• Başlanğıc
    • SİYASƏT
    • CƏMİYYƏT
    • GÜNDƏM
    • SOSİAL
    • HADİSƏ
    • DÜNYA
    • İDMAN
    • ŞOU-BİZNES
    • ƏLAQƏ
Subscribe Via Rss Feed / Email
Reklam Yeri - 468 x 60
Arrow
  • QAX-da özləri çalıb, özləri oynayanların SEÇKİ MƏZHƏKƏSİ
  • Rusiyaya şok qadağa: Olimpiada və dünya çempionatında iştirak edə bilməyəcək
  • 1,5 milyon seçici hara oldu? Müsavat MSK-dan izahat tələb edir
  • Vasif Talıbov da parlamenti buraxdı
  • Müsavat İTV-dən efir vaxtı istəyir
    • Başlanğıc
    • SİYASƏT
    • CƏMİYYƏT
    • GÜNDƏM
    • SOSİAL
    • HADİSƏ
    • DÜNYA
    • İDMAN
    • ŞOU-BİZNES
    • ƏLAQƏ
  • Go to DASHBOARD → Appearance → Menus to set up the menu.
  • XƏBƏR BAŞLIQLARI

    • QAX-da özləri çalıb, özləri oynayanların SEÇKİ MƏZHƏKƏSİ
    • Rusiyaya şok qadağa: Olimpiada və dünya çempionatında iştirak edə bilməyəcək
    • 1,5 milyon seçici hara oldu? Müsavat MSK-dan izahat tələb edir
    • Vasif Talıbov da parlamenti buraxdı
    • Müsavat İTV-dən efir vaxtı istəyir
    • Parisdə Azərbaycandakı seçkilər müzakirə ediləcək
    • Fondun pulu çatmır, Mübariz Mənsimovun cəsarəti
    • Ramiz Mehdiyev indi də “Meydan hərəkatçısı” kimi TƏBLİĞ EDİLİR
    • BELARUSDAN RUSİYAYA BALQABAQ MESAJI? – “Biz ona görə müstəqil dövlət qurmamışıq ki…”
    • Özünü asan keçmiş məmur haqda rəsmi açıqlama: “İcra başçısına heç bir bağlığı yoxdur”
    • Milli futbolçumuzun ailəsində DƏHŞƏT – Bacısı intihar etdi
    • Musavat nöbədənkənar parlament seçkilərində iştirak edəcək
    • Vəkil Nemət Kərimli yenidən hədəfdə
    • Parlament anaxronizmi
    • Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın tezliyi satışa çıxarıldı
    • Gəncənin icra başçısına sui-qəsd üzrə istintaq başa çatıb
    • Ərəstun Oruclu: Azərbaycanlıların uğur qazana bilmədiyi yeganə ölkə Azərbaycandır
    • Parlament xarici ölkələrdə xalqın milyonlarını səpələyib
    • Növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək
    • “İslahatçı” icra başçısı yoxsa Sabirabadı talan edən
    • Müsavat başqanı müxalifət partiyalarının sədrləri ilə görüşüb
    • Rauf Mirqədirov: “Hakimiyyətin kardinal demokratikləşməsinə inanmıram”
    • H.Əliyev Fondu O.Gülalıyevin Türkiyədə müalicəsinin maliyyələşdirilməsini dayandırır
    • Azərbaycanda nazirlərin yüksək vəzifədə işləyən qardaşları – SİYAHI
    • KONSTİTUSİYA MƏHKƏMƏSİ QƏRARINI VERDİ – “Parlamentin buraxılması Konstitusiyaya uyğundur”
  • TƏQVİMDƏ YAZILAR

    May 2019
    BE ÇA Ç CA C Ş B
    « Apr   İyn »
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031  
  • “FACEBOOK”-DA BİZİ İZLƏYİN

    “FACEBOOK”-DA BİZİ İZLƏYİN

“Xanım sensassiya” – Nelli Blay

22 May 2019

Könül Alı

 

Məmləkətdə redaksiyaların büdcələrinin kiçildiyi, çap mediasının çoxdan oxucusuyla vidalaşdığı vaxtda əlçatmaz jurnalistikanın hələ də həyəcan verən peşə olduğu bir gerçəkdir.

