You Are Browsing ' GÜNDƏM ' Category

By heftequrdqanli On 6 Apr, 2020 At 08:32 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

“24 saat” xəbər verir ki, Avstraliyalı alimlər laboratoriya şəraitində COVİD-19 virusunu tamamilə məhv edən dərman pereparatını tapdıqlarını açıqlayıb. “Monash University” laboratoriyasında aparılan təcrübə zamanı pereparatın koronavirusu 48 saatda tam məhv etdiyi təsdiqlənib. “MSN“-in yaydığı məlumatda bildirilir ki, “Monash” rəsmisi Kayli Vaqstaff bildirib ki, pereparatın 1 dozası COVİD-19 virusuna 24 saatda təsir etməyə qadir olsa da, onu ancaq […]

By heftequrdqanli On 5 Apr, 2020 At 09:10 Səhər | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Tanınmış jurnalist Hikmət Sabiroğlu polis tərəfindən qanunsuz cərimələnib. Hefteaz.info xəbər verir ki, Yasamal rayon ərazisində post patrul Xidmətinin əməkdaşları ona saxlayaraq, maskasız və əlcəksiz olduğunu əsas gətirərək, ona protokol yazıblar. Bununla bağlı jurnalistin mətbuata açıqlamasını təqdim edirik: “Aprelin 2-si axşam tərəfi işdən evə qayıdanda metronun “İnşaatçılar” stansiyasının yanında xidmət aparan polis zabiti məni saxlayıb şəxsiyyət […]

By heftequrdqanli On 3 Apr, 2020 At 10:14 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Dünyanı ağuşuna almış və 1 milyon insane yoluxmuş, 50 mindən artıq insanın isə ölümünə səbəb olmuş koronavirusla bağlı araşdırmalar davam edir. Əksər ölkələr hazırda bu xətəliyə qarşı peyvən hazırlamaq üçün çalışırlar. Bir çox labaratoriyalar prosesin son mərhələsinə gəldiklərini açıqlayıblar. Hətta xəstəliyin müddətini aşağı salmaq üçün bir çox dərmanların effekt verdiyi də artıq dəqiqləşib. Bu əsnada Türkiyədən […]

By heftequrdqanli On 2 Apr, 2020 At 06:22 Axşam | Categorized As GÜNDƏM | With 0 Comments

Azərbaycanda fövqəladə hal elan edilə bilər. Bu barədə Operativ Qərargahın cümə axşamı keçirilən brifinqində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. O, həmçinin qeyd edib ki, vətəndaşların evdən çıxması üçün əsas olacaq sənəd forması hazırlanır. Mətbuatın fəaliyyətinə toxunan Məmmədov bildirib ki, Bakı, Sumqayıt və Abşeron yarımadasında jurnalistlər sərbəst şəkildə fəaliyyət göstərə bilir.

By heftequrdqanli On 2 Apr, 2020 At 11:35 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Alimlər koronavirusun hansı temperaturu bəyənmədiyini müəyyənləşdiriblər. İndi Moskva bataqlıqda və bataqlıqdadır və bu şəraitdə infeksiyanın ən yaxşı hiss olunduğu vəziyyətdədir. 5-9 dərəcə arasındakı temperaturda virus aktiv şəkildə çoxalır. Lakin temperatur yüksəldikdə fəaliyyətini itirir, COVID-19 üçün +15 dərəcə ölümcül olur və temperatur 30-dan yuxarı qalxdıqda, virus yayılmağı dayandırır. Bu barədə Rambler məlumat verir. Hefteaz.info

By heftequrdqanli On 2 Apr, 2020 At 09:29 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Hazırda həbsdə olan, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin bacısı dövlət qurumunu məhkəməyə verib.  Hefteaz.info-nun məlumatına görə, Hacıyeva Əminə Fevzi qızı Bakı İnzibati Məhkəməsinə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Bakı İstintaq Təcridxanasının inzibati hərəkətlərindən ərizə ilə şikayət edib. Məhkəmənin hazırlıq iclası aprelin 3-də hakim Pərviz Hüseynovun sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, Əminə Hacıyeva Bakı […]

By heftequrdqanli On 2 Apr, 2020 At 09:32 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Dünyanı cənginə alan və on minlərlə insanın ölümünə səbəb olan koronavirusa görə minlərlə müəssisə kritik vəziyyətə düşüb. Qlobal iqtisadiyyata zərbə vuran pandemiya səbəbilə bir çox sektor və şirkət zərər görməyə başlayıb, bir sıra yerlərdə ixtisarlar aparılıb. Lakin texnologiya dünyasındakı bəzi firmalar pandemiyadan sonra sərvətinə sərvət və adına şöhrət qatıb. Hefteaz.info xəbər verir ki, insanların evdən işləməyə […]

By heftequrdqanli On 2 Apr, 2020 At 09:50 Səhər | Categorized As GÜNDƏM | With 0 Comments

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarı ilə Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Bundan əvvəl Azərbaycan quru və hava sərhədlərini bağlayıb, təhsil, mədəniyyət, o cümlədən, strateji əhəmiyyət daşımayan digər müəssisələrin fəaliyyəti dayandırılıb. Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradılması koronavirus adlı bəlayla mübarizdə ümumxalq iradəsini ortaya qoyub, cəmiyyəti təhlükə qarşısında […]

By heftequrdqanli On 28 Mar, 2020 At 10:49 Səhər | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Martın 27-də Azərbaycan Nazirlər Kabinetinin Operaiv qərargahı koronavirus pandemiyası ilə əlaqədar 29 mart saat 00:00-dan etibarən karantin rejiminin gücləndiyini elan etdi. Qərargah  bildirir ki, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın. […]

By heftequrdqanli On 28 Mar, 2020 At 09:44 Səhər | Categorized As GÜNDƏM, VİDEO | With 0 Comments

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan başqa digər şəhər və rayonlara da giriş-çıxış məhdudlaşdırılıb. DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Reportyor.info-ya bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.