Müsavat AKM “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aksiya keçirib
8 Avqust 2019
Müsavat AKM-ndən Hefteaz.info-a verilən məlumata görə, Avropadakı mühacirlər dünən(6 Avqustda) “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aksiya keçiriblər.
Məlumatda deyilir:
Müsavat AKM-in Bavarya Koordinatorluğunun Mətbut Xidmətinin rəhbəri Sabir Nağıyevin verdiyi məlumata görə, bu gün Müsavst AKM-in Bavarya Kordinatorluğu Akif Nağıyevin rəhbərliyi ilə Almanyanın Nürnberq şəhərində “Nürnberg Nachrichten” qəzetinin binası qarşısında diktaturaya son və siyasi məhbuslara azadlıq tələbi ilə növbəti aksiyasını keçirib.
Aksiyada Arif Pənahoğlu və İlqar Əlili çıxış etmiş və aksiyanın Azərbaycan və Alman dillərində olan bəyənatını səsləndirmişlər. Aksiyanın sonunda, aksiyanın bəyanatı “Nürnberg Nachrichten” qəzetinin redaksiyasına təqdim edilmişdir.
06.08.2019 Nürnberq şəhəri
Nəlumata görə aksiyada “Elman Quluyevə azadlıq!”, Bütün siyasi məhbuslara azadlıq!” şuarları səsləndirilimiş, Azərbaycan hakimiyyətinin siyasi motivlərlə həbs etdiyi aktivist və jurnalistlərin portretləri olan lövhələr qaldırırlıb.




Oxşar