İyul 8th, 2019

By heftequrdqanli On 8 İyl, 2019 At 11:17 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

İyulun 8-dә Azərbaycan Xalq Cəbhəsi Partiyasının Masallı rayon təşkilatının üzvü Araz Məmmədov saxlanıb. Partiyadan bildirilib ki, cəbhəçi fəal Masallı Rayon Polis Şöbəsinə aparılıb və artıq bir neçə saatdır ondan heç bir xəbər yoxdur. Saxlanma səbəbi isə bilinmir. Mәsәlә ilә bağlı Daxili İşlәr Nazirliyindən məlumat almaq mümkün olmayıb. Keçən həftə AXCP Ali Məclisinin üzvü, Sabirabad rayonunda […]

By heftequrdqanli On 8 İyl, 2019 At 11:45 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Bu gün vəkil Nemət Kərimli 16 saylı Cəzaçəkmə müəssisəsində həbsdə olan jurnalist Əfqan Muxtarlı ilə görüşüb. Vəkilin “Basta”ya verdiyi məlumata görə, Əfqan Muxtarlının səhhəti normaldır və saxlanma şəraitindən şikayəti yoxdur. Nemət Kərimli həmçinin bildirib ki, Əfqan Muxtarlının öz yaxınları ilə görüşməsinə imkan verilmir. Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin may ayında Gürcüstan paytaxtı Tbilisidə itkin düşdükdən sonra Azərbaycanda həbs […]

By heftequrdqanli On 8 İyl, 2019 At 11:19 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

2018-ci ildә baş vermiş Gәncә hadisәlәrinә görә hәbs olunmuş Aydın Qurbanov koma vәziyyәtindәdir. Bu barәdә AzadlıqRadiosuna mәhbusun yoldaşı Mәhbubә Məmmədova məlumat verib. O, bu gün, iyulun 8-dә hәyat yoldaşına Penitensiar Xidmәtinin Müalicә Müәssisәsindә baş çәkdiyini deyir. 15 dәqiqә davam edən görüş zamanı Qurbanovun qan qusmağa başladığını vә koma vәziyyәtinә düşdüyünü bildirir. Məhbubə Məmmədova həkimlərin ona […]

By heftequrdqanli On 8 İyl, 2019 At 11:34 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

İrandakı azərbaycanlı milli fəal Abbas Lisani 8 il azadlıqdan məhrum edilməklə yanaşı, 2 il sürgün cəzası alıb. Bunu AzadlıqRadiosuna onun ailəsindən bildiriblər. Məhkəmə iyulun 8-də keçirilib. Ərdəbil İnqilab Məhkəməsi onun uzunmüddətli həbsi ilə yanaşı, ailəsi ilə birgə ikiillik Yəzdə sürgün edilməsi haqda qərar verib. Ailə həbsin səbəbləri haqda danışmayıb. GünazTV yazır ki, Ərdəbil prokurorluğu milli […]

By heftequrdqanli On 8 İyl, 2019 At 10:45 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Daha əvvəl Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində tutulub, hazırda Urmiyənin təhlükəsizlik qurumunda saxlanılan türk fəallara görüş qadağası tətbiq olunur. Güney Azərbaycan Televiziyası (Günaz TV) – nin yayımladığı məlumata əsasən, Urmiyənin Ettelaat idarəsində saxlanılan türk fəallara görüş qadağası tətbiq olunduğu barədə fəalların ailələrinə xəbərdarlıq verilib. Musa Ziya Zərgəri və Səccad Şoheyri iyunun 22-də Qərbi Azərbaycan vilayətinin Sulduz […]