You Are Browsing 'Author'

By heftequrdqanli On 16 İyl, 2019 At 01:10 Səhər | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Gürcüstanın Daxili İşlər Nazirliyi Azərbaycanla sərhəddə “Keşikçidağ/David Qareci” monastr kompleksində baş vermiş insidentlə əlaqədar açıqlama yayıb. Gürcüstan DİN ictimaiyyəti, vətəndaş qruplarını “Gürcüstan və Azərbaycan arasında sərhəddin delimitasiyası üzrə komissiyanın sakin şəraitdə işini davam etdirməsinə imkan verilməsinə” çağırıb. DİN bəyan edib ki, David-Qareci ərazisində “Gürcüstanla Azərbaycan sərhəddində yerli və azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib”. […]

By heftequrdqanli On 16 İyl, 2019 At 12:53 Səhər | Categorized As MANŞET, VİDEO | With 0 Comments

“Bakıda müxalif mövqeydə mübarizə aparmaq asandır. Nəinki regionlarda”. Bu ifadələr  Müsavat partiyasının üzvü, Hefteaz.info saytının rəhbəri Aqil Mahmudluya məxsusdur. Tanınmış jurnalistin dəfələrlə həbs olunması göz qabağındadır. Belə ki, rəhbərlik etdiyi saytın müxalixyönümlü olması və sosial şəbəkələrdə fəal olması hakimiyyəti qıcıqlandırmağa başlayıb. Bəs səbəb nədir? Səbəb odur ki, Azərbaycan bölgələrində vətəndaşların yaşayış səviyyəsinin paytaxdakı sakinlərdən aşağı […]

By heftequrdqanli On 15 İyl, 2019 At 06:22 Axşam | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Polis Azərbaycan Xalq Hərəkatının (AXH) iclasının keçirilməsinə imkan verməyib. AXH İdarə Heyətinin üzvü, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib ki, iyulun 15-də 30-dək polis əməkdaşı təşkilatın Bakının Yasamal rayonundakı ofisinə gələrək oranı boşaltmağı tələb edib. 10 nəfər AXH üzvü naməlum istiqamətə aparılıb. Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Report agentliyinə […]

By heftequrdqanli On 15 İyl, 2019 At 05:34 Axşam | Categorized As ƏYALƏT, VİDEO | With 0 Comments

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyası Gənclər Təşkilatının (MGT) İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında keçirmək isdədiyi piketi sanksiyalaşdırmayıb. Bu haqda  Hefteaz.info-a MGT sədri Elman Quliyev məlumat verib. Qeyd edək ki, müsavatçı gənclər Ermənistanın İranla birgə silah istehsalına etiraz etmək üçün uyulun 17-də İran səfirliyi qarşısında piket keçirməyi planlaşdırırlar. Elman Quliyev BŞİH-in piketə icazə verməməsini […]

By heftequrdqanli On 15 İyl, 2019 At 09:00 Səhər | Categorized As MANŞET, VİDEO | With 0 Comments

Hefteaz.info xəbər verir ki, tanınmış hüquq-müdafiəçisi Oktay Gülaliyev öz feysbuk səhifəsində  “Gəncə işi” ilə bağlı hesabatı açıqlayıb. Həmin hesabatı sizə təqdim edirik: “Gəncə işi” hesabatından… İşgəncə verən vəzifəli şəxslərin siyahısı Qərara gəldik ki, Gəncə hadisələri ilə bağlı hazırladığımız Hesabat geniş olduğundan sənədin bəzi önəmli hissələrini sosial şəbəkələrdə paylaşaq, ictimai müzakirəyə təqdim edək… Beləliklə, ilk paylaşacağımız […]

By heftequrdqanli On 14 İyl, 2019 At 11:59 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Moskvada müstəqil namizədlərin seçkilərə buraxılması tələbi ilə mitinq keçirilir. Aksiyanın təşəbbüskarı Rusiya müxalifət lideri Aleksey Navalnıdır. Mindən çox aksiya iştirakçısı paytaxtın Puşkin meydanında toplaşaraq, müxalif namizədlərin sentyabrın 8-də Moskva şəhər Dumasına seçkilərdə iştirak edə bilməsi üçün onların adlarının seçki bülletenlərinə salınmasını tələb edib. Bundan sonra aksiya iştirakçıları Moskva meriyasının binasının qarşısına yollanıblar. Müxalifətçilər Lyubov Sobol […]

By heftequrdqanli On 14 İyl, 2019 At 02:26 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

 Şəki Mərkəzi Rayon Xəstəxanasına 16 zərərçəkən yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağır dəyərləndirilir. Bu barədə xəstəxanadakı mənbə bildirib. Hələlik tibb işçiləri və hüquq-mühafizə orqanları zərərçəkənlərin şəxsiyyəti barədə şərh və ya informasiya vermirlər. Polis xəstəxanada jurnalistlərin işinə maneçilik törədir.  İlkin məlumatlara görə, Şəkidə Xan Sarayının yaxınlığında küləyin böyük köhnə ağacın budağını qoparması nəticəsində 19 nəfər xəsarət alıb. […]

By heftequrdqanli On 14 İyl, 2019 At 12:49 Səhər | Categorized As SİYASƏT, VİDEO | With 0 Comments

Hefteaz.info xəbər verir ki, cümə günü Fransanın Laval şəhərində məskunlaşan siyasi mühacirlər aksiya keçirib. Bu haqda Müsavat AKM-in üzvü Zeynal Zeynallı sosial şəbəkədə məlumat yayıb. Azərbaycandakı bütün siyasi məhbusların azad olunması tələbilə keçirilən aksiyada həbsdəki jurnalistlər Əfqan Muxtarlının, Seymur Həzinin, Müsavat fəalı Azad Həsənovun, AXCP fəalı Fuad Əhmədlinin və digər dustaqların şəkilləri və plakatlar qaldırılıb. Aksiyaya bir neçə təşkilatın üzvləri və bitərəf mühacirləri […]

By heftequrdqanli On 13 İyl, 2019 At 11:56 Axşam | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Goranboy rayonunda vətəndaşlarla polis əməkdaşı arasında insident yaşanıb. Rəsmi məlumata görə, insident nəticəsində polis əməkdaşı xəsarət, vətəndaş isə güllə yarası alıb. Baş Prokuroluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, iyulun 12-də Goranboy rayonunun Goran qəsəbəsi ərazisində (Bakıdan 330 kilometr qərb) xidmət aparan rayon polis şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə […]

By heftequrdqanli On 12 İyl, 2019 At 11:25 Axşam | Categorized As MANŞET, VİDEO | With 0 Comments

“Azərbaycanda ifadə azadlığı əvvəlkitək təhlükə altındadır”, – Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç iyulun 12-də, Azərbaycana dördgünlük səfərinin sonunda bildirib. O, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını xatırladıb. Həmin qərarlarda özbaşına həbslər və hökuməti tənqid edənlərin, vətəndaş cəmiyyəti fəalları və insan hüquqları müdafiəçilərinin saxlanması ilə bağlı həyəcanlı mənzərə əks olunur. Miyatoviç qeyd edib ki, […]