İyun 11th, 2015

By Aqil Mahmudov On 11 İyn, 2015 At 03:50 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş səfiri  Arif Məmmədov, Avropada Azərbaycan müxalifətinin mühacirətdə olan nümayəndələri ilə danışıqlara başladı. Bu barədə Hefteaz.tv saytına avropadakı siyasi mühacirlərdən biri məlumat verib. Məlumata görə, görüşdə, Azərbaycanda fəaliyyət göstərmiş  “Yeni Fikir” gənclər təşkilatının keçmiş sədr müavini  siyasi mühacir, Səid Nuri, “Azadlıq” qəzetinin müxbiri, siyasi mühacir Fikrət Hüseynli və siyasi mühacir Rəşad […]

By Aqil Mahmudov On 11 İyn, 2015 At 02:39 Axşam | Categorized As SOSİAL | With 0 Comments

Baş direktor Qüdrət Şükürovun adı 8 milyonluq vergidən yayınmada və sürücüsünün adına bahalı mülklər almaqda hallandırılır Liftlərdə baş verən faciələr bu sahəyə diqqətsizliyin, məsuliyyətsizliyin və keyfiyyətsizliyin göstəricisidir Bakıda növbəti dəfə lift faciəsi yaşandı. Belə ki, Nərimanov rayonunda 4 yaşlı uşaq faciəvi şəkildə ölüb. 2010-cu ildə anadan olmuş Şahin Dəmirov liftin şaxtasına düşüb. O ağır xəsarətdən […]

By Aqil Mahmudov On 11 İyn, 2015 At 02:47 Axşam | Categorized As CƏMİYYƏT | With 0 Comments

Dinə inanan insanları idarə etmək asandır İqtidarın 22 illik «uğurlu» fəaliyyəti barədə düşüncələr Milli sərvətimiz sayəsində son 22 ildə ölkədə olan müsbət dəyişikliklər barədə media və KIV-lər vasitəsilə əhaliyə yetərincə informasiya verilib və verilməkdədir. Mən isə fikir, söz azadlığı hüququndan istifadə etməklə sübuta ehtiyacı olmayan, təkzibolunmaz faktlara istinadən həmin bu 20 ildə ölkədə yaranmış və […]

By Aqil Mahmudov On 11 İyn, 2015 At 02:47 Axşam | Categorized As İQTİSADİYYAT | With 0 Comments

Ölkədə biznes mühitinin olmamasından Türkiyə və Gürcüstan qazanır Cari ilin birinci rübündə xaricdən Gürcüstan iqtisadiyyatına 444 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Xarici investorlar sırasında Azərbaycan birinci yerdədir. Azərtac-ın məlumatına görə, bu dövrdə Gürcüstan iqtisadiyyatına yönəldilən investisiyaların 34 faizi Azərbaycana məxsusdur. Gürcüstan iqtisadiyyatına sərmayə yatıran xarici ölkələrin sırasında Türkiyə 15 faizlə ikinci, Rusiya isə 13 […]

By Aqil Mahmudov On 11 İyn, 2015 At 02:25 Axşam | Categorized As SİYASƏT | With 0 Comments

“Türkiyə demokratiyasını hesabdan silmək olmaz”(Slate.fr analitik informasiya saytı-Fransa) Uzunmüddətli avtoritarizm və millətçilik ənənələrinə baxmayaraq, Türkiyə hamıya xatırlatdı ki, bu ölkədə demokratiya var. Fransanın populyar “slate.fr” analitik informasiya saytının “Türkiyə demokratiyasını hesabdan silmək olmaz” adlı məqaləsi bu sözlərlə başlayır. Məqalədə daha sonra bildirilir ki, son dövrlər Türkiyədə “putinləşmə”nin getməsi barəsində qızğın müzkirələr aparılır. Türkiyədə keçirilən 2002-ci […]

By Aqil Mahmudov On 11 İyn, 2015 At 02:32 Axşam | Categorized As ARAŞDIRMA | With 0 Comments

“Dünyamin Xəlilov idarəetmədə dəyişiklik yaratmaqla paketi də başqasına ötürmək istəyib, amma hansısa səbəblərdən buna nail ola bilməyib” İyunun 8-də Sumqayıtdakı “İnter Textile” Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının növbəti illik ümumi yığıncağı keçirilib. Keçmiş Sumqayıt Trikotaj Fabrikinin bazasında yaradılmış “İnter Textile”nin Azərbaycan Beynəlxalq Bankının sabiq idarə heyətinin sədri Cahangir Hacıyevin biznes-şəbəkəsinə daxil olduğu deyilir və o […]

By Aqil Mahmudov On 11 İyn, 2015 At 02:28 Axşam | Categorized As İQTİSADİYYAT | With 0 Comments

“Dərman vasitələrinin vahid qiymətlə satışı nəticəsində bu sahəyə dövlətin nəzarəti güclənəcək” “Dərmanlarla bağlı çox ciddi qiymət dəyişikliyi gözlənilir. Elə dərmanlar var ki, çox bahadır. İnsanlar həmin dərmanların qiymətində enmənin şahidi olacaqlar”. APA-nın xəbərinə görə, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib. İ. Məcidov bildirib ki, dərman vasitələrinin vahid qiymətlə satışı nəticəsində bu sahəyə dövlətin nəzarəti güclənəcək: […]

By Aqil Mahmudov On 11 İyn, 2015 At 02:53 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Azərbaycan qazını Bolqarıstana çatdıracaq kəmərin tikintisi müəmmalı şəkildə təxirə salındı Azərbaycan qazının Avropa bazarlarına çıxışını ləngidə biləcək daha bir hadisə baş verib. Və bu dəfə də Azərbaycanın Avropa üçün strateji əhəmiyyət kəsb edən qaz ixracı marşrutuna yaradılan maneədə Yunanıstanın əli var. Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, Bolqarıstan və Yunanıstan bu ölkələrin qaz […]

By Aqil Mahmudov On 11 İyn, 2015 At 02:55 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov özünün “Facebook” sosial şəbəkəsindəki profilini bağlamaq qərarına gəlib. Səfir qərarını belə izah edib: “Ölkəmizlə bağlı əlamətdar hadisələr, həmçinin Ermənistanın torpaqlarımızı işğal etməsi faktı, Xocalı soyqırımı və bu kimi digər məslələri işıqlandırmaq məqsədilə 2009-cu ildən Facebook-da şəxsi profil səhifəsi açmışam. Yuxarıda qeyd edilən məslələrin sosial […]

By Aqil Mahmudov On 11 İyn, 2015 At 02:20 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Niderland 2019-cu ildə 2-ci Avropa Oyunlarına ev sahibliyi hüququndan imtina edib. “Azadlıq” radiosunun məlumatına görə, Hollandiya hökuməti iyunun 10-da bildirib ki, bu oyunların təşkili üçün 57,5 milyon avroluq xərc yerli, əyalət və milli hakimiyyət orqanları üçün həddindən artıq çoxdur. Hökumət, həmçinin 2019-cu ildə üzgüçülük və yüngül atletika üzrə Avropa çempionatını əsas gətirərək eyni vaxta düşən […]