İyun 9th, 2015

By Aqil Mahmudov On 9 İyn, 2015 At 11:19 Axşam | Categorized As DÜNYA | With 0 Comments

Separatçı Luqansk və Donetsk respublikalarının rəhbərləri özlərini Ukraynanın tərkibində gördüklərini bəyan ediblər. Onlar Ukrayna konstitusiyasında Krımın Ukrayna ərazisi kimi göstərilməsinə də etiraz etməyiblər. Beləliklə separatçıların təklif etdiyi layihədə Krım, Sevastopol, Donetsk və Luqansk vilayətləri Ukraynanın tərkibi kimi göstərilir. Bu sənəd artıq Donbasda münaqişənin həllinə dair əlaqə qrupuna  göndərilib. Rusiya prezidenti Putin isə İtaliya mətbuatına müsahibəsində […]

By Aqil Mahmudov On 9 İyn, 2015 At 11:36 Axşam | Categorized As ARAŞDIRMA | With 0 Comments

Türkiyədə hökumət istefaya getdi, Ərdoğan qarşı çıxmadı Bu gün Türkiyədə bütün nəzərlər prezident Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlunun Ağ Sarayda keçiriləcək görüşündə idi. Bu, seçkidən sonra Ərdoğanla Davudoğlunun ilk görüşü idi. Əslində tərəflər seçkinin sabahısı bir araya gəlməli idi. Lakin sonradan görüş təxirə salınaraq bugünə təyin olundu. Hələ görüşdən əvvəl Türkiyə mətbuatı məlumat […]

By Aqil Mahmudov On 9 İyn, 2015 At 05:24 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

Ənvər Hüseynli ictimai yerdə xırda xuliqanlıq etdiyi üçün barəsində 30 gün müddətinə inzibati həbs tətbiq olunub Bu barədə məlumatı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı öz Facebook səhifəsində yayıb. Onun Meydan TV-yə bildirdiyinə görə, partiyanın Saatlı rayon təşkilatının Gənclər Komitəsinin sədri Ənvər Hüseynli iyunun 8-də həbs olunub: “Ənvər bəy dünən axşam saatlarında Saatlı Rayon Polis Şöbəsinə […]

By Aqil Mahmudov On 9 İyn, 2015 At 04:03 Axşam | Categorized As ƏYALƏT | With 0 Comments

Azərbaycan xalqına şok yaşadan məlum yanğın hadisəsi ilə bağlı hələ də daha yüksək vəzifəli şəxslərin cəzalandırılacağı gözlənilir. Bu sırada Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun da adı hallanır. Xatırladaq ki, faciənin ilk günlərində yanan binaya baş çəkməyə gələn Bənəqədi İh başçısı Xaləddin İskəndərovla zərərçəkənlər arasında mübahisə yaranıb. İcra başçısına etiraz edən vətəndaşlar onu baş verənlərdən […]

By Aqil Mahmudov On 9 İyn, 2015 At 04:18 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Bir neçə gün öncə, Hefteaz.tv saytı, Avropa ölkələrində yerləşən bəzi Azərbaycan cəmiyyətlərinin rəhbərləri üzdə siyasi mühacir imici ilə hakimiyyətə yaxın dairələrlə əlaqə quraraq,  Avropada mühacir həyatı yaşayan siyasi fəallara qarşı qərəzli, böhtan xarakterli tədbirlər planı həyata keçirmələri və bu işdə xüsusi fəallığı ilə Almaniyanın Köln şəhərində yerləşən Alman-Azərbaycan Mədəniyyət Evinin funksiyasını buna misal göstərmişdir. Həmin məlumatda […]

By Aqil Mahmudov On 9 İyn, 2015 At 03:03 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

2–8 iyun 2015-ci tarixlərində Raja Almarzoqinin rəhbərliyi altında Beynəlxalq Valyuta Fondununun (BVF) missiyası makroiqtisadi prosesləri qiymətləndirmək və 2015-ci ilin dekabr ayına planlaşdırılan IV Maddə üzrə Məsləhətləşmələr missiyasına hazırlıq məqsədilə Bakıya səfər etmişdir. “Marja” xəbər verir ki, səfərin sonunda cənab Almarzoqi aşağıdakı bəyanatı təqdim etmişdir: “2014-cü ilin sonundan Azərbaycan iqtisadiyyatı neftin qiymətinin kəskin enməsi, ABŞ dollarının […]

By Aqil Mahmudov On 9 İyn, 2015 At 03:14 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

İyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti və Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və bir sıra avropalı parlamentarilər qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılıblar. Qara köynəklərin üzərində jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Leyla Yunus, Emin Hüseynov, İntiqam Əliyevin şəkilləri olub. Avropalı parlamentarilər bununla siyasi məhbusların […]

By Aqil Mahmudov On 9 İyn, 2015 At 09:40 Səhər | Categorized As SİYASƏT | With 0 Comments

Yaxud, söydüyü ünvanla öyünən hakimiyyət Azərbaycan hakimyyətinin bütün addımları ziddiyyətlərdən ibarətdir. Uzun illərdi ölkəni tənəzzülə aparıb, inkişafdan danışırlar. Korrupsiyanı şaxələndirib, korrupsiyaya qarşı mübarizədən danışırlar. Müstəqil mətbuatı məhv edib, azad jurnalistikadan dəm vururlar. Seçkiləri saxtalaşdırıb, şəffaf seçki bəyanatları verirlər. Müxalif fikirli insanları şərləyərək həbs edib, insan haqlarından, tolerantlıqdan söhbət edirlər. Inanclı insanların cibinə narkotika atıb, islam […]

By Aqil Mahmudov On 9 İyn, 2015 At 09:45 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Vəsilə və Vəfadar Əbilhəsənovları qətlə yetirənlər onların yaxın adamları imiş; dəhşətli hadisənin torpaq satışı ilə bağlı olması versiyası var; qatil cinayəti tamah məqsədi ilə törətdiyini deyib… Abşeronun Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov iyunun 7-də axşam saat 21:00 radələrində yaşadıqları ünvanda öldürülüblər. Qatil bələdiyyə sədrinin boğazını kəsib, evi yandırdıqdan sonra hadisə […]

By Aqil Mahmudov On 9 İyn, 2015 At 09:31 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

“Siyasi dönük” Arif Məmmədov haqda şok iddia; Mirzə Xəzər: “Bu ssenarinin baş qəhrəmanını Arif Məmmədov məharətli aktyor kimi bacarıqla oynayır”; Azərbaycan cəmiyyəti bu texnologiyaya çox da uzaq olmayan tarixdə şahidlik edib: “üsyançı” Rüstəm İbrahimbəyov timsalında… İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin sabiq rəhbəri Arif Məmmədovun facebook statusu ətrafında yaradılmış hay-küy böyüyərək az qala […]