Sentyabr 3rd, 2019

By heftequrdqanli On 3 Sen, 2019 At 05:21 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Bu gün Müsavat Partiyasınin rəhbərliyi və bir qrup üzvü ikinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Havva Qüvvələrinə məxsus “MİQ – 29” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin məzarını ziyarət ediblər. Ziyarətçilər pilotun məzarına güllər qoyub, ruhuna dua oxuyublar. Tədbirdə Müsavat başqanı Arif Hacılı və MSDM-in sədri İsa Qəmbər çıxış ediblər. Zakir İsmayıl

By heftequrdqanli On 3 Sen, 2019 At 05:56 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Sabunçu stansiyasının 14-cü kilometrin 3-cü piketində yeni inşa olunmuş yeraltı tuneldə dünən gecə və bu gün səhər saatlarında yağan yağış nəticəsində subasma hadisəsi baş verib. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məsələ ilə bağlı bildirib ki, yeraltı tunelin tikintisi zamanı Sabunçu rayon ərazisinin illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb. Lakin ərazidə işlər […]

By heftequrdqanli On 3 Sen, 2019 At 04:39 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Abşeron rayon Məhkəməsi sentyabrın 3-də ictimai fəal Rafael Hüseynzadəni 30 sutka inzibati həbsə məhkum edib. Bu barədə Hüseynzadənin atası Füzuli Hüseynov Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə oğlunu polis şöbəsinin qarşısında səs-küy salaraq ictimai qaydanı pozmaqda günahlandırıblar. “Hazırda oğlum Abşeron rayon Polis İdarəsinin saxlanma yerində saxlanılır. Orada insanın qalması üçün şərait yoxdur,” ata qeyd edib. […]