Yanvar 7th, 2020

By heftequrdqanli On 7 Yan, 2020 At 11:44 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Bakının Sabunçu Rayon Məhkəməsinin binasında Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə  sui-qəsd cəhdində ittiham olunan Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi başlayıb. İşə Məhəmməd Bağırovun sədrliyi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsi baxır. Gəncə icra başçısına və polis işçisinə qarşı planlı terror aktını törətməkdə  ittiham olunan Y.Səfərov dövlət tərəfindən təyin olunan vəkildən imtina […]

By heftequrdqanli On 7 Yan, 2020 At 10:14 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Bu gün Ağdam Rayon Məhkəməsində “Lombard N1” firmasının sahibi  Məlahət Qurbanovanın criminal.az saytının redaktoru Anar Məmmədova qarşı iddiası üzrə məhkəmə iclası keçirilib. Jurnalist bildirib ki, prosesə nə iddiaçı gəlib, nə də onun nümayəndəsi. “O, lombardçı Məlahət ifadəsində təhqirin olub- olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin olunması barədə vəsatət qaldırmışdı. Vəsatət hələlik baxılmamış saxlanılıb”, – A.Məmmədov […]

By heftequrdqanli On 7 Yan, 2020 At 10:40 Axşam | Categorized As MANŞET, VİDEO | With 0 Comments

Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək missiyasının açıldığını elan edib. İsveçli diplomat, səfir Peter Tejlerin rəhbərlik etdiyi missiyaya 12 ekspert daxildir. Yanvarın 14-də onlara ölkə boyunca yerləşdiriləcək 30 uzunmüddətli müşahidəçi qoşulacaq. Digər 350 qısamüddətli müşahidəçi isə birbaşa seçkilərə gələcək. P.Tejler mətbuat konfransında bildirib […]

By heftequrdqanli On 7 Yan, 2020 At 10:36 Axşam | Categorized As MANŞET, VİDEO | With 0 Comments

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Xəzər TV-dən çıxarılıb. Hefteaz.ino xəbər verir ki, Şamxal Həsənli bu gün kollektivlə vidalaşıb. Onun əvəzinə hələlik təyinat olmayıb. Xatırladaq ki, Şamxal Həsənli “Xəzər TV” MMC-nin prezidenti vəzifəsini icra edirdi.