Yanvar 24th, 2020

By heftequrdqanli On 24 Yan, 2020 At 10:53 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Demokratik Təşəbbüslər İnstitutu (DTİ) 9 fevral parlament seçkiləri ilə bağlı seçki kampaniyasının ilk mərhələsində medianın monitorinqinin nəticələrinə dair hesabat dərc edib. Hesabatda 11 dekabr 2019-cu ildən 16 yanvar 2020-ci ilədək (seçki kampaniyası başlamadan öncə) monitorinqi əksini tapıb. Araşdırma obyektləri AzTV, İTV və “Real” TV, “AzərTAC” Dövlət İnformasiya Agentliyi (www.azertag.az), rəsmi “Azərbaycan” qəzeti, “Report”, “Turan” informasiya […]

By heftequrdqanli On 24 Yan, 2020 At 10:10 Axşam | Categorized As CƏMİYYƏT, GÜNDƏM | With 0 Comments

Vəkil: «Dedi ki, belə hadisə olmayıb, uydurulmuş senaridir» Tovuzun Dondar Quşçu kəndində 10-yaşlı Nərmini oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanov özünü təqsirli bilmir. Yanvarın 23-də hakimlərin qarşısında da belə deyib. Bu haqda AzadlıqRadiosuna onun vəkili Əlibaba Rzayev bilgi verib. CM-in 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri […]

By heftequrdqanli On 24 Yan, 2020 At 10:00 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Bu gün Bakının Fəvvarələr meydanı yaxınlığında bir qrup ictimai fəal xanımlar şəhərin mərkəzində “Əlzamin Salayevə azadlıq!”, “Polis işgəncələrinə son!” şüarları ilə etiraz aksiyası keçiriblər. Bu haqda keçmiş siyasi məhbus Rüfət Səfərov məlumat yayıb. Polis aksiya iştirakçılarını “Sahil” metrostansiyasına doğru yönləndirib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayev yanvarın 13-də 30 sutka inzibati həbsə məhkum edilib. AXCP-nin […]

By heftequrdqanli On 24 Yan, 2020 At 10:04 Axşam | Categorized As HADİSƏ | With 0 Comments

1982-ci il təvəllüdlü Yevlax şəhər sakini Sadıqov Elxan Sabir oğlu ayaq nayihəsinə özbaşına iynə vurarkən xeyli qan itirib.  Hefteaz.info xəbər verir ki, həkimlər onun həyatını xilas edə bilməyib. İlkin məlumata görə, ölən şəxs narkotik aludəçisi olub. Faktla bağlı araşdırma aparılır.

By heftequrdqanli On 24 Yan, 2020 At 10:03 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Türkiyədə yenidən zəlzələ oldu. Hefteaz.info Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar Manisa əyalətinin Akhisar rayonunda qeydə alınıb. Türkiyənin Kandilli Rəsədxanasının məlumatına görə, yerli vaxtla saat 19:01-də qeydə alınan yeraltı təkan 3,1 bal gücündə olub. Zəlzələnin ocağı 8.5 km dərinlikdə olub.

By heftequrdqanli On 24 Yan, 2020 At 09:29 Axşam | Categorized As MANŞET, VİDEO | With 0 Comments

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilən “Yerli İcra Hakimiyyəti haqqında əsasnamə”nin 5-ci naddəsində qeyd olunur ki, İcra hakimiyyətlərinin başçıları elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Hefteaz.info xəbər verir ki, qadağan olunmasına baxmayaraq Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz […]

By heftequrdqanli On 24 Yan, 2020 At 06:19 Axşam | Categorized As SOSİAL, VİDEO | With 0 Comments

Hörmətli Hefteaz.info sevərlər! Hefteaz.info saytı, növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərin təbliğat kompaniyasını davam etdrir. Bu gün, təbliğat etdiyimiz Real hərəkatı tərəfindən 88 saylı Göyçay seçki dairəsindən deputatlığa namizəd verilən Sadıxov Famil Nazim oğludur. Sadıqov Famil Nazim oğlu 11. 12.1982 ci ildə Göyçay şəhərində anadan olub.2000- 2004 cü ildə Az Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsinin “Beynəlxalq […]

By heftequrdqanli On 24 Yan, 2020 At 02:52 Axşam | Categorized As ARAŞDIRMA, MANŞET, VİDEO | With 0 Comments

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd İqbal Məmmədova qarşı etirazlar səngimək bilmir. Artıq bir neçə gündür ki, Lerik rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Cəlil Baxşıyevlə rayonun kəndlərində seçicilərlə görüşə gedən İqbal Məmmədovun görüşünə heç kim gəlmir. Hefteaz.info xəbər verir ki, deputatlığa namizədlə rayon icra başçısının müavini görüşə getdikləri kəndlərdə kənd icra nümayəndələrinin evlərində […]

By heftequrdqanli On 24 Yan, 2020 At 01:50 Axşam | Categorized As ƏYALƏT, VİDEO | With 0 Comments

Bərdədə yas məclislərində din xadimləri bəzi namizədlərin adına xütbə oxuyurlar.  Hefteaz.info xəbər verir ki, bu barədə Ərəstun Əlizadə bildirib. Onun sözlərinə görə, din xadimlərinə göstəriş Bərdənin axundundan gəlib. Axund isə bunu icra başçısı Vidadi İsayevin tapşırığı əsasında edir. “Bərdənin axundu Rza əfəndi Bərdənin icra başçısı Vidadi İsayevin tapşırıqları əsasında bütün mollalara göstəriş verib, yas yerlərində […]

By heftequrdqanli On 24 Yan, 2020 At 08:19 Səhər | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Fevralın 3-də Polad Aslanovun məhkəməsi başlayır Dövlətə xəyanət ittihamıyla həbs olunan “xeberman.com” saytının baş redaktoru Polad Aslanovun məhkəməsi başlayır. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılacaq. P.Aslanov fevralın 3-də hakim qarşısına çıxarılacaq. Məhkəmənin ilkin hazırlıq iclası həmin günə təyin edilib. P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova mediaya açıqlamasında bildirmişdi ki, bu cinayət […]