Aprel 17th, 2019

By heftequrdqanli On 17 Apr, 2019 At 09:23 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Ölkə başçısı İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Müvafiq sənədi AZƏRTAC dərc edib. Sərəncama əsasən, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. İlyas Mahmudov 2008-ci ildən vəzifəsinə xitam verilənədək Sumqayıt Şəhər Məhkəməsinin hakimi olaraq çalışıb.

By heftequrdqanli On 17 Apr, 2019 At 06:26 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Müsavat Partiyasının Məclisi Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanması istiqamətində aparılan danışıqların şəffaf olmaması, bu danışıqlar barəsində ölkə ictimaiyətinə heç bir bilgi verilməməsindən narahatlıq ifadə edən bəyanat qəbul edib. Partiyanın mətbuat xidmətindən təqdim olunan sənəddə deyilir: “Müsavat Partiyası Azərbaycanın bu günü və gələcəyi üçün vacib olan bu sənədin geniş müzakirəsini, sənəddə Qarabağ problemi də […]

By heftequrdqanli On 17 Apr, 2019 At 06:57 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

İstanbulda martın 31-də keçirilən bələdiyyə seçkilərindən sonra 17 gün davam edən səslərin sayılması prosesi nəhayət bu gün başa çatıb. Türkiyənin “Cumhuriyyet” qəzeti Yüksək Seçim Kuruluna istinadən xəbər verir ki, səslərin təkrar sayılmasından sonra CHP-li namizəd Əkrəm İmamoğlunun 4 169 765, onun rəqibi – AKP-li Binəli Yıldırımın isə 4 156 036 səs topladığı dəqiqləşib. Beləliklə, müxalifətçi İmamoğlu 13 729 səs […]

By heftequrdqanli On 17 Apr, 2019 At 01:56 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

İlham Əliyev aprelin 15-də “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanunun tətbiqi barədə 2017-ci il fevralın 23-də imzaladığı fərmana dəyişiklik edib. Söhbət “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi barədə sənədə dəyişiklikdən gedir. Fərman taksidə siqaret çəkənləri hansı dövlət qurumunun cərimələyəcəyini müəyyən edir. Sənədə əsasən, taksi minik avtomobilində […]

By heftequrdqanli On 17 Apr, 2019 At 01:57 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. “Qafqazinfo”nun  məlumatına görə, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Dünən təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluğun təqdimatına baxılıb. Səbail […]

By heftequrdqanli On 17 Apr, 2019 At 01:36 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

İsveçrədə Sürix prokurorluğu BM-Bankın şikayəti əsasında azərbaycanlı iş adamı Telman İsmaylova qarşı cinayət işi qaldırıb. «Коммерсант» qəzetinin məlunatına görə İsmaylov dələduzluqda ittiham edilir. Prokurorluqdakı mənbə bildirib ki, İsmaylov kreditorların vəsaitini xərcləyərək onlara ziyan vurmaqda təqsirləndirilir. Cinayət sübuta yetirilərsə, onu 5 ilədək həbs gözləyir. Biznesmenin vəkilləri bu məlumatı mətbuatdan öyrəndiklərini bildiriblər. Qeyd edək ki, 2009-cu ilədək […]

By heftequrdqanli On 17 Apr, 2019 At 10:39 Səhər | Categorized As MANŞET, VİDEO | With 0 Comments

Hefteaz.info xəbər verir ki, “Dünya Azərbaycanlıları Qarabağa Azadlıq hərəkatı”(DAQAH) təşkilat komitəsinin təcili toplantısı keçirilib. Bu barədə DAQAH-ın mətbuat katibi Aqil Mahmudov məlumat verib. Məlumatda göstərilir ki; DAQAH təşkilat komitəsinin yekdil qərarı ilə Əli Həsənəliyev(ƏLİ OĞUZ) “Dünya Azərbaycanlıları Qarabağa Azadlıq hərəkatı”(DAQAH) üzvülüyündən xaric edilib.  Məlumatda oda göstərlir ki, Əli Oğuzun DAQAH-dan uzaqlaşdırılmasının səbəbi  yaxın günlərdə ictimaiyyətə […]