“Jurnalistika və həyəcan”. Azərbaycan mediasına yad kəlimələr olsa da, bu, dünyanın bir çox yerində belədir. Yoxsa məhdudiyyətlərə rəğmən jurnalistikaya bu qədər axın olmazdı. Azərbaycanda mətbuata yaradılan “imkanlar” isə təəssüf ki, jurnalisti yüksəltmək əvəzinə, yerdən-yerə vurur…

Ana Yasamızın vəd etdiyi azad söz və müstəqil fəaliyyət imkanlarından yararlana bilməməyimiz, avropalı, qərbli həmkarlarımızın keçmiş, bugünkü uğurlarına boylana-boylana qalmağımıza səbəb olur…

Doğru xəbər əldə etməyin müəyyən süzgəclərdən keçdiyinin qaçınılmaz olduğu bir sistemdə bizim mediada çalışanlarımız nə qədər həyəcanlı jurnalistika fəaliyyəti yürüdür, bu da sual doğurur… dünyada isə sfera fərqlidir.

Dünya mətbuatında diqqətimi daha çox amerikan jurnalistikası çəkir. Araşdırmalara görə James Agee, Christiane Amanpour, Russell Baker, James Baldwin kimi imzalar son yüz ilin ən yaxşılarından hesab olunur. Sadalamaqla bitməyən başqa maraqlı imzalar da var…

Amerikadakı “The Chicago Tribune”nın Şimali Asiya bürosunun şefi Kim Barker (Tina Fei) haqda əminəm çoxunuz eşitmisiniz. Redaksiyada oturub işləməkdən bezən Kim Barker eyni şəhərdə, eyni mövzuları yazmaqdan yorulur. Həyatına və peşə fəaliyyətinə  rəng qatmaq, bozluqdan yaxa qurtarmaq arzusu ilə Əfqanıstana hərbi jurnalist kimi yollanır. Jurnalist fərqli fəaliyyət müstəvisi istəyir və buna da nail olur…

Əfqanıstanla bağlı təəssüratlarını yazıya köçürən Kim Barker həyəcanla qorxunun sintezində yaşadığı adrenalini həzzlə anladır. Dövri mətbuatda hələ Əfqanıstanda olduğu vaxtdan etibarən qaynar nöqtələrdən xəbərlər verir, ötürdüyü isti xəbərlərdən məqalələr yazılır. Amerikaya qayıtdıqdan sonra da uğurlu bir kitab yazır, şöhrətin ta zirvəsinə çatır.

 

Kim Barker

 

Kim Barkerin Əfqanıstan səfərini əhatə edən “Reporter” filmi də geniş auditoriya qazanır, təqdir olunur. Kim Barker haqda məlumatı ilk dəfə barəsində çəkilən filmə baxarkən almışdım. Maraqlı yaradıcılıq yolu olan jurnalist hesab etmişdim Kimi.  Amerikan mediasının Kim Barker kimi jurnalistinin varlığına həsəd qarışıq bir “qısqanclıq” keçirmişdim. Rəqabət mühitinin olmaması bizləri belə zövqlərdən məhrum etdiyi üçün “qısqanmışdım” bir qədər…

Amerikada jurnalistikanın kökləri bizimkindən bir əsr qabağa dayanır.

