Fevral 21st, 2020

By heftequrdqanli On 21 Fev, 2020 At 09:06 Axşam | Categorized As GÜNDƏM, İQTİSADİYYAT | With 0 Comments

Məlum olduğu kimi, bu gün Azərbaycan iqtisadiyyatında mənfi mənada böyük iz buraxan ilk devalvasiyadan 5 il ötür. Xatırladaq ki, bunun ardınca, 2015-ci ilin dekabrında daha bir devalvasiya baş verdi ki, bu da ölkə iqtisadiyyatının bütün sahələri kimi, bank sektoruna da ağır zərbə vurmuş oldu. Sözsüz ki, devalvasiyanın baş verməsində dünya bazarında neftin qiymətinin ucuzlaşması və ölkə […]

By heftequrdqanli On 21 Fev, 2020 At 09:54 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Çini bürüyən koronavirus böhranı, Rusiya və Türkiyənin Suriyadakı maraq toqquşmalarının açıq müstəviyə çıxması, Liviyada gedən müharibə, nəhayət Ukryanada atəşkəsin pozulması dünya iqtisadiyyatına təsirsiz ötüşmür.  Neftin qiyməti son bir ayda təxminən 13 faiz aşağı düşüb, ABŞ dolları getdikcə möhkəmlənir, habelə Rusiya və Türkiyə valyutaları dollar qarşısında dəyər itirirlər. Bir dollar artıq 6.08 lirəyə, yaxud 64 rus […]

By heftequrdqanli On 21 Fev, 2020 At 09:21 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

İranın Qum şəhərində koronovirusdan 4 nəfərin ölməsinə, bir neçə nəfərdə yoluxma hallarının aşkarlanmasına baxmayaraq azərbaycanlılar ucuz ərzaq, həkim və dava-dərman dalınca bu ölkəyə axışmaqda davam edir. Hefteaz.info xəbər verir ki, ötən gün fevralın 20-də Astara sərhəd-keçid məntəqəsinin önündə həmişəki qələbəlik yaşanıb.  Yerli sakinlər deyirlər ki, İrana gedənlərin arası kəsilmirdi. Oradan qayıdanların isə əllərində müxtəlif yüklər […]

By heftequrdqanli On 21 Fev, 2020 At 08:04 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Günün ikinci yarısında deputatlığa namizədlərdən ibarət qrup MSK binası qarşısında etiraz aksiyasını davam etdirib. Saat 16-da burada növbəti iclas başlayıb. Aksiya zamanı iştirakçılardan biri yaxınlıqda yerləşən binanın divarına: “Fu, Mazi” (MSK sədri Məzahir Pənahov nəzərdə tutulur) ifadəsi yazıb. Polis bu şüarın yazılmasına görə seçkilərdə müşahidəçi olmuş Fuad İsmayılovu saxlayıb. Bu arada, MSK-nın iclasında şikayətlərə baxılması […]

By heftequrdqanli On 21 Fev, 2020 At 08:23 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Hefteaz.info xəbər verir ki, Neftçala rayon icra hakimiyyəti baçısı İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə,  icra hakimiyyətinin digər vəzifəli şəxsləri Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə […]

By heftequrdqanli On 21 Fev, 2020 At 04:06 Səhər | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Avropa Məhkəməsinin qərarı yerinə yetirilmir Fevralın 20-də Bakı İnzibati Məhkəməsində AXCP sədri Əli Kərimlinin şikayəti üzrə məhkəmə keçirilib. AXCP sədri Daxili İşlər Nazirliyini və bu qurumun tabeliyində olan Pasport, Qeydiyyat və Miqrasiya İdarəsini məhkəməyə verib. Səbəb isə 2006-cı ildən ona pasport verilməməsi, Avropa Məhkəməsinin bu barədə qərarının icra olunmamasıdır. Ə.Kərimlinin şikayətində Daxili İşlər Nazirliyi və […]

By heftequrdqanli On 21 Fev, 2020 At 04:15 Səhər | Categorized As SOSİAL, VİDEO | With 0 Comments

Kənd sakinləri Turana bildirib ki, kəndə məxsus örüş sahələri bəzi kənd sakinlərinə həmçinin keçmiş icra başçısı olan Lütfəli Babayevə satılıb. “Uzun illərdir ki, qanunsuz satılmış bu sahələri geri qaytarmırlar, camaat da dözməyib örüş torpaqlarına öz heyvanlarını salıb yanında dayanırlar. Bu gün isə ora polis gəlib üç nəfəri saxlayıblar, 2-3 nəfəri isə döyüblər”.  “Tələb odur ki, […]

By heftequrdqanli On 21 Fev, 2020 At 03:44 Səhər | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri  Stefan Şennax (Avstriya) və Roger Gale (Birləşmiş Krallıq) Azərbaycanda son hadisələrdən ciddi narahatlıqlarını ifadə ediblər. “Dinc nümayişçilərə qarşı polis zorakılığının artması bizi çox narahat edir” deyə məruzəçilər  9 fevral 2020-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz edənlərin vəhşicəsinə dağıldığına dair məlumatlara istinad edərək söyləyib. “Sərhədsiz reportyorların” […]

By heftequrdqanli On 21 Fev, 2020 At 03:50 Səhər | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Təhsil Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatına görə, Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktorunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu tədbirlərlə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun Kollecin direktor müavini […]

By heftequrdqanli On 21 Fev, 2020 At 03:23 Səhər | Categorized As ƏYALƏT, VİDEO | With 0 Comments

Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib. Araşdırmalar əsasında şübhəli […]