Redaksiya rəhbərliyi və əməkdaşların evinlərində axtarış aparılır Jurnalistlərdən 13 nəfərin həbsinə order verilib Hefteaz.info xəbər verir ki, Türkiyədə “Cumhuriyyet” qəzetinin baş redaktoru Murat Sabunçu saxlanıb. Redaksiya rəhbərliyi və əməkdaşların evinlərində axtarış aparılır. Həmçinin 13 nəfərin həbsinə order verilib. Qəzetin hazırda xaricdə olan baş direktoru Akina Atalay da onların arasındadır. Prokurorluq qəzeti PKK və 15 iyul […]
Hefteaz.info xəbər verir ki, oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrliyi ilə Qarabağ müharibəsi əlili Asif Yusiflinin məhkəmə prosesi keçirilib. Məhkəmə Asif Yusiflinin azadlığa buraxılması ilə bağlı verilən şikayətini təmin etməyib. Vəkil Fəxrəddin Mehtiyev bu qərarı hüquq, ədalət, humanizm prinsipinin pozulması adlandırıb. AXCP sədri Əli Kərimli Asif Yusiflinin həbsinin Qarabağ müharibəsi əlili Zaur Həsənovun […]
Qənimət Zahid Bu gün ölkənin gündəmi ilə tanış olmaq üçün dövri mətbuata nəzər yetirəndə sayğılı Qubad İbadoğoğlunun Mədən Sənayesində Şəffaflıq Koalisiyası ilə bağlı verdiyi müsahibə gözümə dəydi. Başlığı da, mətni də oxudum. Deməzdim ki, mətni oxumağa məni başlıq məcbur etdi. (Qubad bəyin bütün yazılarını, açıqlamalarını oxuyuram, bilirəm ki, mənim və ölkədə çoxlu sayda insanın diqqətini […]
Rafil Hüseynov bundan əvvəl sayt rəhbərini cərimələtdirib, indi isə onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir Hefteaz.info xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “cenubnews.com” saytının təsisçisi və baş redaktoru Mirələm Həşimov-un cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Buna səbəb isə sentyabrın 24-də saytda yayımlanan “Masallıda pensiya alanlar etiraz etdi, yol bağlandı” […]
Mərakeşdə polisin müsadirə etdiyi balığı zibil maşınından çıxarmağa çalışan balıqsatanın həlak olmasına görə minlərlə mərakeşli ölkənin şəhər və qəsəbələrində etiraza qalxıb. Ölkənin şimalındakı əl-Hoseyma şəhərində Muhsin Fikri adlı balıqsatanın başına gələn faciə sosial mediada qəzəb dalğası yaradıb. Xəbər verilir ki bu hadisə 2010-cu ildə Tunisdə meyvəsatanın ölümünə etiraz olaraq alovlanmış Ərəb baharı üsyanlarının başlanğıcını xatırladır. […]
«Absheron Hotel Group» şirkəti Egey dənizin sahilində, Bodrumun Yalıkavak məhəlləsində yeni otelinin açılışına hazırlaşır. «Allium Villas Bodrum» adını almış 9 villadan ibarət bu otel qonaqlarını 2017-ci ildə qəbul edəcəyini açıqlayıb. 2013-cü ildə burada bir otel alındı… Türkiyə mediası hələ 2013-cü ilin martında yazırdı ki, Azərbaycan prezidenti İlham Əliyev Bodrumda 13 milyon avroya beşulduzlu otel alıb. […]
Aqil Mahmudov Bir cəmiyyətin özünün indisini və gələcəyini müəyyən etməsi üçün yaşadığı tarixi hadisələrə dəfələrlə dönüşü, onu çək-çevir etməsi, yenidən və yeni baxış bucağından dəyərləndirməsi çox vacibdir. Bu yazını da məhz keçmişdə yaşadıqlarımız, fikirimcə, edilən səhvlər üzərində qurdum. Xalqın institutlarla bağlı yaddaşını heçə saymaq, onu görməzdən gəlmək prosesləri anlamağa və düzgün dəyərləndirməyə ciddi əngəl olur. […]
Oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında dava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Hefteaz.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, axşama yaxın bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun […]
Hefteaz.info xəbər verir ki, oktyabrın 30-da Moldovada prezident seçkiləri keçirilir. Prezidentlik uğrunda 9 nəfər mübarizə aparır. Əsas mübarizə Rusiya meyilli sosialist İqor Dodon və Avropaya inteqrasiya tərəfdarı Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maya Sandu arasında olacaq. Bu seçkidə prezident ilk dəfə olaraq ümumxalq səsverməsi ilə keçiriləcək. Moldovada bundan əvvəl prezidenti parlament seçib. Hefteaz.info
Hefteaz.info xəbər verir ki, idman mərc oyunlarından əldə edilən uduşlar vergidən azad olunur Oktyabrın 28-də Milli Məclis “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”qanun layihəsini müzakirəyə çıxarıb. Dəyişikliklərdə qanunun 99.3.12-ci maddəsinin ləğvi əksini tapıb. Bu dəyişikliyə əsasən, idman mərc oyunlarından qazanılan uduşlar muzdlu işə aid olmayan fəaliyyətdən gəlir hesab edilməyəcək. Bundan başqa, məcəllənin 101.5-ci maddəsinin ləğvi təklif […]