Amerikada mətbuatın bünövrəsinin qoyulması məqsədi ilə 17-ci əsrin sonlarında bir neçə kitab nəşri üçün can atılsa da bu baş tutmayıb. 1704-cü ildə amerikan qəzetçiliyinin əsası “The Boston News-Letter” nəşrinin fəaliyyətə başlaması ilə qoyulub. İlkin dövrlərdə Amerikan mediası Amerikanın müstəqillik kampaniyasında siyasi güclərin alətinə çevrilsə də, ABŞ Ana Yasasının ilk maddəsi “Söz azadlığı və mətbuat” haqda qanun qüvvəyə mindikdən sonra sürətlə inkişaf edib. Lakin zaman-zaman sensasiya xarakterli məlumatlara tələbat daha ağır basmağa başladığından məhz sensasiya yarada bilən potensial jurnalistlərin meydana çıxması vüsət alıb.

Nelli Blayın da məhz elə sensasiya yarada bilən üslubu mənə cazibəli gəlmişdi – peşəsini mükəmməl təqdim etmək üçün obrazlara girən jurnalist kimi.

Amerikan jurnalistikasında Nelli Blay (Nellie Bly) kimi tanınan imzanın sahibi Elizabeth Jane Cochrandır. Sensasiya doğuran xəbərlərin müəllifi olduğundan “Xanım sensasiya” kimi tanınan Nelli Blay ABŞ-nın  Pensilvaniya ştatında anadan olub. Jurnalistikaya təsadüfən gələn Nelli az vaxtda araşdırmaçı jurnalistika tarixinin əfsanəvi imzasına çevrilib. Nellinin jurnalistikada metodu fərqli şəxsiyyətlərə bürünüb xəbər hazırlamaq olub. O, bu fərasəti və prinsipiallığı ilə Amerika ictimaiyyətinin diqqətini çəkməyi bacarıb.

Nelli 18 yaşında “The Pittsburgh Dispatch” qəzetində nəşr olunan və qadınların yerinin ev olduğu, qadının iş həyatında olmasının canavarlıq olduğu kimi cinsiyyətçi ifadələrin yazıldığı məqaləyə məktubla cavab yazır. Yazdığı məktub qəzet rəhbərinin diqqətini çəkir və Nelliyə həmin qəzetdə işləməyi təklif edir. O, bu təklifi qəbul edir və qəzetin ilk qadın müxbiri olur. Elə bu qəzetdə jurnalist fəaliyyətinə başlayan Elizabeth Jane Cochran “Nelli Blay” ləqəbini istifadə etməyə başlayır. Nelli Blay fəaliyyətinin ilk günlərində qadınların iş həyatında üzləşdikləri diskriminasiyanı üzə çıxarıb xəbər hazırlamaq üçün bir işçi ilə yer dəyişdirir, sonralar da bu kimi metodlarla məşhurluq qazanır.

Nelli qadın haqları barədə materiallar hazırlayım deyərkən özü iş yerində diskriminasiyaya məruz qalır. Qadın olduğu üçün Nellidən moda, dekorasiya kimi mövzularda məqalələr yazmaq tələb olunur. Buna etiraz etsə də, Nelliyə bundan artıq imkan yaradılmır. O da bu qəzetdə işləməkdən imtina edir.

Bir müddət işsiz qalan Nelli Meksika haqda məqalə yazmaq üçün dəvət aldığında araşdırmalara başlamaq üçün altı aylıq Meksikaya gedir. Orada dinc durmayan Nelli məqalələrinin birində Meksika hökuməti əleyhinə tənqidi fikirlər bildirən bir jurnalistin həbs olunmasına qarşı çıxdığı üçün deportasiya edilərək Amerikaya qaytarılır. Əsl və fərqli jurnalistika nümunələri yaratmaq ideyası iliklərinə işləmiş Nelli 1888-ci ildə Meksika ilə bağlı məqalələrini kitab şəklində çap etdirir.

ABŞ-a qayıtdıqdan sonra Nyu-Yorka  köçən Nelli Blayd Cozef Pulittserin “New York World” qəzetində işləməyə başlayır. Bu qəzetdəki ilk işi “psixi xəstə qadın” qiyafəsində  Blekvell qadın psixiatriya xəstəxanasına daxil olub, içəridəki vəziyyəti müşahidə etmək olur. Elə Nelli haqda ilk məlumatı da barəsində çəkilmiş məhşur “Escape From the Madhouse” bioqrafiya filminə baxanda almışdım.

