İyul 12th, 2019

By heftequrdqanli On 12 İyl, 2019 At 11:25 Axşam | Categorized As MANŞET, VİDEO | With 0 Comments

“Azərbaycanda ifadə azadlığı əvvəlkitək təhlükə altındadır”, – Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç iyulun 12-də, Azərbaycana dördgünlük səfərinin sonunda bildirib. O, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını xatırladıb. Həmin qərarlarda özbaşına həbslər və hökuməti tənqid edənlərin, vətəndaş cəmiyyəti fəalları və insan hüquqları müdafiəçilərinin saxlanması ilə bağlı həyəcanlı mənzərə əks olunur. Miyatoviç qeyd edib ki, […]

By heftequrdqanli On 12 İyl, 2019 At 11:41 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub. APA-nın məlumatına görə, Daxili İşlər naziri  Vilayət Eyvazovun müvafiq əmri ilə BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, bir müddət əvvəl BMCMİ-nin rəisi Seyfulla Əzimov Azərbaycan Daxili […]

By heftequrdqanli On 12 İyl, 2019 At 10:30 Səhər | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Xarici İşlər Nazirliyi (XİN) Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülməsinin 5-ci ildönümü ilə bağlı açıqlama yayıb. XİN-in açıqlamasında bildirilib ki, bu iki azərbaycanlı mülki şəxsin Ermənistan girovluğunda hər bir günü işgəncə altında keçir. “Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə […]

By heftequrdqanli On 12 İyl, 2019 At 10:53 Səhər | Categorized As HADİSƏ, VİDEO | With 0 Comments

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, 1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb. Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Azadlıq Qəzetinin baş redaktoru Qənimət Zahidovun verdiyi […]

By heftequrdqanli On 12 İyl, 2019 At 10:45 Səhər | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Hefteaz.info xəbər verir ki, Vәkillәr Kollegiyasında vәkil Elçin Sadıqov barәsindә intizam icraatı başlanıb. Bu barәdә vəkil facebook səhifəsində yazıb. O bununla bağlı iyulun 10-da Vәkillәr Kollegiyasının Rəyasət Heyətinin iclasına dəvət olunub. “Məlum oldu ki, bu ilin iyununda Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü Sərdar Qasımovun həyat yoldaşı Kəmalə Qasımova barəmdə şikayət yazıb. Guya mәn Sərdar Qasımov […]