmşad Ağa saytın bloklanmasının konkret səbəbləri barədə dəqiq heç nə deyə bilməyəcəyini vurğulayıb. Hefteaz.info

By heftequrdqanli On 9 Apr, 2019 At 09:08 Səhər | Categorized As SOSİAL, VİDEO | With 0 Comments

Kartofa ixrac rüsumunun tətbiq edilməsi Cəlilabad rayonunun Maşlıq, Kazımabad və Muğan kəndlərində narazılığa səbəb olub. Bu gün, aprelin 8-də bir qrup kartof istehsalçısının Maşlıq kəndində etiraz aksiyası keçirdikləri bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən sakinlərin sözlərinə görə, istəkləri həmin ixrac rüsumunun qaldırılması olub. Hətta deyilənə görə, istehsalçılar ölkə rəhbərliyinin bu məsələyə diqqətini yönəltməkdən ötrü Bakı-Astara […]

By heftequrdqanli On 9 Apr, 2019 At 09:38 Səhər | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Aprelin 9-da AŞPA-nın yaz sessiyası çərçivəsində iki komitə – Monitorinq və Hüquqi Məsələlər və İnsan Haqları komitələri Strasburqda Azərbaycanda siyasi məhbuslarla bağlı açıq dinləmələr keçirəcəklər. Bu barədə Turan-a dinləmələrdə məruzəçilərdən biri, hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib. Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin sədri, İslandiyadan olan deputat Torhildur Sunna həm də Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçidir. […]