Yanvar, 2020

By heftequrdqanli On 31 Yan, 2020 At 11:25 Axşam | Categorized As DÜNYA | With 0 Comments

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo cümə günü prezident Donald Trampın impiçment məhkəməsinin ittihamlarını rədd edib və Tramp administrasiyasının Ukraynaya dəstəyini əsirgəməyəcəyinə söz verib. Pompeo Ukrayna prezidenti Vladimyir Zelenski ilə görüşüb. O, Ukraynaya həyati əhəmiyyətli hərbi yardımın verilməsi və Zelenskinin Ağ Evi ziyarət etməsi üçün onun sabiq vitse-prezident Co Baydenin ailəsi ilə bağlı araşdırma aparmasına […]

By heftequrdqanli On 31 Yan, 2020 At 09:27 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Hefteaz.info xəbər verir ki, Müsavat başqanı Arif Hacılı  bu gün, ATƏT PA prezidenti Giorgi Tsereteli ilə görüşüb. Görüşdə Azərbaycanda mövcud siyasi durum, seçki kampaniyasının gedişi, insan haqları, siyasi məhbuslar və digər məsələlər barədə ətraflı müzakirələr olub. Hefteaz.info

By heftequrdqanli On 31 Yan, 2020 At 07:40 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Bakıda koronavirusa yoluxmada şübhəli bilinən 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hefteaz.info xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, 1 nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakultəsində təhsil alan Çin vətəndaşı, digər şəxs isə Krasnoyarsk vilayətində yaşayan […]

By heftequrdqanli On 31 Yan, 2020 At 06:49 Axşam | Categorized As ƏYALƏT, VİDEO | With 0 Comments

Hefteaz.info təbliğat kompaniyasını davam etdirir. Belə ki, Müsavat partiyası tərəfindən 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən  deputatlığa namizəd verilən Çingiz Əli bu gün Göyçayda bir qrup seçicilərlə görüşdükdən sonra Saytımızın Yotub kanalına müsahibə verib:      

By heftequrdqanli On 31 Yan, 2020 At 03:16 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Hazırda dünyanı ələ keçirən koronavirus epidemiyasından xalqı qorumaq üçün səhiyyə təşkilatları bir çox tövsiyələr yayımlayıblar.  Hefteaz.info xəbər verir ki, virusdan müdafiə olunmağın maraqlı üsullarından birini də türkiyəli prof. dr. Erdem Yeşilada açıqlayıb. Professorun sözlərinə görə, koronavirusdan müdafiə olunmaq istəyiriksə, ilk növbədə boğazımızı və ağciyərlərimizi qorumalıyıq. O bildirir ki, bu baxımdan nar meyvəsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, […]

By heftequrdqanli On 31 Yan, 2020 At 03:32 Axşam | Categorized As GÜNDƏM, HADİSƏ | With 0 Comments

Türkiyədə yaşayan azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (“Quli”) sui-qəsd planlaşdıran dəstə ələ keçib.  Hefteaz.info  xəbər verir ki, Anri Malyi adlı ukraynalı kriminalitetin rəhbərlik etdiyi 16 nəfərlik dəstənin 1 üzvü rus, 4 üzvü gürcü, 3 üzvü ukraynalı, 8 üzvü isə  azərbaycanlı olub. Onlar Nadir Səlifovdan qisas almaq üçün Türkiyəyə gəliblər. Lakin İstanbul Polis İdarəsinin mütəşəkkil cinayətkarlığa […]

By heftequrdqanli On 30 Yan, 2020 At 10:30 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Rusiyanın İstintaq Komitəsi çərşənbə günü tanınmış araşdırmaçı jurnalistin mübahisəli narkotik maddə alveri ittihamı ilə bağlı həbsində əli olan beş keçmiş polis işçisini nəzarət altına alıb. 37 yaşlı İvan Qolunov 2019-cu ilin iyun ayında Moskvada narkotik maddə alverçisi ittihamı ilə həbs edilmişdi. O, ona qarşı irəli sürülən ittihamı rədd edərək, bu itthamın Moskvanın hüquq-mühafizə orqanlarında korrupsiyaya […]

By heftequrdqanli On 30 Yan, 2020 At 09:32 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Sosial media nəhəngi Facebook-un çərşənbə günü verdiyi məlumata əsasən şirkət Facebook, WhatsApp, Instagram və Messenger-lə birlikdə aylıq 2,89 milyard istifadəçiyə xidmət göstərir. Təxminən 2,26 milyard istifadəçi hər gün aktiv şəkildə bu xidmətlərdən istifadə edir. Bu isə keçən ilin göstəricilərdindən 8 faiz çoxdur. Şirkətin verdiyi açıqlamada bildirilir ki, keçən il şirkətin gəliri 21.1 milyard dollar təşkil […]

By heftequrdqanli On 30 Yan, 2020 At 09:48 Axşam | Categorized As DÜNYA | With 0 Comments

İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatların Yaxın Şərq üzrə sülh planını və Rusiyada həbs edilmiş israilli qadını vətəninə aparmaq üçün cümə axşamı Moskvaya gedib. Netanyahu Donald Trampın çoxdan gözlənilən sülh planını çərşənbə axşamı Vaşinqtonda təqdim etməsindən sonra Moskvaya yola düşüb. Trampın planı İordan çayının qərb sahilinin əsas hissəsini İsrailə təhvil verməklə Fələstin dövlətini qurmağı […]

By heftequrdqanli On 30 Yan, 2020 At 08:51 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

77 saylı Astara seçki dairəsindən YAP-ın rəsmi namizədi Rəşad Mahmudovun yenidən deputat seçilməsi üçün inzibati resurslardan istifadə edilir. Bu qanunsuğu namizədin özü sosial şəbəkədə etdiyi paylaşımla ifşa edib. Namizəd icra hakimiyyətində vəkilləri ilə keçirdiyi görüş barədə feysbukda paylaşım edib. Məlum olub ki, onun vəkilləri icra strukturlarında vəzifə tutan şəxslərdir. Namizədin vəkili olan şəxslər aşağıdakılardır: Mərasim Hacıyev (Astara İcra […]