Avqust 26th, 2019

By heftequrdqanli On 26 Avq, 2019 At 11:56 Axşam | Categorized As HADİSƏ, VİDEO | With 0 Comments

Daşkəsən rayonunda güclü külək və leysan yağış səbəbindən elektrik enerjisinin verilməsi dayanıb. “Report”un Qərb Mərkəzinin məlumatına görə, leysan yağışla müşahidə olunan şimal-qərb küləyi bir neçə ağacın budaqlarını sındırıb, bəzi evlərin dam örtüyünü dağıdıb. Hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Hazırda rayon ərazisində kəskin hava şəraiti davam edir. Qeyd edək ki, Gəncə şəhəri […]

By heftequrdqanli On 26 Avq, 2019 At 11:26 Axşam | Categorized As DÜNYA, VİDEO | With 0 Comments

Hefteaz.info-nun xarici KİV-ə istiadla verdiyi xəbərə görə, Rusiyanın G7 təşkilatında iştirakı məsələsinin müzakirəsi zamanı Amerika Birləmiş Ştatlarının prezidenti Donald Trampla «Böyük yeddilər»in digər üzvlərinin liderləri arasında münaqişə yaranıb. Özəl mənbələrinə istinadla, bu barədə «The Guardian» nəşri xəbər verib. Qəzetin məlumatına görə, Biarrisndə şam yeməyi zamanı Tramp Rusiyanı G8-ə qaytarmağa çağırış edib. Onun fikrini yalnız İtaliyanın […]

By heftequrdqanli On 26 Avq, 2019 At 11:07 Axşam | Categorized As GÜNDƏM, SEÇMƏ | With 0 Comments

Gürcstanin keçmiş prezidenti Mixeil Saakaşvili bu günlərdə 2008-ci il Rusiya-Gürcüstan savaşı haqda “Institute for War and Peace Reporting”-in (IWPR) müxbiri Vaje Tavberidzeyə müsahibə verib. Mövzunun  aktuallığını nəzərə alıb, müsahibəni Hefteaz.info oxucularına təqdim edirik: – Məsələlərə 10 ildən sonra baxarkən, necə hesab edirsiniz, Qərb 2008-ci il savaşından ibrət alıbmı? – İş burasındadır ki, bir qayda olaraq, […]

By heftequrdqanli On 26 Avq, 2019 At 11:01 Axşam | Categorized As ƏYALƏT, VİDEO | With 0 Comments

Gəncə hadisələrinə görə həbs olunmuş şəxslərdən daha 8 nəfərin cəzası azaldılıb. Avqustun 26-da Bakı Apellyasiya məhkəməsində bu barədə qərar açıqlanıb. Qərarı Gəncə Apellyasiya Məhkəməsinin hakimləri verib. Qərara əsasən, təqsirləndirilən şəxslərə CM-nin 220.1 (kütləvi iğtişaşların təşkili) maddəsi ilə verilən ittiham dəyişdirilib, CM-in 29.220.1 (kütləvi iğtişaşlarda iştiraka cəhd) maddəsinə tövsif olunub. Yalnız Sumqayıt Dövlət Universitetinin müəllimi Elman […]

By heftequrdqanli On 26 Avq, 2019 At 10:23 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Həbs edilmiş AXCP fəalı Babək Həsənovun oğlu Əhəd Həsənov bu il geologiya fakultəsinə qəbul olduğu Bakı Dövlət Universitetində ayrı-seçkiliyə məruz qoyulur. Anasının verdiyi məlumata görə, Əhəd Qarabağ müharibəsi əlilinin oğlu kimi pulsuz təhsil almaq hüququna malikdir. “Lakin BDU-da bizdən çoxlu sənəd istədilər. Universitetin hüquqşünası dedi ki, əlillik barədə arayışı, veteran vəsiqəsini və hərbi komissarlıqdan məhz […]

By heftequrdqanli On 26 Avq, 2019 At 10:45 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Bu gün Müsavat Partiyası Divanının  iclası keçirilib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı ötən həftə görülən işlər haqqında məlumat verib. Divanda Müsavat Partiyası Şəmkir, Zaqatala və Astara  rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlar və Qurultaya Hazırlıq üzrə işlərin gedişi müzakirə olunub.   Divanda 22 avqustda Azərbaycan Xalq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin Fəxri Xiyabanda keçirilən anım tədbirində Müsavat […]

By heftequrdqanli On 26 Avq, 2019 At 09:07 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Realliq.info saytının redaktoru İkram Rəhimov saxlanıldığı 1 saylı Balı İstintaq Təcridxanasında 20-ci gündür aclıq edir. Bu barədə jurnalistin ailəsindən Amerikanın Səsinə bildiriblər. İkram Rəhimov məhkəmə heyətinə etiraz edib “İkram Rəhimov bu gün, avqustun 26-da zəng etmişdi. Səsi zəif və xırıltılı idi. Dedi ki, hər iki ayağı tutulub, ayağa qalxmağa taqəti yoxdur, başgicəllənmələri artıb, çox arıqlayıb. […]

By heftequrdqanli On 26 Avq, 2019 At 02:09 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu tətilə çıxdığı üçün onu tənqid edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına münasibət bildirib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bələdiyyə başkanı Prezidentdən  belə münasibət gözləmədiyini bildirib: “25 ildir idarə etdikləri İstanbulda dəfələrlə bir çox ölümcül sellər oldu, onlarla insan həlak oldu. Durub bu qədər ili bir günə, 40 günlük […]

By heftequrdqanli On 26 Avq, 2019 At 02:40 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində avqustun 25-də keçirilən prezident seçkisini tanımır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin avqustun 26-da yaydığı bəyanatda deyilir. Gürcüstan Respublikasının xəritəsi “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır. […]