 

Nelli Blay

 

Filmdə də olduğu kimi Nelli psixatriya xəstəxanasında baş verən şayiələr barədə məlumatın dəqiqiliyini aydınlaşdırmalı idi. Bu üzdən xəstəxanaya daxil olacaqdı. Jurnalist kimi yox, ruhi xəstə kimi. Nelli ilk əvvəl ruhi xəstə insanların hərəkət və əlamətlərini ustalıqla təqlid edərək ətrafındakı insanları aldadır. Bundan sonra onun dəli olduğuna inanaraq xəstəxanaya yatırırlar. Xəstəxanada ruhi xəstələrin keçdiyi bir çox ağır müayinə və müalicə üsullarını keçən Nelli bəzən öz davranışlarından, verdiyi reaksiyalardan özünü gerçəkdən də ruhi xəstə kimi hiss edir. Bütün bu əzablara qatlanan Nelli doğru və isbatlanmış xəbəri əldə etmək naminə həyatını təhlükəyə atır. Xəstəxanada yaşadıqları, müşahidələri və xəstəxanada gözü önündə baş verən bütün hadisələr dolaşan şayiələrin doğru olduğunu sübut edirdi. Burada xəstə qadınlara xəstəxana işçiləri və həkimlər tərəfindən qəddar münasibət vardı. Gözü ilə gördüyü hər şeyi qələmə yalan Nelli Blay artıq buradan çıxmalı idi.

Nellinin qaçmaq planının üstü açıldığından onu xüsusi nəzarətə götürürlər. Kəskin amneziya və ruhi xəstəlikdən əziyyət çəkən xəstələrə tətbiq edilən tibbi və “tərbiyəvi” üsullar ona da tətbiq olunur. Psixiatriya xəstəxanasının idarəçisinin Nellinin həyatına son qoymaq istədiyi məqamda redaktoru dadına çatır. Nəhayətdə Nelli gerçək işgəncələrin mövcud olduğu qadın psixatriya xəstəxanasından çıxa bilir. Bununla da peşəsinin daha bir uğurlu layihəsinə imza atır – “10 gün dəlixanada” kitabını yazaraq daha bir sensasiya yaradır.

Mütəxəssislər onun bu kitabının günümüzdə tənqid olunan sarı jurnalistika konsepsiyasını üzə çıxaran mübahisələrin də başlanğıcı olduğu qənaətindədirlər.

Nellinin bu macəralı araşdırmanın sensasiyanın gətirdiyi şöhrətdən başı gicəllənmədi. Bundan sonra o, Jül Vernin “Səksən gün dünya ətrafında” əsərindən ilhamlanaraq dünya səyahətinə çıxdı. Səyahətini 72 gün 6 saat 11 dəqiqə sonra başa vuran jurnalistin Fransanın Amyen şəhərində Jül Vern ilə tanış olduğu deyilir.

 

Nelli Blay

 

1895-ci ildə milyonçu sənayeçi Robert Simon ilə evləndi və bununla da Elizabet Ceyn Kokrane Simon oldu – “Nelli Blay” adından imtina etdi. O, artıq hər yerdə tanındığı üçün jurnalistikanı buraxır. Həyat yoldaşının ölümündən sonra “İron Clad Manufacturing Co” adlı şirkətə rəhbərlik edirdi. İşçilər üçün idman zalı, kitabxana, sağlamlıq xidməti təqdim etmək kimi o vaxta qədər görünməmiş sosial islahatlar həyata keçirir. Maddi cəhətdən problemlər yaşamağa başlayanda isə yenidən jurnalistikaya qayıdır.

1920-ci ildə “New York Journal” üçün yenidən işləməyə başlayan Blay maraqlı, öz qeyri-adi jurnalistika üslubu ilə tarix yazmağa davam edir. O, 1922-ci il yanvarın 22-də sətəlcəmdən dünyasını dəyişir.

Kim Barker, Nelli Blay haqda belə həvəslə danışmağım o demək deyil ki, sensasiya yaratmaq cəhdi hər zaman uğurlu sonla nəticələnir. Məhz elə amerikan mediasında sensasiya arxasınca qaçdığından sevimli karyerasına son qoymaq məcburiyyətində qalan nümunələr də var. “The New Republic” nəşrinin jurnalisti Stephen Glass kimi. Yuxarıda adını çəkdiyim həmkarlarından fərqli olaraq Stephen Glass doğru xəbər deyil,  yalan və əsilsiz xəbər yaymaq, hətta yaratmaq naminə ağlasılmaz sensasiyalar yaradıb…

Stephen Glass haqda növbəti yazıda.

 

Hefteaz.info

Bunu paylaş:

  • Facebook
  • Twitter
  • LinkedIn

Oxşar

featured Rasul Jafarov Azerbaijani opposition Opposition Vladimir Putin Anar Mammadov Arif Hajili Arif Yunusov armed helicopter Armenia Armenian armed helicopter is shot down Bank Respublika Ben Cardin Cast Doubt Chelsea Handler Days of NATO energy Free Political Prisoners Ilgar Mamedov Khadija Ismayilova Kremlin Mehman Huseynov Musavat Mətanət Əlverdiyeva NCDF New Agenda Congress Obama
  • Ən Populyar Yazılar

    Fondun pulu çatmır, Mübariz Mənsimovun cəsarəti
    "Siyasi Məhbuslara Azadlıq" tələbi ilə Fransada mitinq keçirildi
    Göyçayda ŞOK hadisə: 61 nəfər məmur işdən çıxmaq üçün ərizə yazıb-Video (Yenilənib)
    Regionlarda orta aylıq əməkhaqqı Bakıdan 2,3 dəfə azdır – Cədvəl
  • E-poçt ilə sayta abunə ol

    Hefteaz.TV saytına abunə olmaq və e-poçt ilə bildirişlər almaq üçün e-poçt ünvanınızı daxil edin.

  • Arxivlər

    • Dekabr 2019
    • Avqust 2019
    • İyul 2019
    • İyun 2019
    • May 2019
    • Aprel 2019
    • Mart 2019
    • Fevral 2019
    • Yanvar 2019
    • Dekabr 2018
    • Noyabr 2018
    • Oktyabr 2018
    • Sentyabr 2018
    • Avqust 2018
    • İyul 2018
    • İyun 2018
    • May 2018
    • Aprel 2018
    • Mart 2018
    • Fevral 2018
    • Yanvar 2018
    • Dekabr 2017
    • Noyabr 2017
    • Oktyabr 2017
    • Sentyabr 2017
    • Avqust 2017
    • İyul 2017
    • İyun 2017
    • May 2017
    • Aprel 2017
    • Mart 2017
    • Fevral 2017
    • Yanvar 2017
    • Dekabr 2016
    • Noyabr 2016
    • Oktyabr 2016
    • Sentyabr 2016
    • Avqust 2016
    • İyul 2016
    • İyun 2016
    • May 2016
    • Aprel 2016
    • Mart 2016
    • Oktyabr 2015
    • Avqust 2015
    • İyul 2015
    • İyun 2015
    • May 2015
    • Aprel 2015
    • Mart 2015
    • Fevral 2015
    • Yanvar 2015
    • Dekabr 2014
    • Noyabr 2014
    • Oktyabr 2014
    • İyul 2014
    • İyun 2014
    • Aprel 2014
      • Başlanğıc
      • SİYASƏT
      • CƏMİYYƏT
      • GÜNDƏM
      • SOSİAL
      • HADİSƏ
      • DÜNYA
      • İDMAN
      • ŞOU-BİZNES
      • ƏLAQƏ
    © 2019 HEFTEAZ.INFO. All rights reserved. Proudly designed by Dalih | Webmaster Hangout! supported by News Today, Smart News, Heaven Themes, Biggest News